Previous Next
Bağla

5G-ni dəstəkləyən qurğuların adı açıqlanıb

16-08-2019 14:20
5G-ni dəstəkləyən qurğuların adı açıqlanıb

Xeberler.az bildirir ki, Beynəlxalq Mobil Həll Tədarükçüləri Assosiasiyası (Global Mobile Suppliers Association – GSA) qlobal bazarda beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən 100 müxtəlif qurğunun təmsil olunduğunu açıqlayıb. Söhbət həm smartfonlardan, həm də marşrutlayıcı, internetə çıxış nöqtələri və s. kimi müxtəlif şəbəkə avadanlığından gedir. Məlumata görə, hazırda dünyanın 56 operatoru “5G” kommersiya xidmətləri təqdim edir. Belə xidmətlərin sürətlə populyarlaşdığı bildirilir. Məsələn, Cənubi Koreyada “5G” abunəçilərinin sayı 2 milyon təşkil edir, halbuki ölkədə ilk “5G” şəbəkəsi bu ilin aprelində istifadəyə verilib.

Assosiasiya, həmçinin hazırda kütləvi istehsalı aparılan “5G” dəstəkli qurğuları açıqlayıb: “HTC 5G Hub” (hotspot), “Huawei Mate X” (smartfon), “LG V50 ThinQ” (smartfon), “Motorola 5G Moto Mod Snap-on” (genişləndirmə modulu), “NETGEAR Nighthawk M5 Fusion MR5000” (hotspot), “OPPO Reno 5G” (smartfon), “Samsung Galaxy S10 5G” (smartfon), “Xiaomi Mi Mix 3 5G” (smartfon), “ZTE Axon 10 Pro 5G” (smartfon). Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ABŞ-da ilk 5G şəbəkəsi kommersiya istifadəsinə verilib

02-10-2018

İlk 5G şəbəkəsinin istifadəyə verilmə tarixi məlum olub

13-09-2018

Gələn il Asus 10 smartfon istehsal edəcək

28-11-2008

İlin ən yaxşı smartfonu açıqlanıb

17-08-2019

Ötən il 1,36 milyard smartfon istehsal edilib

27-01-2017

Dünyada smartfon tədarükü sürətlə azalır-Səbəb

30-10-2022

Dünyada hər 10 nəfərin 7-si smartfon sahibi olacaq

03-06-2015

Dünyanın on iri smartfon istehsalçısının adı açıqlanıb

30-06-2015

“5G” smartfonlarının satışının 70 faizi Çinin payına düşür

28-09-2020

Smartfonlar bazarının inkişafı üzrə proqnoz açıqlanıb

26-09-2018

Ötən ilin ən yaxşı smartfonu açıqlanıb

02-03-2017

Google məşhur smartfon brendini satın aldı

21-09-2017

Android Q əməliyyat sistemi istifadəçilərin ixtiyarına veriləcək

01-07-2019

2018-də 1,5 milyarddan çox smartfon satılacaq

23-11-2017

"Xiaomi" qlobal smartfon bazarında ikinci olub

17-07-2021

“iPhone 16” dünyada ən çox satılan smartfon olub

29-05-2025

Sanksiyalara baxmayaraq yenə də satışları rekord qırır

03-07-2019

Xiaomi təəccübləndirməkdə davam edir

20-08-2019

ZTE yeni smartfon təqdim edəcək

21-02-2017

Qlobal smartfon bazarı üzrə proqnoza yenidən baxılıb

17-08-2015

“Samsung” korporasiyası qatlanan smartfon istehsalını azaldacaq

24-12-2024

Apple satış bazarında liderlik sırasını tərk edib

09-08-2019

Smartfon bazarı böyüyür

11-09-2008

337,2 milyon smartfon tədarük edilib

24-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə