Previous Next
Bağla

Azercell yeni brend kimliyini açıqladı

22-06-2019 15:05
Azercell yeni brend kimliyini açıqladı

Azərbaycan telekommunikasiya sektorunun lideri, fəaliyyət tarixində yeni bir dönəmə qədəm qoyan Azercell iyun ayının 21-də Heydər Əliyev Mərkəzində dövlət və biznes strukturları, ictimai xadimlər və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə yeni brend kimliyini ictimaiyyətə təqdim edib.

Xeberler.az bildirir ki, tədbirdə şirkətin fəaliyyətini qloballaşan dünya bazarının trendlərinə uyğun şəkildə qurmağa yönəlmiş strateji inkişafın rəqəmsal konsepsiyası da açıqlanıb. Şirkətin prezidenti Vahid Mürsəliyevin sözlərinə əsasən, rəqəmsal texnologiyalar əsrində transformasiya məsələsi xüsusilə aktualdır.

“Telekommunikasiya sahəsi ən çevik sahə olaraq müasir həyatın ritmini təyin edir. O dünyanı dəyişdirdikcə biz də mütləq şəkildə dəyişməliyik. Azercell olaraq dəyişməyə şadıq. Dəyişmək, yaşamaq deməkdir. Dəyişmək daha yaxşı olmaq, daha ağıllı və daha mobil sabah üçün bugünkü səndən üstün olmaq deməkdir. Strategiyamız rəqəmsallığa doğru dəyişir. Bizim yeni rəqəmsal dünyamızın mərkəzi müştərimiz olacaq. Bütün bu yeniliklər məhz onların həyatlarını rahatlaşdırmaq və daimi bağlantını təmin etmək üçündür.” – deyə cənab Vahid Mürsəliyev öz çıxışında bildirib.

Azercell ölkə əhalisinin əksəriyyətinin seçimi və yerli telekommunikasiya sektorunun lideri olmasına baxmayaraq, yeni bağlantı erasında transformasiya etməyi zəruri hesab etdi. Azercell artıq rəqəmsallığı gündəlik proseslərində və düşüncə tərzində əks etdirən, inkişaf yolunda dəyişkənliyə çevik bir şirkət olaraq abunəçilərinin qarşısına çıxır. Bu transformasiya Azercell ilə abunəçilər arasında illərlə formalaşan mövcud emosional bağı möhkəmləndirməyə vəsilə olacaq.
Yeni brend kimliyi ilə abunəçiləri üçün rəqəmsal dünyanın sonsuz imkamlarını açan Azercell, müasir texnologiyaların tətbiqi ilə onların həyatlarını əsaslı şəkildə dəyişəcəyini bəyan etdi. Azercell-in çevikliyi və yenilikçi ruhunun rəmzi olacaq, keçmişlə gələcək arasında bir bağ yaradaraq hərəkət və inkişafı təcəssüm etdirəcək yeni nişan, şirkət tarixində yeni eranın başladığının əksidir.

Qeyd etmək istərdik ki, 21 iyun, Heydər Əliyev Mərkəzində keçirilən tədbir zamanı qonaqlara Azərbaycanda ilk dəfə olaraq, 360 dərəcəlik 3D proyeksiyası nümayiş etdirilib. Həmçinin Azercell, Heydər Əliyev Mərkəzinin parkında “Rəqəmsal Səma Altında” adlı sərbəst girişli konsert təşkil edərək, tamaşaçılara Emin Ağalarov, Zülfiyyə Xanbabayeva, Nigar Camal, Çingiz Mustafayev, Elnarə Xəlilova, Elşad Xose kimi tanınmış müğənnilərin ifasında səslənən mahnıları dinləmək imkanı təqdim edib. Burada, ölkəmizdə ilk dəfə olaraq 300-ə yaxın dron səmada Azərbaycan bayrağı və xəritəsinin, Azercell-in köhnə və yeni loqolarının təsvirini yaradaraq, izləyicilərə möhtəşəm bir şou sərgiləyib.

Yeni dövrdə Azercell-in prioritet sahələri müştəriyönümlü şirkət və etibarlı tərəfdaş kimi seçilməkdir. Hər zaman innovativ və rəqəmsal həllər təqdim edən, məlumat məxfiliyini qoruyan, təkcə müştərilərinin ehtiyaclarını qarşılamağa deyil, bu ehtiyaclardan bir addım öndə olmağı bacaran Azercell bundan sonra da, ən son trendlərə uyğun məhsullar və xidmətlər təqdim edən bir şirkət kimi fəaliyyətini davam etdirəcək!

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell möhtəşəm rəqəmsal şou təqdim edir

17-06-2019

Azercell İlin innovasiya tədbiri nominasiyasında qalib gəlib

25-10-2019

Azercell-lilər bir ay ərzində rəqəmsalgünləri birlikdə qeyd edəcək!

23-06-2020

Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən!

26-06-2019

Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri cənab Rəşad Nəbiyev Azercell ilə  görüş keçirib

23-08-2022

Azercell transformasiya ilininin nəticələrini açıqladı

22-02-2020

Azercell yeni rəqəmsal məhsul portfelini təqdim edir

13-05-2019

"Azercell" abunəçilərinin sayı 5 milyonu keçib

28-05-2020

"Azercell" Azərbaycan bazarında fəaliyyətinin 25 illiyini qeyd edir

15-12-2021

Ölkənin ən arzuolunan iş məkanında 1 gün

05-07-2019

Azercell Eksklüziv indi Goranboyda

30-08-2019

“Azercell”in ofislərində rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınması təmin edilib

02-09-2024

Azercell yeni kampaniyaya başlatdı

13-07-2018

Azercell Azərbaycana yeni texnologiya gətirir

02-12-2015

Azercell-in rəqəmsal xidmətləri “Umico”da!

09-07-2021

Yeni iPhone SE modelləri Azercell Eksklüziv-də təqdim olunur

16-05-2020

Azercell Müştəri Xidmətləri Gənclik Mall-da

14-06-2016

Azercell-dən Yeni İl kampaniyası

05-01-2018

“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir

05-11-2024

Azercell-dən Samsung smartfonları üçün xüsusi təklif

08-11-2019

Dünyanı Azercell ilə səyahət et!

04-06-2019

Azercell-in ölkədə neçə baza stansiyası var?

31-03-2017

Azercell “Telegram Bot” xidmətini təqdim edir

04-06-2020

“Azercell” "eSİM" xidmətini təqdim edir

13-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə