ABŞ-ın qrafik prosessorlar istehsalçısı “Nvidia” texnologiya şirkəti “Microsoft”u geridə qoyaraq dünya bazarlarına liderlik edən bahalı şirkətlər reytinqində birinci yerə yüksəlib.
Xeberler.az məlumat verir ki, bu barədə məlumat “TradingView” platformasında dərc olunan reytinqdə öz əksini tapıb.
Hazırda “Nvidia” şirkətinin bazar kapitallaşması 3,45 trilyon dollar təşkil edir. ABŞ-ın NASDAQ birjasında şirkətin səhmlərinin qiyməti 141,22 dollara çatıb. Eyni zamanda, “Microsoft” şirkətinin kapitallaşması 3,44 trilyon dollar, səhmlərinin dəyəri isə 462,97 dollar olub. Reytinqdə üçüncü yerdə qərarlaşan “Apple” şirkətinin bazar kapitalı 3,04 trilyon dollar, səhmlərinin qiyməti isə 203,79 dollardır.
Bazar kapitallaşmasının həcminə əsaslanan “TradingView” reytinqi dünyanın aparıcı şirkətlərini təmsil edir.
Bu arada, “Bloomberg” agentliyinin proqnozuna görə, ABŞ-ın Çinə mikroçip ixracına tətbiq etdiyi məhdudiyyətlər səbəbindən “Nvidia” təxminən 5,5 milyard dollar itirə bilər.
1993-cü ildə əsası qoyulmuş “Nvidia” qrafik prosessorların və digər çiplərin istehsalı ilə məşğul olur. Mənzil-qərargahı Kaliforniya ştatının Santa-Klara şəhərində yerləşən şirkətin məhsullarından süni intellekt, videooyun və avtomobil sənayesində geniş istifadə edilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları