“Azercell” istifadəçilərə daha rahat xidmət təcrübəsi təqdim etmək məqsədilə öz mobil
tətbiqinə "Qonaq girişi" funksiyasını əlavə edib. Bu yenilik bütün istifadəçilərə Azercell-in müxtəlif xidmət və məhsullarını daha əlçatan edir.
Yeni funksiya istifadəçilərə tətbiqdə qeydiyyatdan keçmədən eSIM (rəqəmsal simkart) sifariş və aktiv etmək, eləcə də nömrə daşınması xidmətindən onlayn yararlanmaq imkanı verir. Eyni zamanda, müştərilər artıq qeydiyyatsız şəkildə Azercell-in geniş məhsul çeşidi və tarifləri ilə ətraflı tanış ola, şirkətin satış və xidmət mərkəzlərinin xəritə üzərindəki dəqiq ünvanlarını öyrənə bilərlər.
Qeyd edək ki, "Azercell" tətbiqi nömrənin asan idarə edilməsi üçün nəzərdə tutulmuş çoxfunksional özünəxidmət platformasıdır. Tətbiq balans, abunələr, nömrənin xətti, ödəmələr, cari kampaniyalar və digər məlumatlara ani giriş imkanı verir. Həmçinin tətbiq üzərindən digər Azercell tətbiqlərini də idarə etmək mümkündür.
“Azercell Telekom” MMC haqqında ətraflı məlumat üçün Azercell səhifəsinə keçid etməyinizi xahiş edirik.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri