İnnovasiya və sürət lideri “Bakcell” regionun ən mühüm texnoloji tədbiri – “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır. Tədbir çərçivəsində “Bakcell”in Azərbaycanda tətbiq etdiyi innovativ texnologiyalar və süni intellekt əsaslı həlləri təqdim olunacaq.
Tədbirin ilk günündə “Bakcell”in baş icraçı direktoru Klaus Müller maliyyə və telekommunikasiya sahələri arasında qarşılıqlı imkanlar mövzusuna həsr olunacaq panel müzakirədə çıxış edəcək. Bundan əlavə, sammit zamanı iştirakçılar “Bakcell”in stendində şirkət tərəfindən təqdim olunan ən son innovativ xidmət və məhsullarla tanış olmaq imkanı əldə edəcəklər.
“Bakcell” təqdim etdiyi innovasiya və süni intellekt əsaslı həllərlə Azərbaycanın rəqəmsal transformasiya və texnologiya ekosisteminin inkişafı istiqamətində daim təşəbbüslər həyata keçirir. Bununla yanaşı, şirkət dayanıqlı inkişaf və korporativ məsuliyyət strategiyası çərçivəsində innovasiya və süni intellekt sahəsində genişmiqyaslı fəaliyyətini davam etdirir.
"PAŞA Holding" tərəfindən təşkil olunan "INMerge" İnnovasiya Sammiti 29-30 sentyabr tarixlərində Bakıda keçiriləcək və 30-dan çox ölkədən 1,000-dən artıq təsisçi, investor, korporativ lider və siyasətçini bir araya gətirəcək. İki gün davam edəcək sammitdə iştirakçılara yüksəksəviyyəli çıxışlar, panel müzakirələri, startap müsabiqələri və şəbəkələşmə imkanları təqdim olunacaq. Bu ilki sammitə “IBM”, “Microsoft”, “Netflix”, “Pixar” kimi bir çox qlobal və yerli şirkətlərin rəhbər və nümayəndələri qatılacaqlar.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına
töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları