Previous Next
Bağla

İnformasiya təhlükəsizliyi ilə bağlı V respublika konfransı keçirilib

29-11-2019 22:01
İnformasiya təhlükəsizliyi ilə bağlı V respublika konfransı keçirilib

“İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransı keçirilib.

Keçirilən “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransında AR nin müavini Elmir Vəlizadə çıxış edərək qlobal informasiya cəmiyyətinin ən aktual elmi problemlərindən biri olan informasiya təhlükəsizliyi üzrə konfransın böyük əhəmiyyətə malik olduğunu söylədi. Nazir müavini informasiyanın elm, siyasət, dövlət və onun institutları ilə birbaşa əlaqəli olduğunu qeyd etdi, onun dövlətin sosial bazasını formalaşdırdığını bildirdi.

“Kibertəhlükəsizlik sahəsində baş verən qlobal dəyişikliklər dövlət sektoru və digər sahələri əhatə edir”, – deyə bildirən E.Vəlizadə respublikada informasiya təhlükəsizliyi səviyyəsinin artırılması istiqamətində bu sahədə bir sıra əsas beynəlxalq standartlar qəbul edildiyini qeyd etdi. Bildirdi ki, bu da dövlət və özəl strukturlarda informasiya təhlükəsizliyi üzrə bir sıra tədbirlərin görülməsinə imkan verib.

Tədbirin AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilməsi təşəbbüsünün irəli sürülməsinə görə AMEA və institut rəhbərliyinə təşəkkürünü bildirən E.Vəlizadə ölkədə bu kimi konfransların keçirilməsinin müvafiq sahələrin inkişafına və informasiya təhlükəsizliyi məsələlərinə diqqətin daha çox ayrılmasına öz töhfəsini verəcəyini söylədi.

Sonra Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəis müavini Azər Əhədov konfransın əhəmiyyətini qeyd edərək ölkəmizdə özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi və informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, informasiya proseslərinin mühafizəsi, informasiya resurslarının və sistemlərinin mümkün təhdidlərdən qorunması istiqamətlərində görülən işlər haqqında məlumat verdi. Məruzəçi fəaliyyət göstərdiyi qurumun ölkə rəhbərliyi tərəfindən informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiyini dedi. A.Əhədov Azərbaycanın informasiya təhlükəsizliyinə təhdidlərin qiymətləndirilməsini, mümkün təhdidlərin qarşısının alınması və qabaqlanması sahəsində müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini, birgə tədbirlərin planlaşdırılması və həyata keçirilməsini təmin etmək məqsədi ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradıldığını qeyd etdi. A.Əhədov informasiya cəmiyyətinin inkişafına dair strategiyanın qəbul edilməsi istiqamətində tədbirlər planının həyata keçirildiyini bildirdi.

AR Dövlət Gömrük Komitəsi sədrinin müavini, general-mayor, texnika elmləri doktoru İqbal Babayev bu konfransın yeni çağırışlar baxımından xüsusi əhəmiyyət daşıdığını və beynəlxalq miqyasda informasiya təhlükəsizliyinin təmini sahəsində yeni yanaşmaların ortaya qoyulmasına şərait yaratdığını vurğuladı. İ.Babayev AMEA ilə Dövlət Gömrük Komitəsi (DGK) arasında anlaşma memorandumunun imzalandığını xatırlatdı. Memorandumun imzalanmasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun xüsusi rola malik olduğunu qeyd edən alim bu memorandumun elmi araşdırmalardan əməliyyat-axtarış tədbirlərində istifadə, informasiya texnologiyalarının tətbiqi, təhsil və elmi-tədqiqat məsələləri ilə əlaqədar qarşılıqlı dəstək və təcrübə mübadiləsinin aparılması, müştərək layihə və tədbirlərin həyata keçirilməsi baxımından əhəmiyyətini vurğuladı.

Gömrük sahəsinin multidissiplinar xarakter daşıdığını söyləyən İ.Babayev DGK-nin akademiyada müxtəlif sahələrdə aparılan elmi istiqamətlər üzrə əməkdaşlıq imkanlarının yaradılmasına maraqlı olduğunu diqqətə çatdırdı.

Qeyd etdi ki, Dövlət Gömrük Komitəsində informasiya və kommunikasiya texnologiyaları üzrə layihələr əsas strateji istiqamətlərdən birini təşkil edir və bu istiqamətdə həyata keçirilən layihələr nəticəsində gömrük prosedurlarının sadələşdirilməsi və ticarətin asanlaşdırılması sahəsində mühüm addımlar atılıb. Onun sözlərinə görə, fərdi məlumatların təhlükəsizliyi məqsədi ilə təşkilatlarda məlumatların mühafizəsinə cavabdeh struktur bölmə yaradılmalı, ölkə üzrə məlumat mühafizəsi mərkəzləşdirilmiş şəkildə dövlət qurumları tərəfindən funksional idarə edilməli, ölkəmizdə vahid milli informasiya təhlükəsizliyi metodologiyası işlənib tətbiq edilməlidir.

Sonra Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış etdi. Konfransın əhəmiyyətindən danışan məruzəçi bu kimi tədbirlərin keçirilməsinin informasiya təhlükəsizliyinin aktual problemlərinin müzakirəsi baxımından böyük imkanlara malik olduğunu qeyd etdi.

Ölkəmizdə informasiya məkanının təhlükəsizliyinin təmin olunmasına xüsusi önəm verildiyini qeyd edən məruzəçi bu məqsədlə AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin yaradılmasını bu sahədə fəaliyyətin tənzimlənməsinə və kiberhücumların qarşısının alınmasına şərait yaratdığını dedi.

İnternetin cəmiyyətə təsirinin danılmaz olduğunu, qanunvericiliyimizin də buna adekvat olaraq inkişaf etdiyini, çox sayda İnternet-media resurslarının fəaliyyət göstərdiyini deyən Ə.Amaşov bu resursların informasiya təhlükəsizliyinin təmin olunması və kiberhücumlara qarşı mübarizə üsullarının müəyyənləşdirilməsinin vacib məsələlərdən olduğunu, İnternet-media ilə bağlı qanunvericilik bazasının formalaşmasının zəruri olduğunu diqqətə çatdırdı.

Azərbaycanda informasiya təhlükəsizliyi və onun hüquqi təminatının qarşıda duran ən aktual məsələlərdən biri olduğunu qeyd edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qloballaşan dünyada fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi məsələlərindən danışdı. Süni intellekt, Əşyaların İnterneti, kiber-fiziki sistemlər, böyük verilənlər, mobil texnologiyalar, bulud hesablamaları, sosial şəbəkələr kimi texnologiyaların inkişafının fərdi məlumatların təhlükəsizliyi baxımından ciddi problemlər yaratdığını bildirdi.

Onun sözlərinə görə, cəmiyyətdə informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, fərdi məlumatların təhlükəsizliyinin etibarlı idarə edilməsi vacib amillərdən biridir. O.Gündüz ölkədə vətəndaşlara məxsus sosial informasiya və dövlət resurslarının qorunmasının vacib olduğunu, bu sahədə qabaqcıl dövlətlərin təcrübələrinin öyrənilməsinin zəruri olduğunu qeyd etdi.

Daha sonra AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək ölkəmizdə dövlət qurumlarında İKT-nin tətbiqi işinin genişləndirilməsi, vahid şəbəkə infrastrukturu əsasında təhlükəsiz informasiya mübadiləsinin aparılması məqsədilə tədbirlər görüldüyünü, informasiya təhlükəsizliyinin yüksəldilməsinin daim diqqətdə saxlanıldığını bildirdi. Akademik Azərbaycanda informasiya təhlükəsizliyinin təmin edilməsinin qanunvericilik bazasının inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm sənədlərin qəbul edildiyini söylədi.

R.Əliquliyev AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən informasiya təhlükəsizliyi sahəsinə aid qanunvericilik, normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətində görülən işlərə elmi dəstək verildiyini, informasiya təhlükəsizliyinin müxtəlif problemlərinin həlli ilə bağlı araşdırmaların aparıldığını bildirdi.

Daha sonra konfrans işini plenar iclasla davam etdirdi.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Informasiya təhlükəsizliyinə dair V respublika konfransı keçiriləcək

12-11-2019

İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

13-05-2015

İnformasiya təhlükəsizliyi ilə bağlı konfrans olacaq

26-03-2015

İnformasiya Təhlükəsizliyi üzrə Komissiyanın internet informasiya ehtiyatı istifadəyə verilib

30-01-2025

"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

23-09-2023

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

20-07-2023

İnformasiya təhlükəsizliyinin aktual elmi-praktiki problemləri mövzusunda konfrans keçirildi

14-12-2018

Azərbaycan Prezidenti informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb

27-09-2012

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

28-08-2023

Orduda informasiya təhlükəsizliyi müzakirə edilib

17-08-2023

“İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək

08-01-2015

Elektron informasiya təhlükəsizliyi ilə bağlı təlimlər başlayıb

21-01-2016

Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

28-08-2023

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının ilk iclası keçirilib

16-05-2018

“İnformasiya təhlükəsizliyi” jurnalı çapdan çıxdı

04-07-2015

Kibertəhlükəsizlik sahəsində elmi əsərlərin xülasələri toplusu çapdan çıxıb

14-04-2026

Rasim Əliquliyev: Son 15 il ərzində ölkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlər artıb

17-12-2018

Kibertəhlükələr və onlardan mühafizə üsulları seminarı keçirilib

14-03-2019

İnformasiya təhlükəsizliyinin inkişaf istiqamətləri müzakirə edilib

19-05-2016

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Parlamentdə keçirilmişdir

07-05-2024

İnformasiya Təhlükəsizliyi üzrə Kordinasiya Komissiyasının növbəti iclası keçirilib

05-11-2021

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025

İnformasiya təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunacaq

13-01-2015

“Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” təsdiq edilib

03-08-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə