AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC 19–20 noyabr tarixlərində Azərbaycan Banklar Assosiasiyası və Mastercard tərəfindən təşkil olunan IX Beynəlxalq Bankçılıq Forumunda (IBF 2025) tərəfdaş qismində iştirak edib. Forum bu il bank sektorunda etibarlılıq, rəqəmsal inkişaf və təhlükəsizlik mövzularına həsr olunub və maliyyə ekosistemində müzakirə platforması rolunu oynayıb.
Xeberler.az bildirir ki, “Azərpoçt”un forumda tərəfdaş kimi iştirakı qurumun ölkənin ödəniş və maliyyə xidmətləri ekosistemində oynadığı rolu, həmçinin nağdsız ödənişlər və inklüziv maliyyə xidmətlərinin genişləndirilməsi istiqamətində fəaliyyətini bir daha nümayiş etdirib.
Qeyd edək ki, 2010-cu ildə Mərkəzi Bank tərəfindən verilmiş lisenziya əsasında “Azərpoçt” MMC müştərilərə pulköçürmələri, müxbir hesabların açılması, ödəniş vasitələrinin və debit kartların emissiyası, xarici valyutanın alqı-satqısı və digər maliyyə xidmətləri göstərir. “Azərpoçt” həmçinin IFS/STEFI, Mastercard, XÖHKS, AZİPS və HÖP kimi beynəlxalq və yerli ödəniş sistemlərinə inteqrasiya olunaraq maliyyə xidmətlərini geniş şəbəkə üzrə təqdim edir.



Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları