Previous Next
Bağla

Bilik əsaslı iqtisadiyyata keçid: potensial imkanlar mövzusunda forum keçirilib

30-11-2018 10:14
Bilik əsaslı iqtisadiyyata keçid: potensial imkanlar mövzusunda  forum keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) “Yüksək Texnologiyalar Parkı”, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) əməkdaşlığı çərçivəsində UNEC-də “Bilik əsaslı iqtisadiyyata keçid: potensial imkanlar” mövzusunda forum keçirilib.

Xeberler.az  bildirir ki, forumun məqsədi Universitet-Dövlət-Sənaye (USD) üçbucağının effektiv işləməsində fundamental əsaslar olan institusional amillər, təhsil, innovasiya ekosistemi və İKT-nin rolunun ortaya qoyulduğu uyğun müzakirə mühitinin yaradılmasıdır.

“Bank Respublika”nın dəstəyi ilə təşkil olunan forumda UNEC rektoru, professor Ədalət Muradov açılış nitqi ilə çıxış edərək, bilik əsaslı iqtisadiyyata keçidin əhəmiyyətini qeyd edib. Rektor ənənəvi iqtisadiyyatın Azərbaycanın davamlı inkişafına böyük perspektivlər vəd etmədiyini bildirib. Bu baxımdan, Universitet-Dövlət-Sənaye birliyinin faydalarına diqqət çəkən Ə.Muradov deyib ki, təhsilin keyfiyyətinin artırılması sırf real sektorla əməkdaşlıqdan keçir.

Bilik iqtisadiyyatı konsepsiyası layihəsinin hazırlandığını da qeyd edən rektor sənəddə yer alması üçün maraqlı tərəfləri öz təkliflərini verməyə çağırıb. “Yüksək Texnologiyalar Parkı”nın direktoru Tural Kərimli MMC-nin biliklərə əsaslanan iqtisadiyyatın qurulması, innovasiyalı iqtisadiyyatın inkişafı, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi və s. kimi vəzifələr daşıdığını diqqətə çatdırıb. Direktor ölkəmizin enerji ixrac edən ölkədən texnologiya ixrac edən ölkəyə çevrilməsinin əsas hədəf olduğunu bildirib. Dövlətin bu sahəyə xüsusi diqqət ayırdığını da deyən T.Kərimli Prezidentin müvafiq fərmanı ilə NRYTN- in tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” MMC-nin əsasında nazirliyin tabeliyində İnnovasiyalar Agentliyinin yaradıldığını xatırladıb.

“Bank Respublika” ASC-nin baş direktoru Elşad Vəliyev də çıxışında Universitet-Dövlət-Sənaye əməkdaşlığının aktuallığından və mümkün inkişaf perspektivlərindən bəhs edib. Qeyd edilib ki, “U-D-S” platformasının məqsədi innovativ inkişafa zəmin hazırlayan əsas tərəfləri – akademik mühit, dövlət və iş dünyasını – müştərək hədəflər istiqamətində, mütəmadi şəkildə bir araya gətirərək sinerji dəyəri formalaşdırmaqdır.

Daha sonra forum işə başlayıb və ilk paneldə bilik iqtisadiyyatı indeksinin kriteriləri, bilik iqtisadiyyatı çərçivəsində “U-D-S” modelinin tətbiqi mexanizmi, innovasiya ekosistemi və texnologiyanın transferi kimi mövzularda fikir mübadiləsi aparılıb.
Forumun ikinci panelində isə Milli İnnovasiya Sisteminin (MİS) bilik iqtisadiyyatındakı mövqeyi, İKT-nin inkişaf mərhələləri və bilik iqtisadiyyatına keçid mövzusundakı çıxışlarda MİS-in inkişaf etməkdə olan ölkələrin innovasiya modelinin formalaşmasındakı əhəmiyyətli rolu qeyd olunub.

Daha sonra bilik iqtisadiyyatında yeni təhsil paradiqmaları: universitetlərin dəyişən rolu, bilik iqtisadiyyatının formalaşmasının iqtisadi və institusional çərçivəsi mövzusunda məruzələr dinlənilib. Təhsilin və institusional çərçivənin bilik iqtisadiyyatının formalaşmasındakı mövqeyi müzakirə edilib. Forumun sonunda Azərbaycanda bilik iqtisadiyyatının qurulması və inkişaf etdirilməsi ilə bağlı konkret təkliflər irəli sürülüb.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş forumda akademik təsisatlar, dövlət və özəl sektorun nümayəndələri iştirak edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnnovativ perspektivlərinin qiymətləndirilməsi mövzusunda müzakirələr aparılıb

28-11-2019

Təhsilin İnkişafı Forumu keçirilib.

03-11-2023

İnnovasiyalar həftəsində ölkəmizdə innovasiyaların inkişafı üzrə layihələr təqdim edilib

26-10-2018

Texnoparkların idarə olunması üçün model və mexanizmlər araşdırılır

19-01-2016

AzTU-da universitet-sənaye tərəfdaşlığı çərçivəsində görüş keçirilib

12-06-2024

UNEC Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edəcək

23-10-2018

İnformasiya Texnologiyaları İnstitutunda cəmiyyətin inklüziv inkişafı problemləri araşdırılıb

27-02-2019

Azərbaycan Rəqəmsal İqtisadiyyat üzrə İnnovasiya Forumuna qatılıb

07-11-2025

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu baş tutub

02-05-2020

Bakıda innovasiya və texnologiya üzrə regional seminar keçirilir

05-07-2018

“Təhsilin Sosial -İqtisadi İnkişafda Rolu” mövzusunda konfrans keçirilir

30-01-2017

“İKT milli iqtisadiyyatın aparıcı sektoruna çevrilib”

23-09-2016

“Future Lab” ilə YTP arasında niyyət protokolu imzalanıb

20-02-2025

Bakıda xarici mütəxəssislər startap seminarları keçir-Foto

19-10-2017

IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib

16-02-2026

UNEC-də distant Tyutor hazırlığı üzrə sertifikat proqramı tamamlanıb

06-09-2019

“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb

16-09-2025

Bakıda K-İnnovasiya Tərəfdaşlığı Proqramı çərçivəsində forum keçirilir

25-10-2023

Biznes, İnnovasiya, Rəqəmsal İnkubasiya və Müxtəliflik Forumu keçirilib

23-05-2025

İqtisadi islahatlarda İT-nin rolu müzakirə edilib

16-06-2017

Azərbaycan Texniki Universiteti Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edəcək

07-06-2018

Rəqəmsal iqtisadiyyat, müasir çağırışlar və real imkanlar mövzusunda konfrans keçirilib

14-02-2020

YTP-nin təşkilatçılığı ilə “Bilik laboratoriyası” formatında növbəti onlayn tədbir keçirilib

30-08-2022

II Beynəlxalq “Caspian Innovation Forum”u keçirilib

04-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə