“Azərkosmos” və Macarıstan əməkdaşlıq məsələlərini müzakirə edib

03-06-2025 / 18:15

“Azərkosmos” və Macarıstanın “4iG Space and Defence Technologies” şirkətinin rəhbər heyətləri arasında görüş keçirilib.

Xeberler.az məlumat verir ki, görüşdə ötən ay iki qurum arasında imzalanmış anlaşma memorandumunun icrasına dair növbəti addımlar müzakirə olunub. Həmçinin tərəflər arasında potensial əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib. Görüş çərçivəsində peyklərin birgə istehsalı, təlim və konsaltinq xidmətləri, Coğrafi İnformasiya Sistemləri (CİS) və peyk həlləri, strateji tərəfdaşlıq və investisiya imkanları və birgə biznes imkanlarının paylaşılması və əməkdaşlıq üzrə yol xəritəsinin hazırlanması barədə fikir mübadiləsi aparılıb.

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə