Previous Next
Bağla

Azərkosmos-da yeni təyinat

07-10-2015 15:42
Azərkosmos-da yeni təyinat

Azərcosmos ASC Den Radunu Satış və Marketinq departamentinin direktoru vəzifəsinə təyin edib.

Xeberler.az bildirir ki, köhnə nəsil kabel texnologiyaları, müasir peyk və media əməliyyatları sahələrində  təcrübəsi olan Den Azərkosmosun uzunmüddətli inkişaf strategiyasına istiqamət verəcək və şirkətin satış potensialının artırılmasına dair səlahiyyətləri yerinə yetirəcək.

“Azərcosmos  Deni yüksək texniki təcrübəyə malik olması və kommersiya sahəsində əldə etidiyi  uğurları əsas tutaraq Satış və marketinq departamentinin rəhbəri kimi mühüm bir vəzifəyə təyin edib. Ən əsası,  onun  müştəri yönümlü olması Azərkosmosun dəyərləri ilə tam uyğunluq təşkil edir. Məhz bu keyfiyyət Dan Radunun Baş Kommersiya Direktoru vəzifəsinə təyin olunması qərarına təsir edən əsas amil olub.”-deyə Azərkosmosun Sədri Rəşad Nəbiyev bildirib.

Hazırda DTH, media və genişzolaqlı informasiya ötürülməsi üçün nəzərdə tutulmuş tətbiqlərə  artan tələbatı nəzərə alaraq,  Azərkosmos ikinci telekommunikasiya peyki Azerspace-2 vasitəsilə özünün regional strategiyası və peyk tutum həcmini daha da gücləndirməyi planlaşdırır.  Den Radu şirkətin hədəflədiyi yeni regionlarda cəlb olunacaq yeni müştərilərin tələbatlarını daha yaxşı başa düşməkdə Azərkosmosa yardımçı olacaq. Qeyd edək ki, Azerspace-2 peykinin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır.

Den Azərkosmosda satış və marketinq departamentinə rəhbərlik edəcək və Azərkosmosun Bakıda yerləşən qərargahında fəaliyyət göstərəcək.

Qeyd edək ki,  Den ötən 20 il ərzində peyk sənayesinin liderlərindən olan Intelsat, EMCvə Cisco kimi şirkətlərdə idarəetmə və satış sahəsində geniş təcrübəyə yiyələnib, Deutsche Telekom, Discovery Communications və s. peyk və media sahəsində ixtisaslaşmış  qurumlarda bir çox layihələrin uğurla icrasına öz töhfəsini verib.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərkosmos ASC-yə baş kommersiya direktoru təyin olunub

08-10-2019

Azerspace 2-nin yeni istehsalçısı seçilib

21-10-2015

"Azərkosmos"da yeni təyinat

11-05-2022

Azerspace-2 Kuru kosmodromuna gətirilib

09-08-2018

Azerspace-2 peykinin orbitə buraxılmasından 1 il ötür

26-09-2019

Azərkosmos Afrikaya peyk xidmətləri təqdim edəcək

27-04-2022

“Azərkosmos” ikinci peyki qaldırmaq üçün müqavilə bağladı

18-02-2015

Azerspace-2 sınaq orbitinə çatdı

19-12-2018

Azərkosmos Afrikada fəaliyyət dairəsini genişləndirir

18-07-2025

“Azərkosmos” Çinin “Satelliteherd” şirkəti ilə əməkdaşlığa başlayıb

02-07-2021

Azərbaycanın ucqar kəndlərində yüzlərlə məktəbi peyk interneti ilə təmin edəcək

05-12-2018

Azərbaycanın yeni peykinin hazırlıq mərhələsi-Foto

17-01-2018

Azərbaycan daha bir peykini orbitə göndərib

26-09-2018

“Azərkosmos” “Prime African Media Systems” şirkəti ilə əməkdaşlıq edəcək

29-07-2020

Azərkosmos qlobal peyk operatoru “ABS” şirkəti ilə əməkdaşlığa başlayıb

13-09-2024

Azerspace-2-nin orbitə buraxılması istiqamətində hazırlıqlar nə yerdədir?

31-08-2015

Azerspace-1 peyki indiyədək 90 milyon dollar gəlir gətirib

11-02-2019

Opera Software şirkətinə yeni icraçı direktor təyin olunub

06-01-2010

“Azərkosmos” ABŞ-ın “UltiSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

16-04-2020

Azerspace-2 peyki kommersiya fəaliyyətinə başlayıb

01-02-2019

“Azərkosmos” sertifika layiq görülüb

08-06-2020

Azərbaycanın ikinci peykinin layihələndirilməsi üzrə işlərə başlanıb

22-02-2016

Azerspace-1 ölkəmizə 50 milyon dollar qazandırıb

08-02-2017

Seçkilər Azerspace-1 resurslarından istifadə olunaraq yayımlanıb

02-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə