“Google” Çilidən Avstraliyaya fiberoptik kabel çəkəcək

05-06-2025 / 09:15

“Google” və Çilinin infrastruktur layihələri ilə məşğul olan dövlət şirkəti Desarrollo País Avstraliyaya fiberoptik kabelin çəkilməsi ilə bağlı müqavilə imzalayıb.

Xeberler.az bildirir ki, bu barədə Cənubi Amerikanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Çilinin xarici işlər naziri Alberto Van Klaveren bildirib ki, Valparaiso bölgəsi 14 000 km-dən çox kabel vasitəsilə Avstraliya ilə birləşdiriləcək.

Müqavilə “Google” və “Desarrollo Pais”in bərabər paylara sahib olacağı “Humboldt Connect” adlı birgə şirkətin yaradılmasını nəzərdə tutur.

Kabelin 2025-2026-cı illərdə çəkiləcəyi, kommersiya istifadəsinə isə 2027-ci ildə başlanacağı gözlənilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə