“AzInTelecom” Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartının etibarlılıq müddəti uzadıldı

17-07-2020 / 10:43

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC dünya üzrə yüzdən artıq ölkədə sertifikasiya xidmətləri göstərən Norveç şirkəti “DNV GL”in apardığı müstəqil auditdən keçib. Nəticədə qurumun layiq görüldüyü Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartının (ISO 27001-2013) etibarlılıq müddəti uzadılıb.

Xeberler.az bildirir ki, “ISO 27001” standartının xarakteristikasına əsasən “AzInTelecom”un Data mərkəzi və onun əsasında fəaliyyət göstərən “Azcloud” bulud həlləri İnformasiya Təhlükəsizliyinin İdarəetmə Sisteminin yaradılması, inkişafı və dəstəyi üçün tələb olunan informasiya təhlükəsizliyi standartlarına tam uyğundur. Bu, Data mərkəzində yerləşdirilən məlumatların kompleks təhlükəsizliklə təmin olunduğunun, sözügedən məlumatlara müştəri tərəfindən çıxışın avtomatlaşdırılması istiqamətində işlərin davam etdirilməsinin göstəricisidir.

İT idarəetməsi sahəsində ən effektiv metodların tətbiqi üzərində çalışan “AzInTelecom” daha öncə İT xidmətlərinin göstərilməsi və idarə edilməsi üzrə “ISO 20000”, Biznesin Davamlılığı İdarəetmə Sistemi – “ISO 22301”, eləcə də “TIER III” sertifikatlarına layiq görülüb. Bir müddət öncə isə “ISO 27001” sertifikatının etibarlılığını uzatmaq üçün daxili auditə başlamışdı. Buna əsas səbəb informasiya təhlükəsizliyi və məlumat mübadiləsinin təkmilləşdirilməsi, eləcə də idarəçilikdə şəffaflığın artırılması olub.

Qeyd edək ki, eyni standartlar biznes proseslərinin idarə olunmasına da şamil edildiyi üçün nəticədə idarəçilikdə şəffaflığın artması da təmin olunur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə