Previous Next
Bağla

Bakı Fond Birjası “Tabadul” rəqəmsal platformasına qoşulur

17-04-2025 13:21
Bakı Fond Birjası “Tabadul” rəqəmsal platformasına qoşulur

İnnovativ maliyyə alətlərinin inkişafı çərçivəsində 2025-ci ildə Bakı Fond Birjasında (BFB) yaşıl borc bazarı seqmenti yaradılıb.

Xeberler.az bildirir ki, bu barədə “Bakı Fond Birjası” QSC İdarə Heyətinin sədri Ruslan Xəlilov media nümayəndələri ilə görüşündə məlumat verib.

“Bazarın bu seqmentində (yaşıl borc bazarı – red.) ilk dəfə olaraq 200 milyon ABŞ dolları dəyərində yaşıl istiqrazlar Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən yerləşdirilib. İstiqrazların alınması üzrə sifarişlərin 4 faizi hüquqi şəxslərin, 96 faizi isə fərdi investorların payına düşüb”, -deyə İdarə Heyətinin sədri qeyd edib.

Onun sözlərinə görə, bundan əlavə, bazar iştirakçıları tərəfindən ticarətin səmərəliliyini təmin etmək məqsədilə istiqrazların qiymət kalkulyatoru və gəlirlilik kalkulyatoru kimi funksional alətlərin, habelə emissiya təqviminin hazırlanması prosesi aparılır.

R.Xəlilov əlavə edib: “Qlobal maliyyə bazarlarına inteqrasiya sahəsində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Fond Birjasına məxsus “Tabadul” rəqəmsal platformasına qoşulmaq üçün hüquqi və texniki baza yaradılmasına hazırlıq işlərinə başlanılıb. Bu strateji əməkdaşlıq ölkəmizin kapital bazarının regional və beynəlxalq likvidlik mənbələrinə çıxışını təmin edəcək, Körfəz ölkələrinin qiymətli kağızlarının transsərhəd ticarəti və beynəlxalq iştirakı üçün imkan yaradacaq. Qeyd etmək istərdim ki, BFB-nin strateji inkişaf təşəbbüslərinə texnoloji və rəqəmsal həllər vasitəsilə dəstək vermək məqsədilə texnoloji sistemlərin diaqnostikası aparılıb, ticarət sisteminin təkmilləşdirilməsi və bazar iştirakçılarının texnoloji sistemlərə inteqrasiyasının sürətləndirilməsi üzrə tədbirlər planı hazırlanıb və həyata keçirilib”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azərkosmos”un səhmləri birjanın listinqinə daxil edilib

09-05-2015

ABB istiqrazları tam həcmdə uğurla yerləşdirildi

24-12-2024

Bakı Fond Birjasının saytının yeni versiyası istifadəyə verilib

17-11-2015

MDB qanunsuz fəaliyyətə qarşı mübarizəni gücləndirir

17-12-2025

NEQSOL Holding-ə daxil şirkət ilk dəfə ən aşağı faizlə 500 milyon ABŞ dolları məbləğində istiqrazlar yerləşdirib

07-02-2020

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Əbu-Dabidə beynəlxalq konfransda təqdim olundu

22-12-2018

Rəqəmsal ödənişlərlə bağlı dövlət proqramının 25 faizi icra olunmayıb

08-12-2021

Yelo Bank-ın dəstəyi, AmCham Azərbaycanın təşkilatçılığı ilə "Green Finance Conference" keçirilib

26-09-2024

“Bakı Fond Birjası”məlumatlarını hökumət buluduna etibar edib

29-09-2022

SoftBank süni intellektlər üçün fond yaradıb

29-07-2019

SOCAR-ın “Yaşıl” istiqrazları ABB mobile tətbiqində!

23-01-2025

Vinicius Lages: KOB-lara borclarının qaytarılmasına dəstək olmağa çalışırıq

29-09-2025

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

19-03-2026

“Startup School 3” layihəsində təlim sessiyaları başa çatıb

16-09-2025

Hakerlər NASDAQ elektron fond birjasına hücum ediblər

10-02-2011

Mərkəzi Bank: AzQR biznesin xərclərini ciddi azaldacaq

19-11-2025

ABB istiqrazlarına tələb bu dəfə təklifi 3 dəfə üstələdi!

13-05-2026

Çin biznesin inkişafı üçün fond yaradacaq

02-09-2015

UNEC tələbələri Gənc investor 2018 III simulyasiya yarışında ilk üç yerin qalibi oldu

10-12-2018

ABB 200 000 000 dollarlıq sindikativ kredit cəlb etdi!

28-04-2025

2-ci vençur fondun məqsədləri açıqlanıb

06-03-2023

Azərbaycan Ümumdünya Poçt İttifaqının şuralarına üzv seçilib

19-09-2025

Ölkənin ilk vençur kapital fondu yaradıldı

27-12-2022

Azərbaycanda proqram təminatı bazarı əhəmiyyətli böyüyəcək

24-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə