Previous Next
Bağla

Bakı Teleqüllə Kompleksinin istismara verilməsindən 25 il ötür

06-07-2021 13:44
Bakı Teleqüllə Kompleksinin istismara verilməsindən 25 il ötür

Bu gün Bakı Teleqüllə Kompleksinin layihələndirilməsindən 40, istismara verilməsindən 25 il ötür.

Xeberler.az bildirir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, 1956-cı ildə istismara verilmiş 180 metrlik ilk Televiziya qülləsi polad bloklardan yığılmışdı. Yeni texnoloji tələblərə cavab vermədiyi üçün müasir əsaslarla keyfiyyətli radio-televiziya yayımlarının təşkil edilməsinə zərurət yaranmışdı. Bundan irəli gələrək SSRİ-nin Rabitə Nazirliyinin Dövlət Layihə İnstitutu tərəfindən Bakı Teleqüllə Kompleksi layihələndirilmiş və 1981-ci ildə onun tikintisinə başlanılmışdır. Bu unikal tikili layihələndirilərkən, Bakının qədimliyini və klassik üslubunu harmonik şəkildə müasir memarlıq nailiyyətləri ilə birləşdirmək əsas hədəflərdən biri olmuşdur. Nəticədə Bakı Teleqüllə Kompleksinin üzərində dörd ədəd milli ornamentli şəbəkə yerləşdirilmişdir ki, şimal, cənub, qərb və şərq olmaqla, onların hər biri bir cəhətə istiqamətlənir.

Layihəyə əsasən, tikinti işləri 1985-ci ildə başa çatdırılmalı və Bakı Teleqüllə Kompleksi istismara verilməli idi. Lakin 80-ci illərdə SSRİ-ni əhatə edən maliyyə böhranı və sonda SSRİ-nin dağılması, maliyyə çatışmazlığı, tikinti zamanı iqlim şəraitinin nəzərə alınmaması və digər müxtəlif səbəblərdən tikinti işləri yarımçıq qalır. Sonradan ümummilli lider Heydər Əliyev yarımçıq qalmış tikintinin başa çatdırılması üçün müvafiq göstərişlər verir. Onun iştirakı ilə 06 iyul 1996-cı ildə Bakı Teleqüllə Kompleksi istifadəyə verilir. Beləliklə, tikinti işlərinin aparılması ümumilikdə 16 il çəkir. 06.07.2021-ci il tarixində Bakı Teleqüllə Kompleksinin istismara verilməsinin 25 ili tamam olur.

Bakı Teleqüllə Kompleksi şəhərin hündür hissəsində inşa edilib. Bu da vizual görüntü ilə yanaşı, paytaxtın istənilən ərazisində və relyefdən asılı olaraq Bakı ətrafında 70-80 km radiusda radiodalğaların qəbuluna imkan verir.

Bakı Teleqüllə Kompleksi Azərbaycanda ən hündür tikilidir və dünyada olan teleqüllələr arasında hündürlüyünə görə 34-cü yerdədir. Konstruktiv göstəricilərinə görə Bakı Teleqüllə Kompleksinin bənzəri Litvanın paytaxtı Vilnüsdə mövcuddur. Hər iki tikinti eyni layihə institutunda, eyni baş arxitektor tərəfindən hazırlanıb.

Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Mühafizə olunmalı, həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”na Bakı Teleqüllə Kompleksi də daxil edilib.

Bakı Teleqüllə Kompleksi ən müasir radio-televiziya avadanlıqları ilə təchiz olunmaqla, respublikamızda radio-televiziya yayımının, kosmik radio rabitənin, yerüstü radio rabitənin təşkilində önəmli vəzifəni yerinə yetirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür

Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür

13-08-2020
 Bakıda alternativ teleqüllə istifadəyə verilib

Bakıda alternativ teleqüllə istifadəyə verilib

28-12-2017
“Lider TV"nin əmlakını "Teleqüllə"nin rəhbəri satacaq

“Lider TV"nin əmlakını "Teleqüllə"nin rəhbəri satacaq

01-06-2021
Bakıda alternativ teleqüllə istismara veriləcək

Bakıda alternativ teleqüllə istismara veriləcək

07-11-2017
Teleqüllədə monitorinq sistemi quraşdırılıb

Teleqüllədə monitorinq sistemi quraşdırılıb

11-08-2015
Bakıda yeni alternativ teleqüllə istifadəyə verilib

Bakıda yeni alternativ teleqüllə istifadəyə verilib

10-10-2018
Bu gün radio və televiziya işçilərinin peşə bayramıdır

Bu gün radio və televiziya işçilərinin peşə bayramıdır

06-11-2015
Bakı Teleqüllə Kompleksində sürüşməyə qarşı qabaqlayıcı tədbirlər görüləcək

Bakı Teleqüllə Kompleksində sürüşməyə qarşı qabaqlayıcı tədbirlər görüləcək

15-03-2024
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

06-11-2020
Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramıdır

Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramıdır

06-11-2016
Teleqüllədə yenidənqurma işləri aparılır

Teleqüllədə yenidənqurma işləri aparılır

07-09-2015
"Avadanlıqların tozunu silmək üçün gərək efiri "rubilnikdən" söndürəsən"

"Avadanlıqların tozunu silmək üçün gərək efiri "rubilnikdən" söndürəsən"

02-03-2021
 Şuşa Radio-Televiziya Yayım Stansiyasının tikintisinə başlanılacaq

Şuşa Radio-Televiziya Yayım Stansiyasının tikintisinə başlanılacaq

27-03-2023
Azərbaycanda dəqiq vaxt siqnallarının teleqüllə vasitəsilə yayımı planlaşdırılır

Azərbaycanda dəqiq vaxt siqnallarının teleqüllə vasitəsilə yayımı planlaşdırılır

18-06-2026
Bakı və Abşeronda ikinci nəsil DVB-T2 standartlı televiziya yayımına başlanılır

Bakı və Abşeronda ikinci nəsil DVB-T2 standartlı televiziya yayımına başlanılır

14-03-2024
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

06-11-2021
TV və radio kanallara nəzarət gücləndirilib

TV və radio kanallara nəzarət gücləndirilib

13-08-2015
TV proqramlarının yayım keyfiyyəti yoxlanılıb

TV proqramlarının yayım keyfiyyəti yoxlanılıb

12-11-2015
FM radio yayımın genişləndirilməsi üçün işlər bu tarixədək tamamlanacaq

FM radio yayımın genişləndirilməsi üçün işlər bu tarixədək tamamlanacaq

22-01-2024
Azərbaycanda yeni tezlik kanalında 11 yerli rəqəmsal radio proqramının test yayımı həyata keçirilir

Azərbaycanda yeni tezlik kanalında 11 yerli rəqəmsal radio proqramının test yayımı həyata keçirilir

24-10-2023
Bakı Teleqüllə Kompleksindən yayım kanallarının ayrılması üçün müsabiqə elan edilib

Bakı Teleqüllə Kompleksindən yayım kanallarının ayrılması üçün müsabiqə elan edilib

16-06-2023
“Azərbaycanda radio yayımın dünəni, bu günü və sabahı” mövzusunda seminar keçirilib

“Azərbaycanda radio yayımın dünəni, bu günü və sabahı” mövzusunda seminar keçirilib

11-12-2024
Rəqəmli radionun test yayımı uğurla nəticələnib

Rəqəmli radionun test yayımı uğurla nəticələnib

16-10-2019
Teleqüllədə yanğından mühafizə siqnalizasiya sistemi quraşdırılıb

Teleqüllədə yanğından mühafizə siqnalizasiya sistemi quraşdırılıb

30-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə