Previous Next
Bağla

Bakcell “Asan Xidmət”lə əməkdaşlığını davam etdirir

21-04-2020 19:26
Bakcell “Asan Xidmət”lə əməkdaşlığını davam etdirir

Dünyada koronavirusun yayılması ilə əlaqədar olaraq Bakcell şirkəti ölkəmizdə həyata keçirilən qenişmiqyaslı qabaqlayıcı tədbirlərə qoşulub. Abunəçilərinin və əməkdaşlarının təhlükəsizliyini təmin etmək və bütün mümkün risklərin qarşısını almaq məqsədilə şirkət müvafiq dövlət qurumları tərəfindən bu istiqamətdə atılan addımlara xüsusi dəstək göstərir.

Xeberler.az bildirir ki, Bakcell, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Daxili İşlər Nazirliyi tərəfindən yaradılan “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vasitəsilə vətəndaş sorğularının tez bir zamanda cavablandırılması üçün pulsuz SMS icazəni təmin edib.

Bu sistemin fəaliyyətə başlaması üçün texniki inteqrasiya tədbirləri qısa müddət ərzində həyata keçirilib. Xidmət işə başlayandan sonra isə Şirkət “Asan Xidmət”lə birlikdə hər gün sistemin monitorinqini aparır.

Bununla yanaşı, 8103 qısa nömrəsinə mesaj göndərilməsi ilə bağlı abunəçilərin suallarının cavablandırıması üçün Şirkətin 555 Əlaqə Mərkəzi və digər müvafiq strukturları gücləndirilmiş iş rejimində çalışır. Müxtəlif mobil cihazlar vasitəsilə 8103 nömrəsinə mesaj göndərə bilməyən abunəçilərə kömək məqsədilə xüsusi video material hazırlanaraq “Bakcell”in sosial media səhifələrində yerləşdirilib (videoya keçid etmək üçün bu linkə daxil olun  https://www.facebook.com/Bakcell/videos/225149435210696/ )

Xatırladaq ki, Bakcell ölkədə koronavirusa qarşı mübarizə üzrə həyata keçirilən genişmiqyaslı tədbirləri dəstəkləmək üçün bir sıra mühüm layihələr həyata keçirib. Belə ki, şirkət Koronovirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manat ianə etməklə yanaşı, Azərbaycana süni tənəffüs aparatları, bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları, eləcə də koronovirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən 3000 ədəd ekspress-testin gətirilməsi üçün iri həcmdə vəsait ayırıb. Bundan əlavə, Bakcell karantin mərkəzlərində çalışan tibbi heyətə təşəkkürünü ifadə etmək üçün açıqca vasitəsilə mesajlar göndərib və bütün karantin mərkəzlərinin həkimlərinə və müxtəlif karantin mərkəzlərində karantində saxlanılan vətəndaşlarımıza isə ödəmə kartları hədiyyə edib. Bakcell abunəçiləri öz telefonlarının ekranlarında “evdə qal” çağırışını görürlər. 1542 qaynar xətt nömrəsinə zənglər də bütün Bakcell abunəçiləri üçün tamamilə pulsuzdur.

Həmçinin, Bakcell ölkənin bütün regionlarında onlayn satış və çatdırılma xidmətini təqdim edib, xüsusilə vacib olmadıqda, Müştəri Xidməti Mərkəzlərinə getmək əvəzinə “Mənim Bakcellim” tətbiqetməsindən istifadəni və ya 555 Əlaqə Mərkəzinə zəng etməyi tövsiyə edib.

Bakcell şirkəti həssas əhali qruplarına dəstək göstərmək üçün digər Korporativ Sosial Məsuliyyət təşəbbüsləri də həyata keçirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell ölkə ərazisində onlayn satış və çatdırılma xidməti göstərir

10-04-2020

Bakcell Koronovirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manat ianə edib

23-03-2020

Bakcell Binədə yaşayan aztəminatlı ailələrə ərzaq yardımı edib

30-04-2020

Bakcell “Milli KSM Mükafatı 2020”-nin qalibi olub

22-11-2021

"Bakcell" parkinq ödənişlərini sürətli etdi

30-08-2023

Nar “İcazələrin Alınması və Monitorinqi Sistemi”nə dəstək olur

22-04-2020

Azercell “İcazələrin Alınması və Monitorinqi Sistemi” nin təşkilinə dəstək verib

21-04-2020

Bakcell abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna SMS-lə ianə etmək imkanı yaradılıb

14-09-2021

Bakcell zərər çəkmiş sakinlərə dəstək göstərdi

13-06-2018

Bakcell ölkə ərazisində mobil rabitə xidmətinin dayanıqlığını təmin edib

04-07-2018

Bakcell növbəti beynəlxalq sertifikata layiq görülüb

20-06-2018

Bakcell növbəti dəfə yüksək nəticə göstərdi

13-09-2018

Bakcell şirkəti yenilənmiş saytını istifadəyə verib

01-12-2021

50 abunəçi Bakcell-dən hədiyyə qazanıb

03-10-2018

“Bakcell”dən eksklüziv təkliflə smartfon al

19-07-2024

Bakcell abunəçiləri “NaviMax”la övladlarının təhlükəsizliyinə nəzarət edə biləcək

28-08-2023

Bakcell Azərpoçt-la yeni kampaniyaya başladı

06-09-2016

Mənim Bakcellim mobil applikasiyasında yenilik

29-11-2018

"Bakcell”dən rəqəmsal yeniliklər!

17-03-2023

Bakcell “Qarabağ Dirçəliş Fondu”na ianə edib

02-02-2021

“Bakcell”dən Şuşada pulsuz Wi-Fi

25-04-2022

“Bakcell”dən “Pulsuz zəng” adlı yeni məhsul

16-09-2021

“Nar” abunəçilərinə səyyar və onlayn xidmət göstərməkdə davam edir

01-05-2020

Bakcell yüksək nəticə göstərib

03-05-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə