"AzerTelecom"un Baş İcraçı Direktoru dünyanın nüfuzlu telekommunikasiya liderlərinin “Power 100” siyahısında

18-05-2023 / 18:05

"AzerTelecom" şirkətinin Baş icraçı direktoru Ana Nakaşidze nüfuzlu "Capacity Media" nəşrinin hər il tərtib etdiyi və telekommunikasiya sənayesinin ən nüfuzlu liderlərinin yer aldığı “Power 100” siyahısına daxil edilib.

Telekommunikasiya sənayesi tərəfindən irəli sürülən və "Capacity Media"nın tərtib etdiyi “Power 100” siyahısı qlobal rəqəmsal infrastruktur məkanlarını idarə edən qabaqcılları, innovatorları və liderləri təqdim edir. Artıq beşinci ildir ki, siyahı bu sahədə nüfuzlu liderlərin kim olduğunu göstərir.

Ana Nakaşidze pandemiya və ondan sonrakı transformasiya, eləcə də müxtəlif çağırışlarla zəngin olan dövrlərdə şirkətə rəhbərlik edərək şirkətin fəaliyyətində mühüm uğurlara imza atıb. Onun rəhbərliyi sayəsində "AzerTelecom" şirkəti fəaliyyətində yeni inkişaf səviyyəsinə nail olmaqla xidmət portfelini genişləndirib və beynəlxalq bağlantı xidmətlərinin gücləndirərək hazırda ölkənin telekommunikasiya sahəsində mühüm rol oynayır.

Xanım Nakaşidze telekommunikasiya sənayesində 20 ildən artıq zəngin təcrübəyə sahibdir. O, 2020-ci ildə "AzerTelecom" şirkətinin Baş icraçı direktoru vəzifəsinə təyin olunmazdan əvvəl Baş direktorun Əməliyyatlar üzrə müavini vəzifəsində çalışıb, Gürcüstanda, eləcə də qlobal miqyasda dövlət, özəl və konsaltiq sektorlarda müxtəlif rəhbər vəzifələri tutub.

A.Nakaşidze “Capacity Media” jurnalının bu ilin mart ayında tərtib etdiyi və telekommunikasiya və informasiya texnologiyaları sahəsində 20 görkəmli qadının yer aldığı sayca altıncı illik “Women to Watch” siyahısında da yer alıb.

Telekommunikasiya məkanında topdansatış operatorları üzrə ən yaxşı 100 liderin yer aldığı Capacity Media-nın “Power 100” siyahısı ilə buradan tanış ola bilərsiniz.

"AzerTelecom" Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur. Şirkət müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə