“Azercell”-dən Xeberler.az-a verilən məlumata görə, “Azercell Telekom” MMC və ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalistlər üçün ingilis dili üzrə xüsusi kurslara sənədlərin qəbulunun başladığını elan edir. Yeddi ay davam edəcək kurs ixtisaslaşmış ingilis dili müəllimləri tərəfindən aparılacaq. Bu müddət ərzində media nümayəndələrinə ingilis dili öyrədilməklə yanaşı bu dildə xəbər hazırlamaq və məqalə yazmaq bacarıqlarının inkişaf etdirilməsi istiqamətində də dərslər keçiriləcək.
Kurslarda çap, elektron və teleradio KİV-də çalışan peşəkar jurnalistlər iştirak edə bilərlər. İngilis dili təlimləri bu ilin fevral - avqust aylarında Bakıda keçiriləcək. Bir neçə dil səviyyəsi olan jurnalistlər üçün nəzərdə tutulmuş kurslarda iştirak etmək məqsədilə namizəd seçiləcək və onlarla Seçim Komitəsi tərəfindən müsahibə aparılacaq.
Kurslarda iştirak etmək istəyənlərin jurnalistikada ən azı iki il iş təcrübəsi olmalıdır. Bundan əlavə, KİV nümayəndələri 7 aylıq kurslarda müntəzəm iştirak edəcəklərinə dair təmsil etdikləri qurumun rəhbərinin məktubunu və son 3 ay ərzində hazırladıqları jurnalist materiallarının nümunələrini təqdim etməlidirlər. Təlimlərdə iştirak şərtləri ilə ətraflı tanış olmaq, ərizə formasını doldurmaq üçün www.azercell.com ünvanına müraciət etmək mümkündür.
Qeyd edək ki, “Azercell Telekom” MMC ötən il də jurnalistlər üçün ingilis dili kursları təşkil etmişdi. İlk təlimdə üç səviyyə üzrə 30-dan çox KİV nümayəndəsi dil bacarıqlarını artırmaq imkanı qazanmışdı.
Bu kurslar şirkətin Azərbaycanda keyfiyyətli jurnalistikanın inkişafına yönələn və “İnkişafı Paylaşmaq Platformu” adlanan yeni strategiya çərçivəsində reallaşdırılır. 2007-ci ilin əvvəlindən etibarən həyata keçirilən bu strategiyanın əsas məqsədi regionun aparıcı telekommunikasiya şirkəti kimi “Azercell”in əldə etdiyi inkişafı cəmiyyətin güzgüsü sayılan mətbuatla paylaşmasından ibarətdir. İndiyə qədər “İnkişafı Paylaşmaq Platformu” strategiyası çərçivəsində müstəqil və güclü medianın inkişafına yönələn müxtəlif layihələr həyata keçirilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri