Previous Next
Bağla

Bakcell-in 4G şəbəkəsinin əhatə dairəsi genişləndi

09-08-2018 13:03
Bakcell-in 4G şəbəkəsinin əhatə dairəsi genişləndi

Bakcell şirkəti abunəçilərinə ən yaxşı müştəri təcrübəsini təmin etmək üçün ən qabaqcıl və müasir texnologiyalardan istifadə edir.

4G nədir?

Xeberler.az bildirir ki, 4G texnologiyası mobil cihaz vasitəsilə həyata keçirilən yükləmə, video zəng, mobil televiziya və ya sosial şəbəkələrdən istifadə kimi əməliyyatların sürətini əhəmiyyətli dərəcədə yüksəltmək üçün yaradılmış dördüncü nəsil simsiz məlumat-ötürmə şəbəkəsidir. 3G-dən fərqli olaraq 4G əsasən daha sürətli, rahat və sabit texnologiyadır. Bakcell şirkətinin qurduğu ən müasir 4G şəbəkəsi abunəçilərə öz smatrfonlarının ən maraqlı funksiyalarından tam şəkildə yararlanmaq imkanı verir. İnternetdə saytları açmaqdan tutmuş, filmlərin yüklənməsi, telefonda istifadə olunan proqramların yenilənməsi və hətta canlı video efirlərin təşkilinə qədər hər bir əməliyyat 4G şəbəkəsi ilə əvvəlkindən inanılmaz dərəcə sürətlidir.

Bakcell-in 4G şəbəkəsinin əsas üstünlükləri nədir?

Daha sürətli və keyfiyyətli mobil internet müasir müştəri təcrübəsinin əsas tələbləridir. 2015-ci ildə Bakcell şirkəti özünün 4G şəbəkəsində ən son texnoloji yenilik olan LTE AdvancedCarrierAggregation (tezlik daşıyıcılarının birləşməsi) texnologiyasını tətbiqi sayəsindəsaniyədə 225 Meqabitə qədər olan sürətin dəstəklənməsini təmin edib. Bu gün Bakcell şəbəkəsi dünya üzrə tezlik daşıyıcılarının birləşməsi ilə Kateqoriya 6 LTE-Advanced texnologiyası üzərindən fəaliyyət göstərən nadir şəbəkələrdən biridir. Bu isə o deməkdir ki, sözügedən texnologiya sayəsində Bakcell abunəçiləri yüksək həllolma əmsalı ilə 4K kontentini izləmək və yükləmək, əyləncə proqramlarına ani giriş əldə etmək, HD keyfiyyətində onlayn video izləmək, canlı konsert və idman proqramlarına baxmaq və mürəkkəb yeni nəsil mobil biznes tətbiqetmələrindən istifadə etmək imkanına malikdirlər

4G şəbəkəsinə keçid çox asandır, əhatə dairəsi isə gündən günə artır

Qeyd edək ki, Bakcell-in 4G şəbəkəsindən istifadə edib hədsiz imkanlardan yararlanmaq üçün sadəcə olaraq smartfonunuzun menyusundan 4G/LTE şəbəkəsini seçmək kifayətdir. Bunun üçün cihazınız və SİM-kartınız həmin şəbəkəni dəstəkləməlidir. Bakcell şirkətinin 4G xidməti artıq bütün Bakı və Abşeron ərazisi və Gəncə şəhəri, Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qəbələ, Lənkəran, Mingəçevir, Şəmkir, Şirvan, Siyəzən rayonları daxil olmaqla ölkənin 30-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir. Şirkətin 2018-ci ilin ilk yarısında ölkə ərazisində quraşdırdığı 400-ə yaxın yeni baza stansiyasının 300-dən çoxu 4G-ni dəstəkləyir. Həmçinin qeyd edək ki, Bakcell Bakı metrosunda 4G xidmətini istifadəyə verən ilk mobil operatordur.

7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan P3 Communications şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell 4.5G ilə təchiz olunmuş LTE baza stansiyası quraşdırıb

12-09-2019

Bakceldən 5Gb PULSUZ 4G interneti təqdim olunacaq

03-09-2018

Bakcell-in 4G xidməti ölkənin 30-dan çox bölgəsində

17-07-2018

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

19-03-2021

Bakcell-dən 12 bölgənin sakinlərinə PULSUZ 4G İnternet

26-10-2018

Bakcell-dən möhtəşəm Yeni İl hədiyyəsi

11-12-2018

Bakcell-dən 6 bölgənin sakinlərinə 5 GB pulsuz internet

23-01-2019

Bakcell-in bütün internet paketləri 4G şəbəkəsində istifadə oluna bilər

21-08-2018

Bakcell abunəçiləri daha sürətli mobil internetdən faydalana biləcək

15-10-2015

Bakcell şəbəkəsinin əhatə dairəsi genişləndirilib

24-07-2019

Bakcell-in 4G LTE şəbəkəsi ölkənin şimal bölgəsində

09-02-2018

Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək

16-10-2018

Bakcell ən yaxşı mobil şəbəkə seçildi-Foto

11-10-2017

Bakcell-in 4G şəbəkəsi artıq bütün ölkə ərazisini əhatə etməkdədir

04-03-2019

Bakcell-in 4G xidməti artıq Gəncədə-Foto

16-11-2017

Bakcell 30 manata yeni 50 GB İnternet paketini təqdim edir

22-05-2020

Bakcell Formula 1 yarışına hazırdır

26-04-2019

Bakcell ilin ən yaxşı mobil şəbəkəsi seçildi

11-02-2016

Metroda sürətli internet olacaq-Yenilik

17-01-2018

Bakcell şəbəkə yenilənməsinin başa çatdığını elan edir

03-11-2015

Bütün Abşeron 4G-dən istifadə edə biləcək

07-10-2015

Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir

15-11-2019

Bakcell mobil şəbəkəsinin əhatə dairəsi artıq Şuşa şəhərinə qədər genişləndirib

10-06-2021

Bakcel ən sürətli mobil şəbəkə seçilib

21-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə