Previous Next
Bağla

Azercell Biznes yenilənmiş “Biznesim” tarif planlarını və “Biznesim Klubu” loyallıq proqramını təqdim edir

28-04-2021 15:08
Azercell Biznes yenilənmiş “Biznesim” tarif planlarını və “Biznesim Klubu” loyallıq proqramını təqdim edir

Ölkədə biznes ekosisteminin inkişafına dəstək olmaq məqsədi ilə Azercell Biznes abunəçilərinə və yeni müştərilərinə yenilənmiş “Biznesim” tarif paketlərini təklif edir. Əlçatan və sərbəst ünsiyyət üçün sərhədsiz imkanlar açan “Biznesim” tarifləri indi daha da müştəri yönümlüdür. Hər bir abunəçinin rabitə ehtiyaclarını qarşılamağı hədəfləyən bu tariflər ölkədəxili dəqiqələrdən, limitsiz korporativ zənglərdən və 4G yüksəksürətli mobil internetdən yararlanmaq üçün ən sərfəli şərtlər yaradır.

Biznesim tarif paketləri ilə yanaşı, Azercell Biznes öz korporativ müştərilərini yeni istifadəyə verilmiş “Biznesim Klubu”na dəvət edir. “Biznesim Klubu”nun üzvləri “Biznesim Loyallıq” proqramı ilə yanaşı, bir sıra digər üstünlüklərdən yararlana bilərlər.

Belə ki, bu proqram çərçivəsində müştərilər rabitə xərclərinə endirimlər, hədiyyə telefonlar, Azercell Akademiyasında unikal təlimlər, korporativ tədbirlərə dəvət və digər eksklüziv təkliflər əldə edəcək.

“Azercell Telekom” MMC-nin Korporativ Seqment Biznes strukturunun B2B Məhsul Strategiyası və İdarə Edilməsi şöbəsinin rəhbəri Nicat Əliyev bildirdi: “Ötən il ərzində bizim əsas missiyamız ən qabaqcıl və innovativ həllərimiz ilə müştərilərimizin rəqəmsal transformasiyasına dəstək olmaq idi. Pandemiya dövründə biznes seqmentinin rəqəmsal texnologiyalara uğurlu keçidini təmin etmək məqsədi ilə biz “Biznesim Veb” həllini, eləcə də sürətli internetdən faydalanmaq imkanı verən “GigaMax” limitsiz internet paketlərini yerli bazara gətirdik. Öz növbəsində, yenilənmiş “Biznesim” tarif planları abunəçilərimizi rahat, etibarlı, əlavə xərclər yaratmayan və təhlükəsiz kommunikasiya xidmətləri ilə təmin edir. Bu tarif planları sayəsində müştərilərimiz gündəlik kommunikasiya və rabitə ehtiyaclarının idarə olunmasına əlavə vaxt və resurslar sərf etməyəcək. Bu üstünlükdən faydalanaraq abunəçilərimiz bizneslərinin inkişafına daha çox diqqət ayırıb müştərilərinə yüksək xidmət göstərməyə davam edə biləcəklər. Mən inanıram ki, yeni “Biznesim” tarif planlarımız çərçivəsindəmüştərilərimiz ölkənin istənilən yerində effektiv və rahat fəaliyyət üstünlüyündən yararlanacaqlar”.

“Biznesim” tarif paketləri və “Biznesim Klubu” barədə əlavə məlumatı https://www.azercell.com/az/corporate.html səhifəsində əldə edə bilərsiniz.

Əlavə məlumat üçün Azercell-in korporativ müştəriləri üçün nəzərdə tutulan Telefon Mərkəzi (*6050) ilə əlaqə saxlaya bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell Biznesim Sosial Şəbəkə Paketlərini təqdim edir

06-09-2019

Azercell-dən Biznesim Wi-Fi təklifləri ilə biznesinizi daha rahat idarə edin

13-02-2020

Azercell yeni rəqəmsal məhsul portfelini təqdim edir

13-05-2019

Azercell Biznesim İnternet Xətti-ni təqdim edib

02-09-2019

"Azercell Biznes"dən tam yeni Nəqliyyatın İdarəolunması sistemi

14-12-2021

“Azercell”-in “Biznesim Veb” xidməti korporativ müştərilər üçün böyük imkanlar açır

23-12-2020

"Azercell Biznes" korporativ müştərilər üçün yeni limitsiz internet təqdim edib

01-02-2021

Samsung smartfonları Azercell ilə daha sərfəlidir!

20-12-2022

Azercell Premium Tarifi və Premium+ Loyallıq Proqramını istifadəyə verdi

07-05-2024

Nar korporativ tarif planlarını daha sərfəli etdi

11-06-2018

Yenilənmiş Sərbəst tarifləri ilə daha əlçatan ünsiyyət!

05-02-2021

Azercell müştərilərin sərbəst dizayn edə biləcəyi yeni rəqəmsal tarif təqdim edir!

03-10-2022

Azercell yenilənmiş GəncOl tarif paketini təqdim edir

06-05-2019

Azercell ilə əsl rahatlığı hiss edin

03-06-2019

Azercell Biznes korporativ müştəriləri üçün vebinarlar təşkil edib

22-12-2021

Azercell-dən pulsuz smartfon-Kampaniya

21-06-2017

Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!

14-07-2025

Azercell yenilənmiş “Premium” tarif paketlərini təqdim edir

03-10-2024

Bu yay rouminqdə Azercell-in tarifləri ilə ünsiyyətdə sərbəst ol!

21-06-2022

“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir

05-11-2024

«Azercell» korporativ tariflərini yeniləyir

03-08-2024

"Azercell"in yüksəksürətli mobil internetini çoxçeşidli və sərfəli internet paketləri ilə kəşf edin

06-10-2021

Bakcell-dən universitet tələbələri üçün maraqlı aksiya

01-12-2018

Azercell – gələcək texnologiyalar dünyasında sizin bələdçiniz

03-12-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə