Previous Next
Bağla

Bakıda informasiya təhlükəsizliyi ilə bağlı konfrans keçirilib

08-06-2016 09:49
Bakıda informasiya təhlükəsizliyi ilə bağlı konfrans keçirilib

Bakıda informasiya təhlükəsizliyi, məlumatların idarə olunması və saxlanılması, yeni nəsil məlumat emalı mərkəzlərinin problemlərinə və Bulud texnologiyalarına keçid məsələlərinə həsr olunan növbəti illik "IDC IT Security and Datacenter Transformation Roadshow 2016" konfransı keçirilib.

Tədbirin strateji tərəfdaşı  Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir.

Xeberler.az-ın məlumatına görə, konfransı açan IDC şirkətinin Orta Asiya, Azərbaycan və Monqolustan üzrə regional direktoru Andrey Beklemişev qeyd edib ki, yaranmış iqtisadi vəziyyətdə İT təhlükəsizliyinə aid məsələlər biznes üçün böyük əhəmiyyət kəsb edir.

"Bulud texnologiyalarından, mobil qurğular və sosial şəbəkələrdən istifadənin artması da təşkilatlarda narahatlıq doğurur, çünki onlar şirkətlərə qanunsuz müdaxilə üçün nisbətən həssas nöqtələrdir. Buna görə bu gün təkcə təhlükəsizlik üzrə həllərə investisiya yatırmaq yox, həm də insanlara və proseslərə, əməkdaşlara və biznes tərəfdaşlarına diqqət yetirmək lazımdır".

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxışında konfrans iştirakçılarına məhsuldar iş arzulayıb.  O bildirib ki, İKT sahəsinin intensiv inkişafı fonunda informasiya təhlükəsizliyinin təmin edilməsi məsələsi ön plana çıxır. Məhz buna görə də ölkəmizdə hökumət səviyyəsində informasiya təhlükəsizliyinin qorunmasına xüsusi önəm verilir.

Nazir müavini bu sahədə müşahidə olan dünya tendensiyalarına uyğun inkişaf strategiyaları müəyyənləşdirmək üçün IDC kimi qurumlarla sıx əməkdaşlıq edilməsinin vacibliyini vurğulayıb.

Artıq 5-ci il keçirilən bu tədbir dövlət, özəl sektorun müxtəlif qurumlarının informasiya təhlükəsizliyi məsələləri üzrə mütəxəssislərin marağına səbəb olur və onların bu sahədə qabaqcıl təcrübə, təhlillər, həllər barədə məlumat almasına xidmət edir.

Konfrans zamanı tədbir tərəfdaşları Azərbaycanın dövlət və özəl sektoru üçün həllər nümayiş etdiriblər, dəvət olunan ekspertlər həllərin təşkilatlarda tətbiqi ilə bağlı təcrübə və nümunələri bölüşüblər. 

Konfransda müzakirə olunan mövzular:

– İnformasiya təhlükəsizliyinin idarə olunması

– Yüksək şəbəkə inteqrasiyalı dünyada təhlükəsizlik və insan amili

– Təhlükəsizlik və risklərin minimallaşdırılması

– İritutumlu məlumatlar və informasiya təhlükəsizliyi

– "Əşyalar interneti"ndən "Hər şey üçün internet"ədək

– Virtuallaşdırma: məlumat emalı mərkəzlərindən məlumatların saxlanılması sistemlərinədək

– Məlumat saxlamanın proqram və aparat sistemləri

– Yeni nəsil məlumat saxlama sistemləri

– Autsorsinq, İT servislər və həyati əhəmiyyətli informasiya idarəetmə sistemləri

- Bulud hesablamaları: "Hazırda hansı konsepsiya aktualdır?" 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakıda “IDC İT Security and datacenter transformation roadshow 2015” keçirilir-Fotolar

Bakıda “IDC İT Security and datacenter transformation roadshow 2015” keçirilir-Fotolar

05-06-2015
İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

13-05-2015
Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

19-09-2024
Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025
Informasiya təhlükəsizliyinə dair V respublika konfransı keçiriləcək

Informasiya təhlükəsizliyinə dair V respublika konfransı keçiriləcək

12-11-2019
Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

28-08-2023
İnformasiya Təhlükəsizliyi üzrə Komissiyanın internet informasiya ehtiyatı istifadəyə verilib

İnformasiya Təhlükəsizliyi üzrə Komissiyanın internet informasiya ehtiyatı istifadəyə verilib

30-01-2025
IDC Rəqəmsal Transformasiya Roadshow 2019 tədbiri keçiriləcək

IDC Rəqəmsal Transformasiya Roadshow 2019 tədbiri keçiriləcək

09-09-2019
"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

23-09-2023
“Son istifadəçi təhlükəsizliyinin idarəedilməsi” mövzusunda konfrans keçirilib

“Son istifadəçi təhlükəsizliyinin idarəedilməsi” mövzusunda konfrans keçirilib

08-06-2023
Azərbaycan qlobal kibertəhlükəsizlik konfransında təmsil edilib

Azərbaycan qlobal kibertəhlükəsizlik konfransında təmsil edilib

16-03-2023
İnformasiya təhlükəsizliyinin inkişaf istiqamətləri  müzakirə edilib

İnformasiya təhlükəsizliyinin inkişaf istiqamətləri müzakirə edilib

19-05-2016
İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

02-12-2024
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

20-07-2023
CERT yeni xidmət təqdim edib

CERT yeni xidmət təqdim edib

19-05-2016
Azərbaycanda kibergigiyena üzrə əməkdaşlıq platforması yaradılır

Azərbaycanda kibergigiyena üzrə əməkdaşlıq platforması yaradılır

14-09-2021
İnformasiya təhlükəsizliyi ilə bağlı V respublika konfransı keçirilib

İnformasiya təhlükəsizliyi ilə bağlı V respublika konfransı keçirilib

29-11-2019
XRİTDX “İnnovasiyalar və Süni İntellekt” Konfransında iştirak edib

XRİTDX “İnnovasiyalar və Süni İntellekt” Konfransında iştirak edib

03-10-2025
Orduda informasiya təhlükəsizliyi müzakirə edilib

Orduda informasiya təhlükəsizliyi müzakirə edilib

17-08-2023
Azərbaycanda informasiya təhlükəsizliyi üzrə 18 milli standart var

Azərbaycanda informasiya təhlükəsizliyi üzrə 18 milli standart var

02-03-2020
İnformasiya təhlükəsizliyi ilə bağlı konfrans olacaq

İnformasiya təhlükəsizliyi ilə bağlı konfrans olacaq

26-03-2015
İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Parlamentdə keçirilmişdir

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Parlamentdə keçirilmişdir

07-05-2024
Dövlət Xidmətinin əməkdaşı Avstriyada beynəlxalq konfransda iştirak edib

Dövlət Xidmətinin əməkdaşı Avstriyada beynəlxalq konfransda iştirak edib

14-05-2026
Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

28-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə