Previous Next
Bağla

Azercell-in dəstəyilə həyata keçirilən “Techcell” hakatonu başa çatdı

05-06-2024 14:20
Azercell-in dəstəyilə həyata keçirilən “Techcell” hakatonu başa çatdı

Azercell və UFAZ -ın birgə əməkdaşlığı çərçivəsində ərsəyə gələn hakatonun qalibləri mükafatlandırıldı

“Azercell Telekom” MMC-nin dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə həyata keçirilən “Techcell” hakatonu yekunlaşdı. Qaliblərin mükafatlandırma mərasimi UFAZ universitetində baş tutdu.

Tədbirdə çıxış edən Azercell-in İnsan Kapitalının İdarə Edilməsi departamentinin direktoru Dilarə Hüseynova bu əməkdaşlığın əhəmiyyətini vurğuladı. “Azercell innovativ düşüncə tərzi, bilik və bacarıqları ilə fərqlənən gənclərin inkişafına töhfə verən layihələri daima dəstəkləyir. Xüsusilə də gənc nəsil İKT mütəxəssislərinin yetişdirilməsi, onların peşəkar kimi formalaşması üçün lazımi şəraitin yaradılması hər zaman diqqət mərkəzimizdədir”,- deyə D. Hüseynova bildirdi.

UFAZ-ın icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova qalibləri təbrik edərək gənclər arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, eləcə də innovasiya və texnologiyaya həvəsin artırılması üçün bu cür tədbirlərin önəmli olduğunu bildirdi.

Münsiflər heyətinin qərarına əsasən hakatonun builki qalibi UFAZ tələbələrindən ibarət “Night Ops” komandası oldu.   İkinci yerə Bakı Ali Neft Məktəbini (BANM) təmsil edən “Sentinels” komandası, üçüncü yerə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən “Delusion” komandası layiq görüldü. Qalib komandalara pul mükafatı və dəyərli hədiyyələr təqdim edildi.

Ümumilikdə 15 universitetdən 96 komandanın müraciət etdiyi müsabiqədə 30 komanda finalda yarışmaq hüququ qazandı. 18-19 may tarixlərində baş tutan hakatonda iştirakçılar Azercell və UFAZ-ın peşəkar mentorlarının dəstəyilə üç nəfərdən ibarət komandalar şəklində yarışdılar. Onlar informasiya texnologiyaları, kibertəhlükəsizlik və mobil şəbəkə sahələrinə aid real tapşırıqlar üzərində işlədilər, bu mövzuları əhatə edən proqramlaşdırma tapşırıqlarını yerinə yetirdilər.

Qeyd edək ki, “Techcell” hakatonu Azercell və UFAZ -ın birgə əməkdaşlığı nəticəsində həyata keçirilən sayca üçüncü hakatondur.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
"Gələcək üçün kodlaşdır" hakatonunun qalibləri mükafatlandırıldı

"Gələcək üçün kodlaşdır" hakatonunun qalibləri mükafatlandırıldı

17-03-2023
“Azercell” “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib

“Azercell” “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib

06-04-2026
“Azercell Hackathon 2022” yarışması başa çatdı!

“Azercell Hackathon 2022” yarışması başa çatdı!

27-01-2022
“Qabaqcıl süni intellekt və maşın öyrənmə tətbiqləri” hakatonu keçirilib

“Qabaqcıl süni intellekt və maşın öyrənmə tətbiqləri” hakatonu keçirilib

01-12-2025
Azercell-in dəstəyi ilə Bakıda “Dayanıqlı İnkişaf” hakatonu keçirildi

Azercell-in dəstəyi ilə Bakıda “Dayanıqlı İnkişaf” hakatonu keçirildi

28-01-2025
Bakcell konsertin keçirilməsinə dəstək

Bakcell konsertin keçirilməsinə dəstək

26-04-2018
Azercell gənclər üçün “DataMinds Bootcamp” proqramına start verib

Azercell gənclər üçün “DataMinds Bootcamp” proqramına start verib

23-07-2025
Azercell “CyberCell Hackathon” müsabiqəsinin qaliblərini elan edib

Azercell “CyberCell Hackathon” müsabiqəsinin qaliblərini elan edib

31-10-2025
Frankofoniya həftələrinin yekun konserti Bakcell-in dəstəyilə keçirilib

Frankofoniya həftələrinin yekun konserti Bakcell-in dəstəyilə keçirilib

23-04-2019
Azəbaycanda ilk dəfə Enerji Hakatonu baş tutub

Azəbaycanda ilk dəfə Enerji Hakatonu baş tutub

11-02-2020
Azercell İT ixtisası üzrə ən yüksək bal toplamış tələbə qızları təbrik etdi

Azercell İT ixtisası üzrə ən yüksək bal toplamış tələbə qızları təbrik etdi

23-09-2024
Azercell-in dəstəyilə keçirilən “Robotex Türkiyə”nin regional yarışları başa çatdı!

Azercell-in dəstəyilə keçirilən “Robotex Türkiyə”nin regional yarışları başa çatdı!

04-03-2024
Azercell-in dəstəyi ilə EGOİ 2025-ə seçmə imtahanı keçirilib

Azercell-in dəstəyi ilə EGOİ 2025-ə seçmə imtahanı keçirilib

19-04-2025
Azercell Beynəlxalq Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır

Azercell Beynəlxalq Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır

18-08-2025
Azercell-in “DataMinds Bootcamp” proqramı uğurla yekunlaşıb

Azercell-in “DataMinds Bootcamp” proqramı uğurla yekunlaşıb

23-09-2025
İkinci ABB Regional Hakatonunun qalibləri elan olunub

İkinci ABB Regional Hakatonunun qalibləri elan olunub

07-07-2021
Azercell-in dəstəyilə “Robotex Türkiyə”nin regional yarışlarına start verildi!

Azercell-in dəstəyilə “Robotex Türkiyə”nin regional yarışlarına start verildi!

02-03-2024
Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub

Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub

14-04-2026
Startaplar üçün “IGNITE” İnkubasiya Proqramına start verilib

Startaplar üçün “IGNITE” İnkubasiya Proqramına start verilib

15-01-2024
NASA Space Apps Azerbaijan Hackathonunun qalibləri ilə görüş keçirilib

NASA Space Apps Azerbaijan Hackathonunun qalibləri ilə görüş keçirilib

01-11-2019
"Azercell Hackathon 2022" müsabiqəsinə qeydiyyat başlayıb

"Azercell Hackathon 2022" müsabiqəsinə qeydiyyat başlayıb

12-01-2022
Azercell və ADA-nın “İdeya İnkubasiyası Proqramı”nın finalı baş tutub

Azercell və ADA-nın “İdeya İnkubasiyası Proqramı”nın finalı baş tutub

18-06-2025
Azercell “CyberCell Hackathon”a start verir

Azercell “CyberCell Hackathon”a start verir

18-10-2025
Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik edib

Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik edib

05-03-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə