Previous Next
Bağla

140 illik tarix bağlandı: Baktelecom rəsmən tarixə qovuşdu - Ekspert

16-05-2025 16:07
140 illik tarix bağlandı: Baktelecom rəsmən tarixə qovuşdu - Ekspert
"Bütün dövlət telekom operatorlarını özünə birləşdirən Aztelekom vahid milli telekom operator olaraq fəaliyyətə başladı.
 
Azərbaycanda telefon rabitəsi 1881-ci ildə "Nobel qardaşları cəmiyyəti" tərəfindən ilk telefon xəttinin çəkilməsi ilə yaradılıb. 1886-cı ildən isə artıq indiki Baktelecom-un bünövrəsi hesab olunan Bakı Şəhər Telefon Stansiyası fəaliyyətə başlayıb. Sonralar bu qurum müxtəlif adlarda, gah dövlət , gah da özəl olaraq fəaliyyət göstərib".
 
Xeberler.az məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspert bildirib ki, bu qurum müxtəlif zamanlarda Bakı Şəhər Telefon Stansiyası, Bakı Şəhər Telefon Şəbəkəsi, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (BTRİB), "Bakı Telefon Rabitəsi" MMC, Baktelecom olaraq adlanıb:
 
"2017-ci ildə BTRİB yenidən təşkil olunaraq "Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) olaraq fəaliyyət göstərib.
 
Son zamanlar isə Baktelecom olaraq AZCON nəzdində fəaliyyət göstərirdi. Baktelecom nəhəng qurum olub. Aztelekom isə məhz bu qurumdan, o zaman Bakı Şəhər Telefon Stansiyası adlanan qurumun parçalanması ilə yaradılıb.
 
Daha dəqiq desək, 1933-cü ildə Bakı Şəhər Telefon Stansiyası Bakı şəhərində və regionlarda telekommunikasiya fəaliyyətinə cavabdeh olan iki quruma ayrılıb.
İndiki Aztelekom-un ilk bünövrəsini təşkil edən Bakı Şəhərlərarası Telefon Stansiyası məhz bu ildə yaradılıb və Azərbaycanın rayonlarında telekommunikasiyanın fəaliyyətinə cavabdeh qurum olaraq fəaliyyətə başlayıb. Sonralar “Bakı Şəhərlərarası Telefon Rabitəsi” İstehsalat Birliyi olaraq fəaliyyət göstərib. 1992-ci ilin avqust ayında isə “Bakı Şəhərlərarası Telefon Rabitəsi” İstehsalat Birliyi əsasında indiki “Aztelekom” İstehsalat Birliyi yaradılıb. "Aztelekom" İstehsalat Birliyi isə 2015-ci ildə “Aztelekom” MMC-yə çevrilib".
 
Osman Gündüz qeyd edib ki, 2025-ci ilin 16 may tarixində Aztelekom nəinki vaxtilə ayrıldığı qurum olan Baktelecom-u, eləcə də dövlət sektorunda sektorda mövcud olan bütün telekommunikasiya qurumlarını özünə birləşdirməklə Aztelekom olaraq yenidən fəaliyyətə başlamış oldu:
 
"Xatırladıram ki, uzun illər Antiinhisar Aztelekom və Baktelecom-un birləşməsinə antiinhisar qanunvericiliyin tələblərinin pozulması baxımından icazə verməyib. Bununla bağlı bir neçə illər davam edən məhkəmə çəkişmələri olub.
 
İndi isə görünən odur ki, RİNN-in apardığı siyasət nəticəsində nəinki Baktelecom, həm də sektorda olan bütün telekom operatorlar və aidiyyatı qurumlar da Aztelekom-a birləşdirildi.
 
Beləliklə də, 140 illik tarixi olan, 1880-ci illərdən fəaliyyətə başlayan, Baki şəhərində telekommunikasiya və internet işlərinə cavabdeh olan Baktelecom 2025-ci ildə bir
qurum olaraq ömrünü başa vurdu.
 
Artıq ölkədə dövlət sektorunda telekommunikasiya operatoru olaraq vahid bir qurum – Aztelekom fəaliyyət göstərəcək".
 
Ekspert bildirib ki, belə nəhəng təmərküzləşmədə müəyyən risklər gözlənilsə də, təbii inhisarçıların bir qurum olaraq birləşdirilməsi, inzibati proseslərin sadələşdirilməsi, dövlətə məxsus resurslardan effektiv istifadə, optimallaşma və qənaət baxımından atılan addımlar uğurlu hesab oluna bilər:
 
"Xatırladıram ki, 2025-ci ildə uğurla yekunlaşmış, bütün ölkə üzrə internetə əlçatanlığı təmin etmiş “Onlayn Azərbaycan” meqalayihəsinin əsas operatoru da “Aztelekom” MMC-dir.
 
Hazırda Aztelekom yalnız internetdən hər ay 75 milyon manat gəlir əldə edir. Yeri gəlmişkən, xatırladıram ki, keyfiyyətli internetə əlçatanlıq təmin edilsə də, hələ də ölkədə internet tariflərinin əlçatanlığı müəyyən təbəqələr, xüsusən regionlarda yaşayanlar və bizneslə məşğul olmayanlar üçün yetərli deyil.
 
Aztelekom hələ də internet qiymətlərində vətəndaşlar üçün tələbata uyğun seçim imkanlarını yaratmayıb.
 
Bildiyim qədər hazırda AZCON tərkibində fəaliyyət göstərən Aztelekom-da əlçatan tariflərin hazırlanması istiqamətində işlər aparılır".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Aztelekom-un təşkilati -hüquqi forması dəyişdi

Aztelekom-un təşkilati -hüquqi forması dəyişdi

09-07-2015
"Aztelekom"un nizamnamə kapitalı 3 dəfəyə yaxın artırılıb

"Aztelekom"un nizamnamə kapitalı 3 dəfəyə yaxın artırılıb

30-05-2025
Nazirliyin qurumu təşkilati hüquqi formasını dəyişdi

Nazirliyin qurumu təşkilati hüquqi formasını dəyişdi

27-07-2017
"Dövlət provayderləri internet xidmətlərini 4 dəfə baha satıb"

"Dövlət provayderləri internet xidmətlərini 4 dəfə baha satıb"

18-01-2024
Aztelekom və BTRİB özəlləşdirilir?

Aztelekom və BTRİB özəlləşdirilir?

30-12-2016
"Aztelekom” və “Baktelecom" qiymətlərlə manipulyasiya edir?

"Aztelekom” və “Baktelecom" qiymətlərlə manipulyasiya edir?

07-12-2022
RİTN-in strukturuna daxil olmayan qurumlar - SİYAHI

RİTN-in strukturuna daxil olmayan qurumlar - SİYAHI

04-05-2011
Dövlət Xidməti "Aztelekom” və “Baktelecom"u cərimələyib

Dövlət Xidməti "Aztelekom” və “Baktelecom"u cərimələyib

06-07-2023
Aztelekom MMC Azerfon-u məhkəməyə verib

Aztelekom MMC Azerfon-u məhkəməyə verib

18-09-2015
"Baktelecom" simsiz telefon rabitəsi xidmətinin fəaliyyətini dayandıracaq

"Baktelecom" simsiz telefon rabitəsi xidmətinin fəaliyyətini dayandıracaq

19-10-2021
"Aztelekom"un baş direktoruna I müavin təyin edilib

"Aztelekom"un baş direktoruna I müavin təyin edilib

21-12-2021
“Aztelekom” MMC-nin yenidən təşkili qeydə alınıb

“Aztelekom” MMC-nin yenidən təşkili qeydə alınıb

15-05-2025
“Baktelecom”da kadr dəyişikliyi olub

“Baktelecom”da kadr dəyişikliyi olub

08-04-2021
8 provayder müraciət etdi-"Aztelekom" və "BakıTelekom" haqqında iş qaldırıldı

8 provayder müraciət etdi-"Aztelekom" və "BakıTelekom" haqqında iş qaldırıldı

10-02-2023
Telefon qovşaqlarının adları dəyişdirilib

Telefon qovşaqlarının adları dəyişdirilib

30-11-2018
Daha iki provayderin ödənişini MilliÖN-də həyata keçirmək olar

Daha iki provayderin ödənişini MilliÖN-də həyata keçirmək olar

26-04-2016
Ekspert: Dövlət vəsaitləri almaq uğrunda sanki yarışa giriblər

Ekspert: Dövlət vəsaitləri almaq uğrunda sanki yarışa giriblər

06-11-2019
"Aztelekom" yenidən təşkil edilir

"Aztelekom" yenidən təşkil edilir

25-04-2025
İKT sektorunda mərkəzləşmənin müəllifi kimdir?

İKT sektorunda mərkəzləşmənin müəllifi kimdir?

29-01-2018
Parlament seçkiləri ilə əlaqədar «Aztelekom» İB və Bakı Telefon Rabitə İstehsalat Birliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib

Parlament seçkiləri ilə əlaqədar «Aztelekom» İB və Bakı Telefon Rabitə İstehsalat Birliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib

28-10-2010
Karantin günlərində “Aztelekom” və “Baktelecom” fəaliyyətini davam etdirəcək

Karantin günlərində “Aztelekom” və “Baktelecom” fəaliyyətini davam etdirəcək

13-06-2020
Bakı əhalisi artıq Parolsuz internet xidmətlərindən istifadə edə biləcək

Bakı əhalisi artıq Parolsuz internet xidmətlərindən istifadə edə biləcək

18-11-2009
 "Aztelekom"un rəhbəri dəyişdi

"Aztelekom"un rəhbəri dəyişdi

25-01-2023
“Baktelecom” Hövsan qəsəbəsində optik telekommunikasiya xidmətləri təqdim edir

“Baktelecom” Hövsan qəsəbəsində optik telekommunikasiya xidmətləri təqdim edir

26-04-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə