Previous Next
Bağla

Bakıda rəqəmsal inkişaf və nəqliyyat prioritetlərinə dair seminar keçirilir

27-01-2022 11:44
Bakıda rəqəmsal inkişaf və nəqliyyat prioritetlərinə dair seminar keçirilir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər” mövzusunda seminar keçirib.

Xeberler.az bildirir ki, tədbirdə informasiya texnologiyaları və nəqliyyat sahələri üzrə ekspertlər, ictimai fəallar, QHT, biznes sektoru nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Seminarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində qarşıya qoyduğu vəzifələr və hədəflərdən bəhs edilib. Eyni zamanda, informasiya texnologiyaları, rabitə və nəqliyyat sahələri üzrə 2021-ci ildə əldə olunmuş uğurlar, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, eləcə də inkişaf perspektivləri barədə məlumat verilib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov çıxışında bildirib ki, cənab Prezident İlham Əliyevin 2021-ci ilin fevral ayında Sərəncamla təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədində Azərbaycanda “müasir innovasiyalar məkanı”nın yaradılması prioritet sahələrdən biri elan olunub. Dövlət başçısının ötən il Azərbaycanda rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalaması isə müvafiq sahələrdə kompleks islahatların aparılmasına böyük təkan verib. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə müvafiq sahələr üzrə tənzimləyici qurumlar yaradılıb.

Rövşən Rüstəmov əlavə edib ki, dövlət başçısı yerli televiziya kanallarına son müsahibəsində işğaldan azad olunmuş ərazilərimizdə quruculuq və bərpa işlərini xüsusi diqqətdə saxlayıb və insanların rahatlığını tam təmin edəcək şəkildə infrastruktur qurulmasının vacibliyini vurğulayıb. Nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2021-ci il tarixli Sərəncamı ilə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanmasına başlanıldığını bildirib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aida Bədəlova çıxışında qeyd edib ki, dövlət başçısı İlham Əliyev yerli telekanallara müsahibəsində vətəndaşlarla münasibətdə şəffaflığın artırılmasını, onlara daha keyfiyyətli, rahat, müasir şəkildə
xidmət göstərilməsini və vətəndaş məmnunluğunun təmin olunmasını ən vacib vəzifələr kimi müəyyənləşdirib, məmur-vətəndaş təmaslarının minimuma endirilməsinin zəruriliyini vurğulayıb. Aida Bədəlovanın sözlərinə görə, yeni “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik-hüquqi şəxsin bazasında yaradılacaq AYNA informasiya sistemi bu istiqamətdə əhəmiyyətli addım olacaq. Sistem sərnişin və yükdaşıma xidmətlərinin keyfiyyətinə müsbət təsir göstərməklə yanaşı, məmur-sahibkar təmasını da minimuma endirəcək, bu sahədə göstərilən dövlət xidmətlərində şəffaflığın artmasına və neqativ halların tamamilə aradan qalxmasına müsbət töhfə verəcək.

Nazirin müşaviri, həmçinin milli prioritetlərə uyğun olaraq “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış”ın təmin edilməsi çərçivəsində Qarabağda nəqliyyat infrastrukturunun bərpası istiqamətində görülən işlər barədə məlumat verib.

Diskussiya formatında davam edən seminarda iştirakçılar rəqəmsal inkişaf və nəqliyyat sahələrində görülən işlərlə bağlı rəy və təkliflərini bildiriblər.

Çıxış edənlər cənab Prezident İlham Əliyevin bir çox məsələlər, o cümlədən ictimai nəzarət mexanizmlərinin hazırlanması, şəffaflıq və hesabatlılıqla bağlı addımların atılması ilə bağlı çağırışlarının qarşıda yeni vəzifələr qoyduğunu vurğulayıblar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bu ilin sonuna qədər Qarabağ tam televiziya yayımı ilə əhatə olunacaq

Bu ilin sonuna qədər Qarabağ tam televiziya yayımı ilə əhatə olunacaq

27-01-2022
Təltif olunan rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə  dövlət mükafatları təqdim edilib

Təltif olunan rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə dövlət mükafatları təqdim edilib

08-01-2022
“Azərbaycan Dəmir Yolları”na yeni sədr təyin olundu

“Azərbaycan Dəmir Yolları”na yeni sədr təyin olundu

26-10-2022
Nəqliyyat və Kommunikasiya Holdinqinin Müşahidə Şurası təsdiqlənib

Nəqliyyat və Kommunikasiya Holdinqinin Müşahidə Şurası təsdiqlənib

07-11-2024
İlham Əliyev "Şuşa Radio-Televiziya Yayım Stansiyası" ilə bağlı Sərəncam imzalayıb

İlham Əliyev "Şuşa Radio-Televiziya Yayım Stansiyası" ilə bağlı Sərəncam imzalayıb

07-11-2021
Təltif olunan rəqəmsal inkişaf və nəqliyyat sahəsi işçilərinə dövlət mükafatları təqdim edilib

Təltif olunan rəqəmsal inkişaf və nəqliyyat sahəsi işçilərinə dövlət mükafatları təqdim edilib

20-09-2024
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı dəyişdirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı dəyişdirilib

12-10-2021
Azərbaycana dronların gətirilməsi proseduru sadələşdiriləcək

Azərbaycana dronların gətirilməsi proseduru sadələşdiriləcək

27-01-2022
Zəngilanda radio və televiziya yayımı təmin olunub

Zəngilanda radio və televiziya yayımı təmin olunub

20-10-2021
Xocalı rayonu telekommunikasiya xidmətləri ilə təmin edilib

Xocalı rayonu telekommunikasiya xidmətləri ilə təmin edilib

21-02-2025
Təhsil Nazirliyi və RİNN arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb

Təhsil Nazirliyi və RİNN arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb

17-02-2022
Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair iclas keçirilib

Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair iclas keçirilib

21-02-2025
Laçında yüksəksürətli internetə qoşulma imkanı yaradılıb

Laçında yüksəksürətli internetə qoşulma imkanı yaradılıb

24-07-2023
Nazir avtomobil nəqliyyatı və logistika şirkətlərinin nümayəndələri ilə görüşüb

Nazir avtomobil nəqliyyatı və logistika şirkətlərinin nümayəndələri ilə görüşüb

04-08-2022
Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub

Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub

04-10-2021
Xankəndidə olan yaşayış yerləri telekommunikasiya ilə təmin edilib

Xankəndidə olan yaşayış yerləri telekommunikasiya ilə təmin edilib

18-03-2025
Vençur fondları ilə bağlı dəyişikliklər təklifi hökumətə göndərilib

Vençur fondları ilə bağlı dəyişikliklər təklifi hökumətə göndərilib

25-11-2024
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Qarabağla bağlı planları açıqlanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Qarabağla bağlı planları açıqlanıb

06-12-2021
DİA-da “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün təlim keçirilib

DİA-da “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün təlim keçirilib

02-12-2024
Azərbaycanda telekommunikasiya və radiotezliklərdən istifadə üzrə tarifləri yeni qurum müəyyən edəcək

Azərbaycanda telekommunikasiya və radiotezliklərdən istifadə üzrə tarifləri yeni qurum müəyyən edəcək

04-09-2023
"Aztelekom" və "Baktelekom" yaxın günlərdə birləşdiriləcək"

"Aztelekom" və "Baktelekom" yaxın günlərdə birləşdiriləcək"

27-01-2022
Ağdərədə üç radio-televiziya yayım stansiyasının fəaliyyəti bərpa edilib

Ağdərədə üç radio-televiziya yayım stansiyasının fəaliyyəti bərpa edilib

29-12-2025
Nazirliyin aparatına rəhbərlik müvəqqəti olaraq nazir müşavirinə həvalə olundu

Nazirliyin aparatına rəhbərlik müvəqqəti olaraq nazir müşavirinə həvalə olundu

09-06-2022
İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə may ayı üçün biletlər satışa  çıxarılacaq

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq

25-04-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə