Previous Next
Bağla

SMART SME MENA 2019 sərgisi başa çatıb

20-09-2019 17:41
SMART SME MENA 2019 sərgisi başa çatıb

Bir çox ölkənin qatıldığı “SMART SME MENA 2019” sərgisi başa çatıb. Azərbaycan da bu sərgidə rəqəmsal həllərini ziyarətçilərə təqdim edib. Ölkəmizi “SMART SME MENA 2019” sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi yerli mütəxəssislər tərəfindən hazırlanan bir çox məhsullarla təmsil edib.

Birləşmiş Ərəb Əmirliklərində keçirilən sərgidə Nömrə daşıma, Çağrı mərkəzi xidməti, Mobil Cihazların Qeydiyyat Sistemi, Elektron arxiv, Elektron sənəd dövriyyəsi, Müqavilələrin qeydiyyatı kimi məhsullarımız nümayiş olunub.

Xeberler.az bildirir ki, Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov sərgidə iştirakla bağlı açıqlama verib.

“Bu sistemlərin hər biri yerli mütəxəssislər tərəfindən hazırlanıb. Azərbaycan mütəxəssisləri tərəfindən hazırlanan proqram təminatları, bu cür sistemlər təhlükəsizliyi və həm də dayanıqlılığı tam təmin edir. Yerli mütəxəssislər tərəfindən hazırlanan bu cür məhsulların öncə ölkə daxilində istifadəsi xarici bazarlarda satışına da böyük təkan verəcək. Sərgidə, eyni zamanda, bu məhsullardan başqa, elektron imza sahəsində innovativ həllər də ziyarətçilərə təqdim edilib. Bir çox ölkələr bu istiqamətdə artıq maraq göstərib. Ümumiyyətlə, sərgidə Azərbaycan mütəxəssisləri tərəfindən hazırlanan məhsullara böyük maraq var idi”, - deyə o bildirib.

Qeyd edək ki, “SMART SME MENA 2019” sərgisində iştirak edən şirkətlərin əsas hədəfi inkişaf etməkdə olan ölkələr, ələlxüsus, Şimali Afrika və Orta Şərq regionudur. Yerli məhsullarımızı xarici bazara çıxarmaq baxımından “SMART SME MENA 2019” sərgisində təmsil olunmaq ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyırdı. Belə sərgilərdə iştirak, məhz yerli mütəxəssislərimiz tərəfindən hazırlanan məhsulların Azərbaycan brendi olaraq xarici bazarlara çıxarılması, həmçinin xarici valyutanın Azərbaycana cəlb olunması baxımından önəmlidir.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Beynəlxalq sərgidə Azərbaycan məhsulları təqdim olunur

Beynəlxalq sərgidə Azərbaycan məhsulları təqdim olunur

18-09-2019
NRYTN yenə də 5 il əvvəlki adi informasiya sistemi ilə sərgiyə qatılıb

NRYTN yenə də 5 il əvvəlki adi informasiya sistemi ilə sərgiyə qatılıb

19-09-2019
Məlumat Hesablama Mərkəzinin stendi maraqla qarşılanıb

Məlumat Hesablama Mərkəzinin stendi maraqla qarşılanıb

17-08-2019
ITU Telecom World 2019 beynəlxalq sərgi-konfransı davam edir

ITU Telecom World 2019 beynəlxalq sərgi-konfransı davam edir

10-09-2019
Azərbaycan texnologiya sərgisində iştirak edəcək

Azərbaycan texnologiya sərgisində iştirak edəcək

08-06-2015
AzerTelecom Türkmentel 2019 sərgisində iştirak edəcək

AzerTelecom Türkmentel 2019 sərgisində iştirak edəcək

21-11-2019
Azexport.az Bakutel sərgisində təmsil olunur

Azexport.az Bakutel sərgisində təmsil olunur

03-12-2019
Bakutel-2019 sərgisində Əşyaların interneti həlləri təqdim olunacaq

Bakutel-2019 sərgisində Əşyaların interneti həlləri təqdim olunacaq

02-12-2019
Nazirliyin nümayəndələri Moskvada Rabitə sərgisində iştirak edir

Nazirliyin nümayəndələri Moskvada Rabitə sərgisində iştirak edir

23-04-2019
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi səfər qrantları üçün qəbul elan edir

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi səfər qrantları üçün qəbul elan edir

09-07-2019
Azercell ITU Telecom World 2019 beynəlxalq sərgisində iştirak edib

Azercell ITU Telecom World 2019 beynəlxalq sərgisində iştirak edib

10-09-2019
“Bakutel-də 10 mindən çox ziyarətçi olacaq”

“Bakutel-də 10 mindən çox ziyarətçi olacaq”

01-12-2015
İranın informasiya və kommunikasiya texnologiyaları naziri Bakıya gəlir

İranın informasiya və kommunikasiya texnologiyaları naziri Bakıya gəlir

04-11-2019
Made in Azerbaijan brendi altında layihələrimiz beynəlxalq müsabiqəyə təqdim edilib

Made in Azerbaijan brendi altında layihələrimiz beynəlxalq müsabiqəyə təqdim edilib

25-01-2019
Nazirliklər arasında memorandum elektron imza ilə imzalanıb

Nazirliklər arasında memorandum elektron imza ilə imzalanıb

04-12-2019
Azərbaycan startapları Beynəlxalq Telekommunikasiya İttifaqından müsbət rəy alıb

Azərbaycan startapları Beynəlxalq Telekommunikasiya İttifaqından müsbət rəy alıb

12-09-2019
Azercell ITU Telecom 2015 sərgisində iştirak edir

Azercell ITU Telecom 2015 sərgisində iştirak edir

14-10-2015
www.rabita.az saytı yenilənib

www.rabita.az saytı yenilənib

29-01-2020
Azexport beynəlxalq sərgidə iştirak edəcək

Azexport beynəlxalq sərgidə iştirak edəcək

20-05-2017
IFA 2019 Beynəlxalq istehlak elektronikası sərgisi keçirilir

IFA 2019 Beynəlxalq istehlak elektronikası sərgisi keçirilir

09-09-2019
Bakutel sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib

Bakutel sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib

02-12-2019
Azercell-in komandası “CIDC-2025” yarışında böyük uğur qazanıb

Azercell-in komandası “CIDC-2025” yarışında böyük uğur qazanıb

13-10-2025
Nar ən fəal şirkət seçildi

Nar ən fəal şirkət seçildi

05-03-2018
    BakuTel sərgisində Microsoft Windows 8 əməliyyat sistemi nümayiş olundu

BakuTel sərgisində Microsoft Windows 8 əməliyyat sistemi nümayiş olundu

07-11-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə