Previous Next
Bağla

Azərbaycanda lotereya iştirakçılarına yaş məhdudiyyəti tətbiq edildi

05-10-2018 13:47
Azərbaycanda lotereya iştirakçılarına yaş məhdudiyyəti tətbiq edildi

"Lotereyalar haqqında" qanunda dəyişikliklər Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirə olunub. 

Xeberler.az  bildirir ki, dəyişikliyə əsasən qanuna “Elektron lotereya” anlayışı əlavə olunub. Elektron lotereya - lotereyanın keçirilmə formasından asılı olmayaraq, lotereya təşkilatçısının lotereya biletlərinin yayılmasını və lotereya iştirakçıları arasında uduş fondunun oynanılmasını informasiya sistemləri və şəbəkələri vasitəsi ilə həyata keçirdiyi lotereyadır. 

Həmçinin dəyişikliklə, lotereya iştirakçılarına yaş məhdudiyyəti tətbiq edilib. Belə ki, lotereya iştirakçısı 18 yaşına çatmış, könüllü şəkildə lotereyada iştirak edən, lotereya biletinin (ona bərabər tutulan digər məlumat daşıyıcısının) sahibidir. Digər dəyişikliyə əsasən, lotereyanın şərtlərində dəyişiklik edilməsi üçün lotereya təşkilatçısı uduş fondunun oynanılması tarixinə azı 15 iş günü qalmış maliyyə bazarlarına nəzarət orqanına müraciət edir. 

Lotereyanın şərtlərində dəyişiklik edilməsi ilə bağlı müraciət maliyyə bazarlarına nəzarət orqanına daxil olduğu gün qeydiyyata alınır və həmin tarixdən etibarən 5 iş günündən gec olmayaraq, maliyyə bazarlarına nəzarət orqanı dəyişikliklər edilməsinə icazənin verilməsi və yaxud bundan imtina edilməsi barədə qərar qəbul edir. 

Lotereyanın şərtlərinə dəyişiklik edilməsinə razılıq verilməsi və yaxud bundan imtina edilməsi barədə qərar lotereya təşkilatçısına təqdim edilir və yaxud sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Hazırda qüvvədə olan qanun aəsasən lotereyanın şərtlərinə əlavə və dəyişikliklər uduş fondunun oynanılması tarixinə azı 10 iş günü qalana qədər edilə bilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azercell”in “70 günə 70 avtomobil” kampaniyası dayandırılıb!

07-11-2009

130 mindən çox elektron lotereya bileti satılıb

27-11-2015

Bakutel-2018 sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq

15-11-2018

Bakcell və Bank of Baku-dan yeni lotereya

22-05-2018

Hesab.az-dan ABŞ-a getmək imkanı

21-04-2016

“Sms şans” lotereya kampaniyasının növbəti qalibləri bəlli oldu!!!

31-03-2009

Azərbaycanda lotereya və idman mərc oyunları nağdsız dövriyyəyə cəlb edilə bilər

25-05-2023

“Hədiyyə yağışı” lotereyasının nəticələri açıqlandı

18-03-2016

Bakcell-in meqa lotereyasının qalibi bəlli oldu!

06-10-2025

Xaricdən onlayn alınan hansı məhsullar vergiyə cəlb ediləcək?-Rəsmi

27-12-2016

Mərkəzi Bank rəqəmsal ödənişlərin stimullaşdırılması məqsədilə keçirilən Kartla ödə, kartla qazan lotereyasına start verir

30-01-2019

Bakcell-dən Ulduzum abunəçiləri üçün lotereya elanı

26-03-2015

6-cı lüks avtomobil uduldu – növbəti qalib sən ol!

14-11-2025

Azercell-dən 100 000 AZN-ə qədər hədiyyə qazanmaq imkanı

28-01-2019

Bakcell abunəçisi 1 AZN-lə lüks avtomobil sahibi oldu!

07-11-2025

Hesab.az-dan istifadəçilərinə sürpriz

21-04-2016

“SMS ŞANS” kampaniyasının növbəti qalibləri bəlli oldu

15-04-2009

İndi şans paketi al və Bakcell-dən avtomobil qazan

05-12-2025

Bakcell-in lotereyasında ən böyük hədiyyə üçün sayılı günlər qaldı!

10-12-2025

Bakcell 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

01-10-2025

İphone 6S-i pulsuz necə almaq olar?

10-08-2016

“SMS ŞANS” kampaniyası davam edir

08-04-2009

Hesab.az lotereyasının qalibləri seçildi

04-09-2015

Hesab.az lotereya qaliblərini müəyyən edir

03-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə