Previous Next
Bağla

Azertelecom şirkəti ilə Facebook arasında müqavilə imzalanıb

08-11-2017 15:40
Azertelecom şirkəti ilə Facebook arasında müqavilə imzalanıb

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan milli magistral (backbone) internet operatoru “Azertelecom” MMC ilə Facebook korporasiyası arasında Facebook şirkətinin CDN (məzmun çatdırılma şəbəkəsi) keş serverlərinin “Azertelecom” MMC-nin Data mərkəzində yerləşdirilməsi barədə müqavilə imzalanıb.

 “Azertelecom”-dan Xeberler.az –a daxil olan məlumata görə artıq Facebook şirkətinin serverləri MMC-nin Data mərkəzində uğurla quraşdırılıb və cari ilin noyabrın 1-dən etibarən tam olaraq istifadəyə verilib.

Qlobal şirkətlərin, xüsusilə də çoxsaylı istifadəçi auditoriyasına malik olan qlobal informasiya resurslarının serverlərinin ölkə daxilində yerləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.  

Bu serverlərin quraşdırılması ölkəmizdə yerli facebook istifadəçiləri üçün geniş imkanlar açır.

"Azertelecom"-dan bildirildiyinə görə, Facebook şirkətinin CDN serverlərinin şirkətin Data mərkəzində yerləşdirilməsi ilk öncə bu sosial şəbəkənin istifadəçilərinin facebook kontentinə daha qısa zaman ərzində qoşulması və tələb olunan kontenti daha asan və sürətli şəkildə yükləməsi imkanını yaradır.
Digər tərəfdən facebookun təqdim etdiyi kontentin yüklənməsi üçün trafik artıq xarici data serverlərdən deyil, məhz “Azertelecom” MMC-nin Data Mərkəzindəki serverdən yüklənir ki, bu da birbaşa olaraq kontentin keyfiyyətinin əhəmiyyətli şəkildə yüksəlməsinə gətirib çıxardır.
Eyni zamanda bu yenilik xaricdən alınan trafikə də müvafiq olaraq qənaət edilməsinə, qənaət olunan trafikin isə daha optimal şəkildə digər istiqamətlərdə istifadəsinə əlverişli şərait yaradır.  “Azertelecom” şirkətinin Facebook korporasiyası ilə bu əməkdaşlığı Azərbaycanda populyar olan bu sosial şəbəkənin istifadəçiləri üçün kontentin çatdırılmasını maneəsiz, sürətli və daha əlçatan etməklə bərabər məlumatların da  emalını sürətləndirir.

Qeyd edək ki, “Azertelecom” MMC Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və telekommunikasiya operatorunun təqdim etdiyi xidmətlər arasında internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTB (binaya qədər fiber optik xətt), Data mərkəz xidmətləri, VPN (virtual şəxsi şəbəkə), VoİP (İP protokolu üzərindən səsin ötürülməsi), DDOS hücumundan müdafiə və digər xidmətlər vardır. Azertelecom MMC müştərilərə innovativ və yüksək keyfiyyətli telekommunikasiya xidmətlərinin təqdim olunması istiqamətində fəaliyyətini davam etdirir.

Şirkət haqqında daha ətraflı məlumatı şirkətin www.azertelecom.az rəsmi internet saytından, Facebook (www.facebook.com/azertelecom.az)  səhifəsindən əldə etmək mümkündür.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AzerTelecom ölkədə infrastrukturunu genişləndirir

AzerTelecom ölkədə infrastrukturunu genişləndirir

20-06-2018
 AzerTelecom Karyera sərgisində iştirak edib

AzerTelecom Karyera sərgisində iştirak edib

02-03-2018
AzerTelecom müasir xidmətlər təqdim edir

AzerTelecom müasir xidmətlər təqdim edir

01-02-2018
AzerTelecom kİber hücumdan müdafiə xidməti təqdim edir

AzerTelecom kİber hücumdan müdafiə xidməti təqdim edir

28-06-2018
AzerTelecom Türkmentel 2018 sərgisində iştirak edəcək

AzerTelecom Türkmentel 2018 sərgisində iştirak edəcək

24-09-2018
AzerTelecom şirkətindən SİP telefoniya xidməti

AzerTelecom şirkətindən SİP telefoniya xidməti

28-09-2018
AzerTelecom 10 illiyini qeyd edir

AzerTelecom 10 illiyini qeyd edir

27-08-2018
AzerTelecom ADA Universitetində Karyera sərgisində iştirak edib

AzerTelecom ADA Universitetində Karyera sərgisində iştirak edib

05-03-2019
AzerTelecom BakuTel 2018 sərgisində telekommunikasiya xidmətlərini təqdim edib

AzerTelecom BakuTel 2018 sərgisində telekommunikasiya xidmətlərini təqdim edib

10-12-2018
AzerTelecom Baku Tel 2018 sərgisində iştirak edəcək

AzerTelecom Baku Tel 2018 sərgisində iştirak edəcək

24-11-2018
AzerTelecom Türkmənistanda beynəlxalq sərgidə iştirak edib

AzerTelecom Türkmənistanda beynəlxalq sərgidə iştirak edib

18-10-2018
AzerTelecom şirkətinin iştirakı ilə Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbir keçirilib

AzerTelecom şirkətinin iştirakı ilə Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbir keçirilib

14-02-2019
AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

09-12-2019
AzerTelecom Milli Net 2018 müsabiqəsinə baş sponsor olaraq dəstək oldu

AzerTelecom Milli Net 2018 müsabiqəsinə baş sponsor olaraq dəstək oldu

25-12-2018
AzerTelecom Microsoft-un rəsmi tərəfdaşı oldu

AzerTelecom Microsoft-un rəsmi tərəfdaşı oldu

22-07-2019
AzerTelecom Türkmentel 2019 sərgisində iştirak edəcək

AzerTelecom Türkmentel 2019 sərgisində iştirak edəcək

21-11-2019
AzerTelecom ilə KOBİA əməkdaşlıq edəcək

AzerTelecom ilə KOBİA əməkdaşlıq edəcək

05-12-2019
AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020
AzerTelecom xüsusi karantin rejimində ölkəni fasiləsiz internetlə təmin edir

AzerTelecom xüsusi karantin rejimində ölkəni fasiləsiz internetlə təmin edir

23-04-2020
AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

10-04-2019
AzerTelecom şirkəti rəhbər heyətində yeni təyinatları elan edir

AzerTelecom şirkəti rəhbər heyətində yeni təyinatları elan edir

30-06-2020
AzerTelecom qlobal şirkətlərin rəsmi tərəfdaşı oldu

AzerTelecom qlobal şirkətlərin rəsmi tərəfdaşı oldu

09-04-2019
AzerTelecom Milli İnternet resursların inkişafına dəstək verir

AzerTelecom Milli İnternet resursların inkişafına dəstək verir

21-12-2017
“Azertelecom” və “SOCAR Turkey Enerji” ortaq şirkət yaradır

“Azertelecom” və “SOCAR Turkey Enerji” ortaq şirkət yaradır

23-08-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə