Previous Next
Bağla

AzTU-nun Rəqəmsal Transformasiya Şurasının toplantısı keçirilib

25-12-2024 10:09
AzTU-nun Rəqəmsal Transformasiya Şurasının toplantısı keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Rəqəmsal Transformasiya Şurasının yeni tərkibdə toplantısı keçirilib. Toplantıda Azərbaycan Fintex Assosiasiyasının və İT şirkətlərin rəhbərləri, ekspertlər, beynəlxalq şirkətlərin təmsilçiləri və universitetin nümayəndələri iştirak ediblər .

Xeberler.az bildirir ki, AzTU-nun rektoru Vilayət Vəliyev Rəqəmsal Transformasiya Şurasının universitetin fəaliyyətində rolunun artırılmasının vacibliyini vurğulayıb. O, Transformasiya Şurasına biznes sektorundan qurumların cəlb olunmasının universitet-biznes əməkdaşlığı baxımından əhəmiyyətli olacağını bildirib. Rektor Transformasiya Şurasına biznes sektorunun nümayəndəsinin rəhbərlik etməsini də universitet-sənaye işbirliyinin gücləndirilməsi baxımından faydalı hesab edib. Universitetin rəqəmsal transformasiyası, proqramların məzmununun təkmilləşdirilməsi, əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların hazırlanması üçün Transformasiya Şurasından gözləntilərin çox olduğu diqqətə çatdırılıb.

Toplantıda təşkilati məsələlərə baxılıb və Akhundoff Group şirkətinin direktoru Telman Axundov Rəqəmsal Transformasiya Şurasının sədri seçilib.

Daha sonra çıxış edənlər universitetin rəqəmsal trasformasiyasında, resurslardan effektiv istifadə sahəsində, proqramların məzmununun təkmilləşməsində, universitet-biznes tərəfdaşlığının gücləndirilməsi istiqamətində faydalı təkliflər səsləndiriblər. Tədbir çərçivəsində Transformasiya Şurasının fəaliyyətinin təşkili ilə bağlı işçi qrup formalaşdırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzTU-nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib

27-01-2023

“Bitget” şirkətinin icraçı direktoru AzTU-da olub

06-05-2025

AzTU-nun İctimai şurasının növbəti iclası keçirilib

26-11-2021

AzTU ilə “Baykar Texnoloji Azərbaycan” arasında memorandum imzalanıb

11-04-2025

Azərbaycanda rəqəmsal transformasiya konsepsiyasının layihəsi hazırlanacaq

08-05-2021

Azərbaycan ilə Türkiyə arasında Rəqəmsal Transformasiya Forumu təsis ediləcək

15-01-2022

Rəqəmsal transformasiya sahəsində idarəetmə təkmilləşdirilir

27-04-2021

AzTU-nun İctimai Şurasının onlayn iclası keçirilib

03-09-2020

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar AzTU-da olub

07-03-2024

AzTU-da “6-cı CODE Beynəlxalq Bakı 2023” mövzusunda konfrans keçirilib

05-05-2023

AzTU-nun Texnologiya Transfer Ofisinin təqdimatı keçirilib

14-03-2024

Türkiyənin sənaye və texnologiya naziri AzTU-da görülən işlərlə tanış olub

04-04-2023

“Rəqəmsal transformasiya strategiyası” mövzusunda videokonfrans keçirilib

01-09-2020

Rəqəmsal tranformasiya üzrə təlim proqramı bu gün yekunlaşır

08-12-2023

İstanbul Texniki Universitetinin nümayəndələri AzTU-da olub

08-02-2024

Samir Şərifov: "Rəqəmsal transformasiya Azərbaycan üçün prioritetdir"

22-09-2025

Azərbaycan və Türkiyə arasında anlaşma memorandumu imzalanıb

11-02-2026

Azərbaycan və Çad rəqəmsal transformasiya sahəsində memorandum imzalayıb

30-01-2026

Ekspert:Universitetlər arasında rəqabət getdikcə güclənir

02-09-2022

Rəqəmsal Transformasiya və Texnologiya Zirvəsi Forumu keçiriləcək

07-06-2023

AzTU-da İnkubasiya Mərkəzinin açılışı olub

29-10-2025

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının illik sessiyasında iştirak edir

12-07-2023

AzMİU əməkdaşları kibertəhlükəsizlik üzrə maarifləndirilib

13-12-2024

Rəqəmsal transformasiya və e-ticarət forumu keçirilib

21-06-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə