Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC tərəfindən koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlər davam etdirilir.
Xeberler.az bildirir ki, Poçt Daşıma Mərkəzi, “Şəbəkə” Xidmət mərkəzləri, Poçt filialları və şöbələrində dezinfeksiya işləri gündəlik olaraq həyata keçirilir. Əhali ilə birbaşa təmasda olan əməkdaşlar tibbi maskalar, əlcəklər və spirtlə təmin olunurlar.
Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi rejimdə iş üzrə təlimatına uyğun olaraq əməkdaşların məsafədən işləməsi təmin edilir. Altmış yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların işə davamiyyətinə güzəştli şərtlər tətbiq edilir.
Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 36 ünvanındakı 1 saylı “Şəbəkə” Xidmət Mərkəzi saat 09:00-dan 17:00-dək, Bakı və Sumqayıt şəhərlərində yerləşən digər “Şəbəkə” Xidmət mərkəzləri və poçt şöbələri 10:00-dan 16:00-dək, regionlarda fəaliyyət göstərən mərkəzi xidmət şöbələri 09:00-dan 16:00-dək vətəndaşlara xidmət göstərir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri