BANM tələbələri “Green Fintech Startup Challenge” hakatonunda qalib gəliblər

01-10-2024 / 12:06

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri ABB İnnovasiya Mərkəzi tərəfindən təşkil edilən “Green Fintech Startup Challenge” hakatonunda qalib gəliblər.

Xeberler.az-ın məlumatına görə, BANM-dən bildirilib ki, I yerə layiq görülən “İtarla” komandasının üzvləri ali məktəbin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbələri Anar Nəcəfov, Eliana Səttarova, Nicat Piriyev və Rəvan Quluzadədir. Layihə avtomatlaşdırılmış suvarma sistemləri, real vaxt rejimində məhsul-torpaq monitorinqi və istifadəsi olduqca sadə olan mobil tətbiqi birləşdirən ağıllı platformadır. Bu layihə IoT texnologiyasından və məlumat analitikasından istifadə edərək fermerlərə məhsullarını izləməyə, əsaslandırılmış qərarlar qəbul etməyə və resursları optimallaşdırmağa imkan yaradır. III yerin sahibi “AgroSolar” komandasının üzvləri sırasında isə ali məktəbin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbələri Nizaməddin İsrafilli, Rəna İsayeva, Yasəmən Məmmədli, Faiq Nəcəfli eləcə də III kurs tələbəsi Aysel Rəhimli yer alıblar.

“AgroSolar” xüsusi dizayn edilmiş PCB-lər və real vaxt rejimində enerji parametrlərinə nəzarət edən, günəş panellərinin səmərəliliyini artıran və əməliyyat xərclərini azaldan istifadəçi dostu olan bir platformadır. Qabaqcıl IoT texnologiyaları və məlumatlara əsaslanan analizlərlə kənd təsərrüfatı müəssisələri üçün günəş enerjisinin istifadəsini optimallaşdıran aqrotexniki həllər təklif edib.

Komandaların rəhbəri isə ali məktəbin İnformasiya texnologiyaları kafedrasının baş müəllimi İlkin Balazadədir. Bununla yanaşı, BANM-in kompüter mühəndisliyi ixtisasının IV kurs tələbəsi Sahib Rzayevin komanda rəhbəri olduğu “Ecomart” II yerlə layiq görülüb. “Ecomart” istehsalçılar üçün süni intellektlə idarə olunan anbar idarəetmə proqramıdır ki, bu da tələbin proqnozlaşdırılmasını optimallaşdıraraq, tez xarab olan məhsulların israfını azaldır, anbardakı məhsul dəqiqliyini artırır və optimal stok səviyyələrinin təmin olunmasına kömək edir.

Hakatonda 1-ci yerin qalibinə 5000 manat, 2-ci yerin qalibinə 3000 manat, 3-cü yerin qalibinə 2000 manat mükafat verilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə