Previous Next
Bağla

"Azərkosmos": "Məqsədimiz informasiya təhlükəsizliyini qorumaq olsa da, bununla məhdudlaşmadıq"

04-10-2023 15:05
"Azərkosmos": "Məqsədimiz informasiya təhlükəsizliyini qorumaq olsa da, bununla məhdudlaşmadıq"

"Təxminən 10 il bundan əvvəl "Azərkosmos" yarananda əsas məqsəd ölkənin informasiya təhlükəsizliyini qorumaq idi, amma biz bununla məhdudlaşmadıq".

Xeberler.az məlumat verir ki, bunu Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində baş tutmuş plenar sessiyada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") Strategiya və biznesin inkişafı departamentinin direktoru Natəvan Həsənova bildirib.

"Məqsədlər mövcud tələblərə uyğun dəyişir. 2013-cü ilə qədər Azərbaycan kanalları başqa ölkələrin, yəni 3-cü tərəfin peyklərində yayımlanırdı. Hökumətin qərarı ilə regionda dayanıqlı inkişafı təmin etmək üçün milli telekommunikasiya peyki orbitə buraxıldı və bütün kanallar orada yayımlandı. Coğrafiyadan irəli gələn çağırışları nəzərə almaq, bölgədə davamlılığımızı təmin etmək üçün buna ehtiyacımız var idi. Biz bu cür fəaliyyətə başladıq, amma tədricən başqa səviyyəyə qalxdıq. Müxtəlif ölkələrə xidmət edən daha bir peyk buraxdıq. Buraya Afrika, Yaxın Şərq, Mərkəzi Asiya və Avropa ölkələri daxildir.

Telekommunikasiya sektoru ilə yanaşı, biz 2014-cü ildə Yerin müşahidə peykini orbitə buraxdıq və bununla bağlı konkret dövlət proqramı var idi. Bu çərçivədə Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq edirik. Monitorinqlər aparıb müxtəlif qurumlarını məlumatlarla təmin edirik. Bunun əsasında isə onlar siyasətlərini formalaşdırır və qərar qəbul edə bilirlər. Ona görə deyərdim ki, biz bunların faydasını görürük. Və buna görə də bizim növbəti strategiyamız telekommunikasiya və yaxud müşahidə xidmətlərinin davamlılığını təmin etməkdir, ölkəmizdə ekosistem qurmaqda maraqlıyıq”, - deyə o qeyd edib. (Report)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Saməddin Əsədov: "Dövlət kosmik tədqiqatlar üçün gələcəkdə də əsas maliyyə mənbəyi olacaq"

02-10-2023

Azərbaycanın 4-cü peykini orbitə İlon Maskın şirkəti buraxa bilər

05-12-2022

Azərbaycan Ay və Marsın tədqiqi ilə məşğul olacaq

03-10-2023

Azərbaycanın yeni peykini orbitə İsrail şirkəti çıxaracaq

10-07-2023

Azərbaycanın növbəti peykinin orbitə buraxılacağı vaxt açıqlanıb

05-04-2024

Azərbaycan son on ildə kosmik fəaliyyətdən yarım milyard manat qazanıb

11-05-2023

"Azərkosmos": Azərbaycanlı məktəblilərin hazırladığı peyk gələn il orbitə buraxılacaq

08-10-2024

“Azərkosmos” daha bir şirkətlə əməkdaşlığa başladı

15-08-2020

“Azərsky 2” peyki ilə bağlı detallar məlum olub

03-10-2023

Azerspace-1 peyki indiyədək 90 milyon dollar gəlir gətirib

11-02-2019

“Azərkosmos”: Yeni nəsil peyk sistemlərini orbitə çıxaracağıq

24-04-2025

"Azersky" 6 milyon kvadrat kilometr ərazinin təsvirini verə bilir

10-02-2023

Seçkilər Azerspace-1 resurslarından istifadə olunaraq yayımlanıb

02-11-2015

“Azərkosmos” ikinci peyki qaldırmaq üçün müqavilə bağladı

18-02-2015

"Azərkosmos" Afrikanın 17 ölkəsinə xidmət göstərəcək

23-05-2023

“Azərkosmos” ASC-də qanvermə aksiyası keçirilib

19-11-2014

“Azersky 2” peykini ilk böyük peyk layihəsi kimi həyata keçirməyi planlayırıq

04-03-2025

“Azərkosmos” “Prime African Media Systems” şirkəti ilə əməkdaşlıq edəcək

29-07-2020

Azərkosmos Afrikaya peyk xidmətləri təqdim edəcək

27-04-2022

Peyklərimiz düşməndən müdafiəyəyə kömək edir? – Ekspertdən Açıqlama

07-10-2020

“Azərkosmos” Çinin “Satelliteherd” şirkəti ilə əməkdaşlığa başlayıb

02-07-2021

Azərbaycanın ucqar kəndlərində yüzlərlə məktəbi peyk interneti ilə təmin edəcək

05-12-2018

Fevralın 8-də Azərbaycanın ilk peyki orbitə çıxarılacaq

05-02-2013

Azərbaycanın yeni peykinin hazırlıq mərhələsi-Foto

17-01-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə