Previous Next
Bağla

AzTU -da “Startap Günləri” tədbirinin açılış mərasimi keçirilib

24-11-2025 12:32
AzTU -da “Startap Günləri” tədbirinin açılış mərasimi keçirilib

2025-ci il 21 noyabr tarixində Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində “Startap Günləri” tədbirinin açılış mərasimi keçirilib. Tədbir saat 14:00-da başlayıb və innovativ ideyalara maraq göstərən tələbələrin, mentorların və ekspertlərin iştirakı ilə yüksək dinamika və aktivlik şəraitində davam edib.

Xeberler.az məlumat verir ki, açılış nitqi ilə Azərbaycan İnternet Forumunun prezidenti və Startap Azərbaycan Təşkilat Komitəsinin rəhbəri Osman Gündüz çıxış edərək ölkədə startap ekosisteminin inkişafı, gənclərin innovativ təşəbbüslərə cəlb olunması və bu tədbirin əhəmiyyəti barədə məlumat verib.

Daha sonra Azərbaycan Texniki Universitetinin Maliyyə-təsərrüfat işləri üzrə prorektoru Rəşad Əliyev, ekspert və “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun sədri Fərid Kazımov, həmçinin mentorlar, Keepface platformasının həmtəsisçisi və texniki memarı, Kaliforniya əsaslı 500 Global akselerator proqramının məzunu Elşad Yusifli və Sevinc Əzizova çıxış edərək tələbələri qarşıdakı mərhələlər və qiymətləndirmə meyarları barədə məlumatlandırıblar.

Tədbirin davamında AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev Startap Günlərinin gedişatı barədə geniş təqdimat edərək tələbələrə moderatorluq edib və onların təqdim etdiyi startap ideyalarını dinləyib. İlk günün əsas hissəsi startap ideyaları üzrə keçirilən yarışa həsr olunub.

Bu mərhələdə tələbələr tərəfindən ümumilikdə 16 innovativ ideya təqdim edilib. Qısa təqdimatlardan sonra ekspert və tələbə səsverməsi keçirilib və nəticədə 6 ən perspektivli ideya seçilərək növbəti mərhələyə yüksəlib.

Seçilmiş ideyalar əsasında komandalar formalaşdırılıb və həmin komandalar mentorlar, ekspertlər və təlimçilərin dəstəyi ilə layihələrinin ilkin prototiplərini və biznes modellərini hazırlamağa başlayıblar. Günün qalan hissəsi komandalar üçün həm yaradıcılıq, həm də praktiki hazırlıq baxımından intensiv və məhsuldar keçib.

 “Startap Günləri”nin əsas məqsədi ölkədə milli startap infrastrukturunun inkişafına töhfə vermək, gənclərin ideya istehsalında və biznes quruculuğunda fəal iştirakını təşviq etmək, yeni startapların formalaşmasına dəstək göstərmək və startapçılar arasında əməkdaşlıq mühitini gücləndirmək olub.

 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Startap Azərbaycan"ın tərəfdaşlığı ilə “Startap Günləri” start götürüb

05-12-2025

“Startap Günləri”nin ilk günü start götürüb

24-01-2026

“Startap Günləri”nə rəsmi start verilib!

15-05-2026

Sabah qrupları üçün “Startap Günləri” infosessiyası keçirilib

25-11-2025

Startap Günləri-nin qalibləri seçilib

24-11-2025

AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək

20-01-2026

“Startap Günləri”nə həsr olunmuş infosessiya təşkil olunub

16-01-2026

AzTU-da Startap Günləri ilə bağlı toplantı keçirilib

12-03-2018

AzTU-da Startap Günləri başa çatıb

13-04-2019

Azərbaycan Texniki Universitetində növbəti Startap Günləri başlayıb

12-04-2019

UNEC-də Startap günləri keçiriləcək

26-04-2019

Startap Günlərinə hazırlıqla bağlı görüş keçirilib

26-06-2018

Lənkəran Dövlət Universitetində Startap Günləri keçirilib

27-05-2019

Növbəti Startap Günlərinin keçiriləcəyi universitet açıqlandı

28-02-2018

Azərbaycanda Startap Günləri keçiriləcək

08-10-2015

Lənkəran Dövlət Universitetində Startap Günləri keçiriləcək

22-05-2019

Startap Günlərinin proqramı açıqlandı

30-03-2018

Startap Günləri-nin qalibləri seçilib

06-12-2025

Növbəti Startap Günlərinə hazırlıqlar davam edir

07-03-2018

Bakıda Startap Günləri keçiriləcək

07-02-2018

UNEC-də Startap Günləri keçiriləcək

15-05-2018

UNEC-də Startap Günlərinə hazırlıqla bağlı görüş keçirilib

23-05-2018

Startap Günlərinin proqramı açıqlandı

30-03-2018

AzTU İnkubasiya Mərkəzinin infosessiyası keçirilib

13-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə