Azercell-in “Gələcək – Sənsən” karyera proqramı davam edir

04-09-2009 / 08:24

“Azercell”də təcrübə proqramı şirkəti daha yaxından tanımağa və şirkətimizdə karyera qurmağa real imkanlar yaradır. Təcrübə proqramı uğurlu namizədlərə bacarıqlarını və telekommunikasiya sahəsində təcrübələrini inkişaf etdirməyi həmçinin maraqlı və məsuliyyətli layihələrə qatılmağı təklif edir.

Bu təcrübə proqramı İnformasiya Kommunikasiya Texnologiyaları şöbəsinin ən dinamik qruplarından birində – Servis və Məhsulların İnkişaf etdirilməsi qrupunda nəzərdə tutulmuşdur. Təcrübənin müddəti 3 ay təşkil edəcək və təcrübəni keçən bu müddət ərzində müvafiq ödəniş alacaq.

Proqram çərşivəsində təcrübəçi:

Yeni proqramların yaradılmasında iştirak edəcək
Mövcud olan proqramlar üçün yeni modulların hazırlayacaq
Servis və məhsulların hazırlanmasında yeni bilgilər qazanacaq
Layihələrdə iştirak edəckdir
Namizədlərdən tələb olunanlar:
Ali texniki təhsil (kompüter elmləri) – bakalavr dərəcəsinin sonuncu kursunda təhsil alanlara üstünlük veriləcək
Proqramlaşdırma sahəsində azı 1 il iş təcrübəsi (Java, C/C++), SQL, Oracle, RDBMS, Veb proqramlaşdırması
Unix üzrə təməl biliklər
Azərbaycan dili, Rus dili, İngilis dili

Namizədlər akademik performansları, nəzəri bilgiləri və İKT sahəsinə göstərdikləri maraqları sayəsində seçiləcəklər. Son seçim turu dəyərləndirmə və üz-üzə keçirilən müsahibələrdən ibarət olacaq.

Proqramda iştirak etmək istəyənlər tərcümeyi-hallarını [email protected] ünvanına 15 sentyabr 2009-cu il tarixinədək göndərə bilərlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə