“Azərkosmos”: Bolqarıstanın Sofiya şəhərində tələbələr üçün xüsusi təlim proqramı keçiriləcək

19-07-2023 / 16:06

Avqustun 7-dən sentyabrın 12-dək Bolqarıstanın Sofiya şəhərində tələbələr üçün xüsusi təlim proqramı keçiriləcək.

Xeberler.az verir ki, bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyi “Azərkosmos” məlumat yayıb.

Qeyd olunub ki, bu təlimdə tələbələr kosmik sahə üzrə xüsusi biliklərə yiyələnib aparıcı mütəxəssislər ilə fikir mübadiləsi aparmaq şansı əldə edəcəklər. İştirak bütün tələbələr üçün ödənişsiz əsaslar ilə təmin olunur, yerlər isə məhduddur.

Bolqarıstanın aerokosmik istehsalçısı EnduroSat dəstəyi və “Space Challenges Program 2023” təşkilatçılığı ilə keçirilən təlim proqramına qeydiyyat iyulun 20-dək davam edəcək. Bu link vasitəsilə qeydiyyatdan keçmək olar: https://bit.ly/bootcamp-.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə