25 komanda iki gün ərzində kibertəhlükəsizlik və süni intellekt üzrə bacarıqlarını nümayiş etdirəcək
18–19 oktyabr 2025-ci il tarixlərində Azercell Telekom və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə kibertəhlükəsizlik və süni intellekt sahələrini əhatə edən “CyberCell Hackathon” keçiriləcək. İki gün davam edəcək yarışın məqsədi gənclərin rəqəmsal bacarıqlarını inkişaf etdirmək, kibertəhlükəsizlik biliklərini real mühitdə tətbiq etmələrinə şərait yaratmaq və komandada işləmə qabiliyyətlərini gücləndirməkdir.
Yarış zamanı iştirakçılar "Red Team" (hücum) və "Blue Team" (müdafiə) ssenariləri üzərində işləyərək kibertəhlükəsizlik zəifliklərini müəyyənləşdirəcək, hücumların aşkarlanması, cavablandırılması və qarşısının alınması üçün innovativ həllər hazırlayacaqlar. Eyni zamanda, komandalar süni intellekt alətləri vasitəsilə anomaliyaların aşkarlanması, loq analizləri və təhdidlərin proqnozlaşdırılması üzrə həllər təqdim edəcəklər.
“CyberCell Hackathon”a ümumilikdə 200-ə yaxın müraciət daxil olub. Seçim mərhələsini uğurla keçən 25 komanda yarışda iştirak hüququ qazanıb. Komandalarda ölkənin aparıcı universitetlərinin - Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Kooperasiya Universiteti, Xəzər Universiteti və Azərbaycan Texniki Universitetinin tələbələri yer alır.
Yarışda ən yüksək nəticə göstərən komandanı 4000 AZN, ikinci yerin qalibini 3000 AZN, üçüncü yerin sahibini isə 2000 AZN dəyərində pul mükafatı gözləyir.
Azercell Telekom “CyberCell Hackathon”-un bütün iştirakçılarına uğurlar arzulayır!
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları