Previous Next
Bağla

AGBank ən təhlükəsiz internet xidməti təklif edən bank seçilib

15-02-2016 15:07
AGBank ən təhlükəsiz internet xidməti təklif edən bank seçilib

Yerli banklar arasında ən təhlükəsiz İnternet Bankinq xidmətini təklif edən banklardan biri AGBank olub.

Xeberler.az-ın məlumatına görə, informasiya texnologiyalarının təhlükəsizliyini təyin və təmin edən  High-Tech Bridge  və Qualys beynəlxalq İT araşdırma şirkətləri bu sahədə bir sıra araşdırmalar aparıb. Nəticə olaraq adı çəkilən şirkətlərin internet səhifəsində istənilən bankın İnternet Bankinq xidmətinin təhlükəsizlik göstəricisini müəyyən edən pəncərə yaradılıb. İT üzrə ixtisaslaşan Defcon təşkilatının Azərbaycandakı nümayəndəsi isə bu pəncərə əsasında öz rəsmi saytında yerli 14 bankın internet üzərindən edilən xidmətlərin təhlükəsizlik reytinqini dərc edib/ Beləliklə, Azərbaycanda fəaliyyət göstərən 14 bank arasında AGBank İnternet Bankinq xidmətinin təhlükəsizliyinə görə  A+ dərəcəsinə layiq görülüb.

AGBank-da İnternet Bankinq xidməti

Təhlükəsizliyi öndə tutan AGBank, bu sahədə ən müasir və güvənli Vasco Token qurğusunu tətbiq edib. Birdəfəlik şifrələri təsdiqləyən bu qurğu növbəti prinsip ilə çalışır: Siz dəyişməyən istifadəçi adını və şifrəni uyğun pəncərələrə qeyd edirsiniz.  Ekranda görünən digər “Digipass” adlı pəncərəyə isə yeni şifrəni yazırsınız. Sistemə hər dəfə daxil olarkən yenilədiyiniz bu şifrə əməliyyatların təhlükəsiz şəkildə aparılmasını təmin edir.

AGBank-ın onlayn xidmətlər sırasına əlavə etdiyi yeniliklərdən biri də Virtual Vasco Token sisteminin tətbiqidir.  Sistemi aktivləşdirmək üçün mobil telefonunuza xüsusi proqram təminatını yükləmək kifayətdir. Birdəfəlik şifrəni təsdiq edən bu sistem sayəsində keçirdiyiniz bank əməliyyatlarının tam təhlükəsizliyi təmin olunur və əlavə elektron cihazı daşımaq məcburiyyətindən də azad olursunuz.  

Qeyd edək ki, İnternet Bankinq xidmətinə qoşulmaq üçün istənilən bank filialına müraciət edərək öncə lazımi anket formasını doldurmaq və sonra müqaviləyə imza atmağınız yetərlidir. Bankın əməkdaşları tərəfindən Sizə sistemə daxil olmaq üçün gərəkli məlumat və istifadə qaydaları haqqında təlimat veriləcək.  

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Unibank müştəriləri telefonla hesablarına necə nəzarət edə bilər?

11-02-2016

AGBank Mobile Bank telefonunuzda

28-11-2016

AGBank proqram təminatını yeniləyib

20-12-2017

AGBank Azəricard ilə birgə yeni xidmət təqdim edib

18-07-2016

AGBank-ın yeni saytında virtual kalkulyator istifadəyə verilib

24-11-2015

NIKOIL Bank Asan İmza ilə İnternet-bankinq xidməti təqdim edir

08-07-2015

Unibankda internet bankinq Asan oldu

21-07-2017

AGBank bankomatların sayını artırır

21-04-2017

AGBank daxili əməliyyat sistemini yeniləyib

31-03-2016

AtraBank İnternet Bankinq xidmətini təqdim edir

22-09-2015

Xalq Bank onlayn ödənişlərin təhlükəsizliyini artırır

19-11-2015

Şifrənin təhlükəsizlik səviyyəsini müəyyənləşdirən xidmət istifadəyə verilib

23-12-2015

VTB Online internet bankinq xidmətini istifadəyə verdi

19-08-2016

AGBank yeni internet portalını istifadəyə verdi

25-12-2015

Unibank internet-banking xidmətini təkmilləşdirib

22-10-2015

Şifrə seçərkən hansı məqamlara diqqət etməliyik?

21-12-2015

ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı alıb

19-12-2025

İnternet istifadəçilərinə şad xəbər

24-08-2017

Azər-Türk Bank yeni elektron xidmət istifadəyə verib

01-07-2016

“Kapital Bank” “Birbank”ın təhlükəsizliyi ilə bağlı yeniliklər edəcək

19-12-2024

Ölkədə internet bankçılıq xidməti ilə bağlı vəziyyət necədir?

09-12-2015

İnternet bankın yeni saytı fəaliyyətə başlayıb

19-10-2015

Daha bir bank 3D Secure sisteminə qoşulacaq

27-11-2015

"Azərpoçt" MMC adından göndərilən saxta mesajların sayı artıb

25-01-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə