Previous Next
Bağla

Azercell hesab-fakuranı tam olaraq rəqəmsallaşdırır

25-12-2019 17:52
Azercell hesab-fakuranı tam olaraq rəqəmsallaşdırır

Ölkənin lider mobil operatoru abunəçilərinin faktura hesabı haqqında məlumatı artıq bilavasitə onların elektron ünvanlarına göndərəcək

Xeberler.az bildirir ki, rəqəmsallaşma istiqamətində apardığı davamlı yeniliklərin tərkib hissəsi kimi ölkəmizdə elektron xidmətlərindən istifadəni daha da genişləndirmək məqsədilə Azercell Telekom elektron hesab-faktura sisteminin tətbiqinə başlayır. Bildiyimiz kimi, hesab fakturaların kağızda çap edilməsi ətraf mühitə mənfi təsir göstərməklə öz-özlüyündə məhdud təbii resursların israfı ilə nəticələnir. Belə olan halda, məlumat mübadiləsinin elektron formada təşkilini daha da səmərəli və istifadə baxımından rahat sayılır. Həmçinin, bir çox abunəçilərin vaxtı ilə təqdim etdikləri ünvan məlumatlarının qeyri-dəqiq olması və ya digər səbəblər (abunəçinin başqa ünvana köçməsi, yeni ünvan sisteminin tətbiqi və sair) şirkət tərəfindən ünvana göndərilən hesab-fakturaların alıcıya çatmaması ilə nəticələnə bilirdi. Artıq abunəçilər Azercell Müştəri Xidmətləri mərkəzlərinə müraciət edərək, ödənişsiz əsaslarla elektron poçt ünvanına hesab-fakturanın göndərilməsi xidmətini aktiv edə bilərlər. Bundan başqa, abunəçilər hesab-fakturalar barədə məlumat əldə etmək üçün digər alternativ imkanlardan da yararlanmaq iqtidarında olacaq. Belə ki, “Kabinetim” mobil tətbiqi və veb versiyası üzərindən abunəçilər nömrənin cari vəziyyəti barədə məlumatları yoxlaya, o cümlədən  son üç hesab-faktura ilə tanış ola, müxtəlif əməliyyatlar həyata keçirə bilərlər. Həm də, abunəçilər nömrənin cari vəziyyəti (o cümlədən hesab faktura məbləğləri) barədə məlumatı 650 xidməti (1 SMS üçün xidmət haqqı – 0,0236 AZN ƏDV daxil) vasitəsi ilə əldə etməsi mümkündür. Eyni zamanda, abunəçilər istənilən Müştəri Xidmətləri mərkəzinə müraciət etməklə, nömrələrinə dair hesab fakturanın çap variantını kağız daşıyıcıda pulsuz olaraq əldə etmək imkanına malikdirlər.

Qeyd edək ki, yeni elektron xidməti ilə bağlı 25 yanvar 2020-ci il tarixindən etibarən Azercell Telekom tərəfindən kağız daşıyıcıda hesab-fakturaların abunəçilərin poçt ünvanına və faksla çatdırma xidməti ləğv ediləcək.

Abunəçilər göstərilən dəyişiklər, hesab fakturaların elektron poçt ünvanına çatdırılması xidmətinin sifarişi və imtina qaydası barədə şirkətin rəsmi internet səhifəsindən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (Müştəri Xidmətləri mərkəzləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə edə bilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell-dən musiqi sevərlərə yeni il hədiyyəsi

Azercell-dən musiqi sevərlərə yeni il hədiyyəsi

28-12-2018
«Azercell» bəzi tətbiqlər üçün pulsuz mobil internet xidmətini ləğv edir

«Azercell» bəzi tətbiqlər üçün pulsuz mobil internet xidmətini ləğv edir

21-09-2022
Azercell abunəçilərinin ünvanına özü gedəcək

Azercell abunəçilərinin ünvanına özü gedəcək

15-09-2015
Azercell “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini təmənnasız təqdim edir

Azercell “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini təmənnasız təqdim edir

10-04-2020
Hesab.az və Azercell-dən daha bir yenilik

Hesab.az və Azercell-dən daha bir yenilik

26-11-2015
“Azercell” bəzi internet paketlərinin qiymətini artırıb

“Azercell” bəzi internet paketlərinin qiymətini artırıb

10-01-2022
 Azercell telekommunikasiya sahəsində bir  ilkə imza atıb

Azercell telekommunikasiya sahəsində bir ilkə imza atıb

14-10-2016
Azercell-dən Korporativ abunəçilər üçün biznes paketləri

Azercell-dən Korporativ abunəçilər üçün biznes paketləri

05-05-2015
Azercell-dən rominqdə olan abunəçilərinə müjdə

Azercell-dən rominqdə olan abunəçilərinə müjdə

18-03-2015
Azercell-dən bayram kampaniyası

Azercell-dən bayram kampaniyası

16-12-2015
iPhone əldə etmək  üçün əla fürsət- Kampaniya

iPhone əldə etmək üçün əla fürsət- Kampaniya

10-03-2016
Azercell yeni kampaniyaya başlatdı

Azercell yeni kampaniyaya başlatdı

13-07-2018
Bakcell abunəçiləri “Vətəndaş” tipli “Asan İmza” xidmətindən pulsuz istifadə edəcək

Bakcell abunəçiləri “Vətəndaş” tipli “Asan İmza” xidmətindən pulsuz istifadə edəcək

02-07-2021
Azercell məhsulları artıq Azərpoçt məntəqələrində!

Azercell məhsulları artıq Azərpoçt məntəqələrində!

20-06-2022
 Sərfəli şərtlərlə  Samsung S6 Edge almaq imkanı

Sərfəli şərtlərlə Samsung S6 Edge almaq imkanı

24-05-2016
Hesab.az-da bonuslarınızı Azercell danışıq dəqiqələrinə dəyişin

Hesab.az-da bonuslarınızı Azercell danışıq dəqiqələrinə dəyişin

28-09-2015
Azercell-in Onlayn Müştəri Xidmətləri portalı yenilənib

Azercell-in Onlayn Müştəri Xidmətləri portalı yenilənib

14-07-2016
Azercell-dən Ukraynadakı abunəçilərinə dəstək!

Azercell-dən Ukraynadakı abunəçilərinə dəstək!

24-02-2022
Azercell tarif paketləri ilə bağlı açıqlama yayıb

Azercell tarif paketləri ilə bağlı açıqlama yayıb

07-05-2025
Azercell-dən yeni iPhone kampaniyaları

Azercell-dən yeni iPhone kampaniyaları

11-07-2017
Azercell-dən yeni smartfon kampaniyası

Azercell-dən yeni smartfon kampaniyası

02-05-2017
Azercell eSIM-ə keçidi tam rəqəmsallaşdırdı!

Azercell eSIM-ə keçidi tam rəqəmsallaşdırdı!

20-04-2026
Azercell “Telegram Bot” xidmətini təqdim edir

Azercell “Telegram Bot” xidmətini təqdim edir

04-06-2020
Azercell-dən yeni iPhone 8 kampaniyası

Azercell-dən yeni iPhone 8 kampaniyası

21-10-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə