AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC bank xidmətlərinə çıxışın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Ölkə üzrə geniş filial şəbəkəsinə malik olan “Azərpoçt”un bu imkanları çərçivəsində “Expressbank” ASC ilə birlikdə Agent Bankçılıq layihəsi daxilində pilot tərəfdaşlığa start verilib.
Xeberler.az bildirir ki, artıq 2025-ci ilin noyabr ayından etibarən “Azərpoçt”un Cəlilabad filialı bu istiqamətdə agent xidmətlərini təqdim edir və bu dövr ərzində ilk uğurlu əməliyyat həyata keçirilib. Yaxın müddətdə əməkdaşlığın digər regional filiallarda da genişləndirilməsi planlaşdırılır.
Hazırda “Azərpoçt” banklarla əməkdaşlıq çərçivəsində aşağıdakı agent xidmətlərini təqdim edir:
• hesabların açılması;
• müştərilərin identifikasiyası;
• bank filialları və bankomatlar üçün inkassasiya xidmətlərinin göstərilməsi;
• banklarla tərəfdaşlıq çərçivəsində kredit məhsullarının təqdim edilməsi və digər agent xidmətləri.
Agent bankçılıq modeli “Azərpoçt”un ölkəni əhatə edən geniş xidmət şəbəkəsinin potensialından yararlanaraq, xüsusilə kənd və kiçik şəhərlərdə bank məhsullarının birbaşa poçt filialları vasitəsilə təqdim olunmasına şərait yaradır.
İnanırıq ki, bu əməkdaşlıq regionlarda bank xidmətlərinə çıxışı daha da genişləndirəcək və müştərilərə daha sürətli və rahat maliyyə həllərinin təqdim edilməsinə imkan yaradacaq.

Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları