Previous Next
Bağla

Azərsu xidmət bölməsinə daxil olan müraciətlərin sayı açıqlanıb

21-12-2015 21:24
Azərsu xidmət bölməsinə daxil olan müraciətlərin sayı açıqlanıb

Azərsu Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN xidmət mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılmasına və bu sahədə şəffaflığın artırılmasına səbəb olub.

ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Xeberler.az-a verilən məlumata görə, 2015-ci ilin 11 ayında “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən Azərsu ASC-nin xidmət bölmələrinə abunəçilər tərəfindən müxtəlif məsələlərlə bağlı 15 309 müraciət edilib.

Müraciətlərin 5357-si qeydiyyatda olan və Azərsu ASC-nin abonent bazasında təsdiqini tapmış məcburi köçkün qrupuna aid abonentlərin limitlərinin smart-karta yüklənməsi ilə bağlı olub. Bununla yanaşı, 1869 müraciət abonent məlumatlarına dəyişikliklərin edilməsi, 1048 müraciət smart-sayğacın dəyişdirilməsi ilə əlaqədar yeni kartların verilməsi və əvvəlki kartda qalan sərfiyyatın yeni karta köçürülməsi, 1838 müraciət itirilmiş və zədələnmiş kartların bərpası, 1837 müraciət ödəniş zamanı yaranan texniki problemlər, 3360 müraciət isə digər məsələlərlə bağlı olub. Ən çox müraciət (5704) Sabunçu rayonundakı 4 saylı ASAN xidmət mərkəzində qeydə alınıb.

Qeyd edək ki, ASAN xidmət mərkəzlərində Azərsu ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılıb. Hazırda Azərsu ASC-nin xidmətləri Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 1, Xətai rayonundakı 2, Yasamal rayonundakı 3, Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, həmçinin Sumqayıt və Sabirabad şəhərlərindəki “ASAN xidmət” mərkəzlərində təşkil olunub. Ümumilikdə ASAN xidmət mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə başlanılandan ötən dövr ərzində müraciətlərin sayı 25 mini keçib.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərsu ASC-nin bir sıra xidmətləri ASAN mərkəzlərinə verilib

31-01-2019

“ASAN xidmət”lə “Azərsu”nun xidmətlərinə 7 min müraciət qeydə alınıb

09-06-2015

Azərsu-dan daha bir elektron xidmət

23-05-2018

ASAN Kommunal 3 yeni xidmət göstərəcək

12-07-2017

Kommunal xidmətlərlə bağlı yenilik

05-09-2017

“Azərişıq" elektron qaydada 30 mindən çox vətəndaşa xidmət göstərib

03-02-2023

ASAN xidmət mərkəzlərinə daxil olan müraciətlərin sayı açıqlanıb

05-01-2017

“Azərsu” onlayn müraciətlərin qəbuluna başlayıb

20-03-2020

ASAN xidmət mərkəzləri 1 gün işləməyəcək

24-09-2016

Sahibkarlar obyektlərinə elektrik verilməsi üçün 400 min manat xərcləyib

10-12-2018

"ASAN xidmət" mərkəzlərində qeyri-iş günü olacaq

07-03-2026

ASAN xidmət mərkəzlərində 2 gün iş olmayacaq

05-07-2016

ASAN xidmət və ASAN Kommunal sabah işləməyəcək

08-05-2017

ASAN xidmət mərkəzləri sabah işləməyəcək

08-11-2016

ASAN xidmət mərkəzlərində 9 may qeyri - iş günüdür

08-05-2019

ASAN xidmət mərkəzləri 4 gün işləməyəcək

29-12-2016

Sumqayıtda da elektron elektrik sayğacları quraşdırılacaq

20-10-2009

Azərsu daha bir xidmətini elektronlaşdırıb

28-01-2019

9 noyabr ASAN xidmət və ASAN Kommunal mərkəzlərində qeyri - iş günüdür

08-11-2018

20 yanvar ASAN xidmət və ASAN Kommunal mərkəzlərində qeyri-iş günü olacaq

19-01-2019

Portalda e-arayışların sayı 18-ə çatdı

09-10-2017

Su sayğacları üzrə smart-kartları onlayn yükləmək olacaq

03-09-2015

Azərbaycanda ilk “ASAN kommunal” mərkəzi fəaliyyətə başlayıb-Foto

16-01-2017

Sabah ASAN xidmət mərkəzləri işləməyəcək

19-01-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə