Previous Next
Bağla

Güzəşitli mənzillərin onlayn satışı yenə şəffaf olmadı?-TƏHlİL

31-07-2023 09:14
Güzəşitli mənzillərin onlayn satışı yenə şəffaf olmadı?-TƏHlİL

Məlumat verdiyimiz kimi, iyunun 29-da Mənzil İnşaatı Dövlət Agentliyi növbəti dəfə güzəştli mənzillərin satışını həyata keçirdi.

Agentliyin büdəfəki satış fəaliyyəti də birmənalı qarşılanmayıb. Satış prosesinin şəffaf keçirilməməsi və müdaxilələrin olması ilə bağlı günlərdir sosial mediada müzakirələr davam edir.

Satış prosesində müşahidəçi qismində iştirak edən Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz bəzi məqamlara toxunub.

MİDA canlı yayım etmədi 

Osman Gündüz bildirib ki, MİDA yenə canlı yayım təşkil etməyib. Onun sözlərinə görə, satışda 13 mindən çox iddiaçı aktiv görsənirdi. İlk mənzil seçimi 27-ci saniyədə baş tutdu. İştirakçıların bəziləri ilk seçimin 29-cu saniyədə olduğunu bildirdilər.

Xatırladaq ki, ötən dəfə ilk seçim 31-ci saniyədə baş tutmuşdu. DEMO ilə real satış modulu gözlənildiyi kimi fərqliydi.

Osman Gündüz qeyd edib ki, MİDA seçim prosesində olan CAPTCHA -nın (6 rəqəmli kod) həm mahiyyətini, həm də yerlərini dəyişmişdi. Beləliklə, MİDA-nın növbəti satışı ciddi fəsadlar (# sistemin çöküşü, DDOS hücumlar, girişin kütləvi bloklanması, Asan imza və eGov problemləri və s.) olmadan yekunlaşıb. Artıq ikinci satışdır ki, MİDA Ernst&Young beynəlxalq auditor şirkətinin xidmətlərindən istifadə etmir.

Osman Gündüz hesab edir ki, kritik informasiya infrastrukturun təhlükəsizliyi ilə bağlı dəyişikliklərdən sonra bu məsələlərə DTX nəzarət edir. Satış prosesini RİNN, DTX, XRİTDX, mobil operatorlar, magistral provayderlər və s. qurumların nümayəndələri real vaxtda izləyiblər.

Ekspert sosial mediada və ona ünvanlanan mesajlardakı narazlıqlara da aydınlıq gətirib:

“Bu gün baş tutan satışdan sonrakı yazışmalara nəzər salanda görsənir ki, iştirakçılar seçim prosesində sistemin donması, errorlar, elə başlayan anda seçim edə bilməmək və s. bu tip problemlərlə qarşılaşıblar. Əminəm ki, bu problemlərin səbəblərini MİDA aidiyyatı qurumlarla birlikdə sistemdəki log fayllara baxmaqla müəyyən edə bilər. Odur ki, bu tip faktların MİDA-ya təqdim edilməsi, ciddi araşdırılması və nəticələri haqqında ayrıca məlumat verilməsi doğru olardı. Mənzil seçimi edənlərin, fərdi məlumatlarla bağlı hissəni çıxmaqla, hansı anda seçim etdiklərini də göstərməklə bütün siyahılarının MİDA tərəfindən dərc edilməsi vacibdir və bu çox doğru olardı. MİDA beynəlxalq auditor şirkəti ilə əməkdaşlığa xitam verdikdən sonra bu cür ictimai əhəmiyyət kəsb edəmn layihəyə müstəqil auditorun da cəlb edilməsi doğru olardı”.

Osman Gündüz bildirib ki, satışla bağlı yazışmalardan, müraciətlərdən də aşağıdakı qənaətə gəlmək olar :

Bütün problemlər, anlaşılmazlıqlar və qeyri-müəyyənliklər məhz sistemdə bütün mərhələləri keçdikdən sonra, mənzilin seçimi prosesində baş verib Seçim edə bilməyənlərin əksəri bildirir ki, bütün mərhələləri keçib mənzil seçimi etmək istədikdə donmalar baş verib. Bu zaman sistem hər hansı mesaj verməyib iştirakçıya. Yaxud da avtomatik yenilənmə baş verib. İştirakçı yenidən prosesə başladıqda da seçim mümkün olmayıb. Yəni, sistemdə məhz mənzilin seçimi mərhələsində xeyli anlaşılmazlıqlar olub.

“Düşünürəm ki, bu mərhələnin ciddi araşdırılması, ağlabatan bir açıqlamanın verilməsi vacibdir. Odur ki, MİDA tərəfindən bu istiqamətdə araşdırmanın aparılması, müstəqil peşəkar qurumların da iştirakı ilə sistemin auditi, daxil olan materialların tam araşdırılması və yekun nəticələrlə birlikdə bu məlumatın da açıqlanması doğru olardı. Bir daha qeyd etmək istərdik ki, indiki halda mənzil seçimi edənlərin, seçim zamanı da göstərilməklə siyahılarının dərc edilməsi çox vacibdir”,-deyə Osman Gündüz vurğulayıb.

Osman Gündüz MİDA-nın ciddi olaraq araşdırmalı olduğu daha bir problem haqqıda da şərh verib:

Həm mənim səhifəmdə, həm də ümumiyyətlə sosial mediada paylaşımlardan görünür ki, bu gün baş tutan onlayn satışda daha bir problem CAPTCHA - da olub. Paylaşılan videolardan 2 problemin olduğu görsənir. Görüntülərdə CAPTCHA-nı doldurmadan da növbəti mərhələyə keçid etməyin mümkünlüyü görsənir. CAPTCHA-nın kodlarındakı hansısa rəqəmi seçdikdə real olaraq digər rəqəmin seçildiyi görsənir Yeri gəlmişkən, qeyd etmək istərdim ki, MİDA-nın təhlükəsizlik məqsədilə CAPTCHA dəyişikliyi məqbul və ağlabatan hesab oluna bilər. Amma , əgər videoda qeyd olunanlar, hansısa bir süni yaradılmış prosesin deyil, real satış prosesinin görüntüləridirsə, düşünürəm ki, prosesin obyektivliyi və şəffaflığından şübhələnmək üçün ciddi əsaslar yarana bilər. MİDA ağlabatan formada göstərməlidir ki, bu videolar süni yaradılmış prosesin görüntüsüdür, yoxsa real prosesin. Beləliklə, bir daha vurğulamaq istərdim ki, MİDA-nın mənzil seçənlərin statistikasını açıqlamadan öncə həm "mənzil seçimində donma" , həm də "CAPTCHA" problemini daxil olan şikayətlər əsasında , mütəxəssislərin və kritik infrastruktura cavab verən qurumların iştirakı ilə araşdırması və cəmiyyətə ağlabatan bir açıqlama verməsi doğru olardı.

Əks halda, bir daha vurğulamaq istərdim ki, bütövlükdə MİDA sisteminin özünün düzgün işləməsindən şübhələnmək üçün əsaslar yarana bilər.

 

 

 

 

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

MİDA yeni onlayn satış elan edib

16-11-2023

Ekspert: MİDA hansı sürprizləri hazırlayıb ?

15-09-2022

MİDA yeni onlayn satış elan edib

14-11-2023

Ekspert: MİDA-nın bütün bunlara ağlabatan bir cavab verməsi doğru olardı.

00-00-0000

Ekspert:MİDA güzəştli mənzillərin onlayn satış qaydalarını dəyişəcəkmi ?

12-08-2022

MİDA Güzəştli mənzil seçiminin nəticələri barədə statistik məlumatları təqdim edib

30-01-2019

MİDA-nın onlayn satışına kiber müdaxilə olubmu? - Osman Gündüz

03-12-2025

Ekpert: Sosial evlərin satışı canlı yayımda təşkil olunsun

26-12-2019

MİDA: Mənzil seçimi zamanı müdaxilələrin qarşısı alınıb

06-12-2024

Ekspert: Güzəştli mənzillərin onlayn satışı bu dəfə uğurla başa çatdı

29-04-2019

Güzəştli mənzillərin növbəti onlayn satışı həyata keçiriləcək

15-10-2019

Jurnalistlərin və digər güzəştli mənzil hüququ olanların nəzərinə

25-07-2023

Ekspert: İlk və sonuncu mənzilin satışı hansı müddətdə baş tutub?

28-09-2022

Ekspert : Güzəştli mənzil seçimi bu dəfə uğurla başa çatıb

25-01-2019

MİDA satılmış mənzillərlə bağlı yekun nəticəni açıqlayıb

28-09-2022

Güzəştli mənzillərin növbəti onlayn satışı həyata keçiriləcək

11-06-2019

Ekspert: MİDA-nın onlayn satış sistemi ilə bağlı alternativ üsullara ehtiyac var

07-12-2024

Ekspert : Güzəştli mənzil seçimində bu şəxslərin şansı sıfıra bərabərdir

25-01-2019

Güzəştli mənzillərin satışı başlayacaq

03-09-2018

MİDA-nın onlayn satışının nəticələri ləğv edilə bilərmi? - Osman Gündüz

29-12-2025

Ekspert MİDA-nın statistik göstəriciləriylə bağlı açıqlama verdi

08-09-2018

Sosial evlərin satışı növbəti dəfə baş tutmayıb

05-09-2018

Güzəştli mənzil seçimində necə uğur qazanmaq olar?

11-07-2023

Güzəştli mənzil sisteminin sınaq versiyası aktivdir

13-08-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə