“Azercell”in “70 günə 70 avtomobil” kampaniyası dayandırılıb!

07-11-2009 / 15:19

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Azercell Telecom» şirkəti tərəfindən stimullaşdırıcı tirajlı lotereyanın keçirilməsini dayandırıb.

QKDK-dan xeberler.az-a verilən məlumata görə, Komitə «Lotereyalar haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən lotereyaların keçirilməsi üzərində mütəmadi nəzarət tədbirləri həyata keçirir. Keçirilmiş nəzarət tədbirləri nəticəsində «Azercell Telecom» MMC tərəfindən stimullaşdırıcı tirajlı lotereyanın keçirilməsi hüququnun əldə edilməsi üçün QKDK-ya təqdim edilmiş lotereya şərtlərinin pozulması və təşkil edilmiş kampaniyanın stimullaşdırıcı deyil, adi kütləvi lotereya oyunu xüsusiyyətlərinə malik olduğu aşkar edildiyindən, «70 günə 70 avtomobil» adlı stimullaşdırıcı tirajlı lotereyanın keçirilməsi Komitə tərəfindən dayandırılıb.

«Azercell Telecom» isə hələ ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bu qərarına münasibət bildirməyib.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə