Previous Next
Bağla

Azərkosmos” peyk istehsalına hazırlaşır

21-10-2025 10:55
Azərkosmos” peyk istehsalına hazırlaşır

Azərbaycanda müstəqil kosmik sənayenin əsası 2008-ci ildə qoyulub. “Azərkosmos”un yaradılması ilə ölkəmizdə kosmik fəaliyyətin inkişafına dövlət səviyyəsində sistemli dəstək verilməyə başlanılıb. Hazırda qurumun xidmətlərindən 50-dən çox ölkədə 200-ə yaxın şirkət yararlanır. Azərbaycan öz orbital mövqeyinə sahib 48 ölkədən biridir və kosmik resurslarından müstəqil şəkildə istifadə edir.

Xeberler.az məlumat verir ki, bunu “Azərkosmos”un İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanov oktyabrın 21-də Bakıda keçirilən “Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili” adlı tədbirdə deyib.

Dunay Bədirxanov bildirib ki, yaxın aylarda Kosmik Aparatların İnkişafı Mərkəzinin tikintisinə başlanılacaq. O qeyd edib ki, Azərbaycan peyklərin istehsalını həyata keçirməyi planlaşdırır: “Artıq bu istiqamətdə ilkin addımlar atılıb. “Tədqiqat və İnkişaf” komandamız son bir il yarım ərzində İsraildə “Azersky-2” layihəsi çərçivəsində peyk istehsalı üzrə təlimlər keçib. Mərkəzin dizayn və layihələndirmə mərhələsi tamamlanıb və yaxın aylarda tikintiyə start veriləcək. Yeni peykimizin daşıyıcı raketi kimi “SpaceX” şirkətini seçmişik”.

D.Bədirxanov əlavə edib ki, “Azərkosmos” tarixində ilk dəfə törəmə müəssisə - “Spacecraft Development and Production” MMC yaradılıb.

“Azərkosmos”un sədr müavini Fuad Aslanov qeyd edib ki, tədbir təkcə son 10 ilin uğurlarını paylaşmaq üçün deyil, həm də gələcək əməkdaşlıqlar və strateji baxışın formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Fuad Aslanov bildirib ki, 2024-cü ildə qurum 10 milyon dollarlıq biznes portfeli formalaşdırıb: “Bu, xidmətlərimizə olan böyük tələbatın və keyfiyyət göstəricisinin sübutudur. Son illərdə “Azərkosmos” kənd təsərrüfatı, ekologiya, turizm, mədənçilik, neft-qaz və enerji sahələrində bir çox layihələr reallaşdırıb”.

Onun sözlərinə görə, 2022-ci ildə yaradılmış Coğrafi İnformasiya Sistemləri Mərkəzi vasitəsilə 100-dən çox kommersiya layihəsi həyata keçirilib. Hazırda qurum “FarmUp”, “Platerra”, “WebGis” və iqlim hesabatı kimi rəqəmsal platformaları istifadəyə təqdim etməyə hazırlaşır.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev bildirib ki, peyk müşahidələri kənd təsərrüfatında şəffaf subsidiyalaşma və torpaq resurslarının səmərəli idarə edilməsinə mühüm töhfə verir. “Peyk məlumatları vasitəsilə torpaq və su ehtiyatlarının vəziyyəti, əkin sahələrinin dinamikası və məhsuldarlıq göstəriciləri izlənilir. Bu, həm dövlət siyasətinin, həm də fermer qərarlarının daha düzgün formalaşmasına şərait yaradır”, - deyə Firudin Tağıyev qeyd edib.

İqtisadiyyat Nazirliyinin Rəqəmsal idarəetmə şöbəsinin müdiri Anar Nərimanov isə vurğulayıb ki, kosmik müşahidə və rəqəmsal məlumatlardan istifadə iqtisadiyyatın müxtəlif sahələrinin monitorinqi və idarəetmənin optimallaşdırılmasında əsas vasitəyə çevrilib: “İqtisadiyyat Nazirliyi ilə “Azərkosmos” arasında qurulan əməkdaşlıq nəticəsində 1000-dən çox məlumat bazası yenilənib, 1500-ə yaxın məkan göstəricisi dəqiqləşdirilib”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədr müavini Şahin Ataşov isə bildirib ki, kosmik müşahidə texnologiyaları ətraf mühitin monitorinqi, təbii resursların idarə edilməsi və ekoloji təhlükəsizliyin təmin olunması sahəsində yeni imkanlar açır. “Peyk təsvirləri meşə örtüyünün dəyişməsi, su hövzələrinin vəziyyəti və torpaq eroziyası kimi proseslərin izlənilməsində mühüm elmi baza yaradır. Ekoloji siyasətin formalaşdırılmasında kosmik məlumatlara əsaslanmaq bizə dəyişiklikləri vaxtında müəyyənləşdirməyə və onların təsirini azaltmağa imkan verir”, - deyə o vurğulayıb.

Azərbaycan Dövlət Su Agentliyinin şöbə müdiri Yusif Əhədi bildirib ki, hazırda su hövzələrində suyun səviyyəsinin avtomatik müəyyən olunması ilə bağlı “Azərkosmos”la birgə layihə hazırlanır. “Elektron su təsərrüfatı ilə bağlı işlər icra olunur. Bu istiqamətdə peyk təsvirlərindən istifadə etmək bizim üçün mühüm əhəmiyyət kəsb edir”, - deyə Yusif Əhədi qeyd edib.

“Azərkosmos”un İdarə Heyəti sədrinin satış məsələləri üzrə müşaviri Yolçu Həsənov isə çıxışında sosial layihələr və kosmik məlumatların sosial təsirləri ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, son illər sosial proseslərin və əhali ehtiyaclarının monitorinqində “Azərkosmos”un təqdim etdiyi məlumatlardan geniş istifadə olunur. “Bu, bir tərəfdən sosial işin bir forması kimi çıxış edir, digər tərəfdən dövlət qurumları arasında koordinasiyanın və məlumat mübadiləsinin güclənməsinə xidmət edir. Artıq hər il müxtəlif istiqamətlərdə xidmətlərin sayını artırırıq. Bu həm texniki komandanın öz üzərində işləməsi, həm də dövlət qurumlarında mütəxəssislərin yetişməsi baxımından mühüm nəticədir”, - deyə o bildirib.

Tədbirdə qeyd olunub ki, hazırda işğaldan azad edilmiş ərazilərdə kosmik şəkillərin incələnməsi yolu ilə faydalı qazıntıların yayılma areallarının müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

“Agro Dairy” MMC-nin Bitkiçilik istiqaməti üzrə icraçı direktoru Ramil Məmmədov bildirib ki, “Azərkosmos” ilə şirkət kənd təsərrüfatı sahələrinin monitorinqində istifadəsinə dair əməkdaşlıq müqaviləsi imzalayıb. “Azərbaycanda ərzaq təhlükəsizliyi və iqlim dəyişikliyi məsələləri aktuallığını qoruyur. İqlim dəyişikliyi artıq realdır və hər sahəyə, xüsusən də kənd təsərrüfatına təsir edir. Bu istiqamətdə kosmik Data çox önəmli rol oynayır. Çünki iqlim dəyişikliyini anlamaq üçün müşahidə məlumatları ən dəyərli və vacib mənbədir”, - deyə Ramil Məmmədov əlavə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda Kosmik Aparatların İnkişafı Mərkəzi tikiləcək

21-10-2025

Sədr müavini: “Azərkosmos” 10 milyon dollarlıq biznes portfeli formalaşdırıb

21-10-2025

“Azərkosmos”: İqlim dəyişikliyini anlamaq üçün müşahidə məlumatları ən dəyərli mənbədir

01-10-2025

Kənd Təsərrüfatı Nazirliyi və Azərkosmos arasında əməkdaşlıq genişlənir

16-05-2024

Azərkosmos Kosmik Texnologiyalar konfransında regional əməkdaşlığını gücləndirir

03-04-2026

“Azərkosmos”: Yeni nəsil peyk sistemlərini orbitə çıxaracağıq

24-04-2025

Azərkosmos və Aqrar Sığorta Fondu əməkdaşlığa başladı

04-11-2024

“Azərkosmos” tərəfindən “Yaşıl siyasət” sənədi qəbul olunub

05-04-2024

“Azərkosmos” Konfrans çərçivəsində 10-dək Anlaşma Memorandumu imzalayacaq

24-04-2025

“İqlim dəyişikliyinə kosmosdan baxış” rəqəmsal platforması ictimaiyyətə təqdim olunub

05-04-2024

"Azərkosmos" iqlim dəyişikliyi ilə bağlı yeni layihələr üzərində işləyir

04-10-2024

Azərkosmos və Braziliyanın Kosmik Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

22-11-2023

"Azərkosmos"da işləyənlərinin 33 %-i qadınlardır

27-04-2023

“Azərkosmos” Norveçdə “İqlim dəyişikliyi üzrə qlobal kosmik konfrans”da iştirak edir

24-05-2023

Qırğızıstan Azərbaycan peyklərindən istifadə etməkdə maraqlıdır

09-12-2025

Azərkosmos Azərbaycan Dövlət Aerogeodeziya Müəssisəsi ilə müqavilə imzalayıb

23-10-2015

“Azərkosmos” və Belarus Milli Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

05-11-2021

“Yer səthinin məsafədən müşahidəsi” müsabiqəsinin qalibləri mükafatlandırılıb

27-11-2024

Azərkosmos: Peyk məlumatlarının strateji bitkilər üzrə dəqiqlik göstəriciləri 92-99 faizdir

06-05-2026

“Azersky 2” peykini ilk böyük peyk layihəsi kimi həyata keçirməyi planlayırıq

04-03-2025

Azersky peykindən əldə olunan təsvirlərin istifadəsi müzakirə olunub

18-11-2015

“Azərkosmos”a müvəqqəti rəhbərlik Dunay Bədirxanova həvalə edilib

04-03-2025

"Azərkosmos" yerli tərəfdaşlara əsaslanmaq istəyir

14-05-2026

TDT-yə üzv ölkələrin kosmik sahədə birgə fəaliyyəti üçün hüquqi baza yaradılır

23-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə