“Bakuтel”-də “Elektron dövlət quruculuğu problemləri” konfransı keçiriləcək

02-12-2014 / 17:00

“Bakuтel-2014” çərçivəsində dekabrın 4-5-də “Elektron dövlət quruculuğu problemləri” I Respublika elmi-praktiki konfransı keçiriləcək.

Xeberlr.az bildirir ki, konfransın təşkilatçıları Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti və AMEA İnformasiya Texnologiyaları İnstitutudur.

Konfransda “E-dövlətin elmi-nəzəri əsasları”, “E-dövlət quruculuğu strategiyaları”, “E-dövlət və e-idarəçilik modelləri”, “E-demokratiya və e-seçki sistemi”, “E-dövlətin ölçülməsi problemləri və rəqəmsal fərqlilik”, “E-dövlətin informasiya təhlükəsizliyi problemləri”, “E-dövlətin perspektiv texnologiyaları”, “E-dövlətin formalaşdırılmasının normativ-hüquqi bazası” ətrafında müzakirələr aparılacaq, məruzələr dinlənəcək.

Məruzələrdə mövzuların aktuallığı, qoyuluşu və onun həlli yolları, elmi yenilik və əldə olunmuş nəticələrin praktiki dəyəri əks olunacaq.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.