Aprelin 12-də Bakı şəhəri Xəzər rayonu Hövsan qəsəbəsində yerləşən Avia-modellərin uçuş meydançasında “Aerokosmik Modelçilik Festivalı” keçiriləcək.
Xeberler.az xəbər verir ki, festival çərçivəsində 5 komandanın iştirakı ilə müxtəlif kateqoriyalar üzrə yarışların keçirilməsi, aviaşou, raket modellərinin, kvadrokopterlərin və təyyarə modellərinin nümayişi nəzərdə tutulub. Aerokosmik Modelçilik Festivalı iştirakçılara texniki idman növü kimi aerodinamika, aerokosmik mühəndislik, elektronika və mexanika sahəsində biliklərini praktik olaraq təkmilləşdirmək üçün şərait yaradacaq.
Festivalın əsas məqsədi və fəaliyyət istiqaməti, Azərbaycanda roket və peyk modelçiliyi idmanının kütləviləşməsinə və inkişafına kömək etmək, innovativ gənclərin hərtərəfli və ahəngdar inkişafında və sağlam həyat tərzinin formalaşmasında bu texniki idman növünün rolunu artırmaqdan ibarətdir. Yüksək texnologiyalara əsaslanan roket və peyk modelçiliyi texniki idman növü təmiz havada intellektual aktivliyi və fiziki fəaliyyəti özündə birləşdirir. Yarışlar həm fərdi, eləcə də komanda halında olmaqla, uçuşun hündürlüyü və müddəti, eniş dəqiqliyi üzrə keçirilir. Hazır modellərin aidiyyəti yarış səviyyəsi üzrə roketin və ya peykin detallılıq dərəcəsi və uçuşun reallığı qiymətləndirilir.
Festival İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyi, Hərbi Hava Qüvvələri, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, KOBİA, İnnovasiyalar Mərkəzi, Yeni Texnologiyaların İnkişafı İctimai Birliyi və digərlərinin tərəfdaşlığı ilə baş tutacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri