“AzerTelecom” Bakı Olimpiya Stadionunda keçirilmiş beynəlxalq əhəmiyyətli idman tədbirlərinin yayımlanması üçün “Eurovision Services”-ə stadion üzrə bağlantı xidməti təminatçısı olmaqdan böyük qürur hissi keçirir.
Xeberler.az bildirir ki, “AzerTelecom”un “Eurovision Services” üçün təqdim etdiyi bağlantı xidməti bu yaxınlarda Bakıda keçirilmiş dörd beynəlxalq futbol matçının canlı yayımlanması zamanı istifadə edilib. Şirkətin ən müasir telekommunikasiya xidmətləri yerli və beynəlxalq müştərilərə yüksək keyfiyyətli xidmət təmin etməklə ölkəmiz üçün böyük əhəmiyyətə malik müxtəlif tədbirlərin həyata keçirilməsinə imkan verib.
“AzerTelecom” şirkətinin Baş icraçı direktoru Ana Nakaşidzenin sözlərinə görə, “AzerTelecom” şirkəti artıq bir neçə ildir ki, beynəlxalq idman tədbirləri üçün bağlantı xidmətləri təminatçısı kimi çıxış edir.
“Heyətin hərtərəfli hazırlığı və əzmi bütün səviyyələrdə uğur qazanmağımıza imkan verir. “AzerTelecom” Bakıda keçirilən mühüm beynəlxalq idman tədbirlərində yüksək keyfiyyətli və dayanıqlı xidmətlərin göstərilməsi istiqamətində etibarlı tərəfdaş olduğunu sübut edib. Əldə etdiyimiz bu unikal təcrübəyə arxalanaraq növbəti illərdə yeni çağırışları və müvəffəqiyyəti gözləyirik” - deyə Ana Nakaşidze bildirib.
“Eurovision Services” şirkətinin Satınalmalar üzrə meneceri Nicolas Gillen bildirib ki, 2021-ci ilin yazında Bakıda stadion üzrə bağlantı xidmətinin təmin edilməsi üzrə layihənin icrasına başladığımız gündən “AzerTelecom” bütün ehtiyaclarımızın qarşılanması üçün çevik olmuşdur. Bütün heyət layihə boyu həssaslıq nümayiş etdirmişdır və biz onlarla çalışmaqdan böyük zövq almışıq.”
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri