Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi tərəfindən “Data Science” təlimlərinə start verilib.
Xeberler.az məlumat verir ki, təlim çərçivəsində tələbələrə verilənlərin toplanması, təhlili, vizualizasiyası və analiz nəticələrinin düzgün təqdim edilməsi öyrədiləcək. Həmçinin “Python”, “Excel” və digər müasir alətlər vasitəsilə verilənlərin emalı və maşın öyrənməsinin əsas prinsipləri praktiki nümunələrlə tədris olunacaq.
Proqrama qəbul olunan tələbələr 6 ay ərzində real şəraitdən götürülmüş problemlərin həlli üzərində çalışacaq, statistik analiz və data vizualizasiyası ilə iş təcrübəsi əldə edəcəklər. Təlimi uğurla başa vuran tələbələr gələcəkdə data analitikası və maşın öyrənməsi sahəsində fəaliyyət göstərmək üçün zəruri olan bilik və bacarıqlara yiyələnəcəklər. Təlim iştirakçıları həm fərdi, həm də qrup halında layihələr üzərində işləyərək, komanda işini və analitik düşüncə qabiliyyətlərini inkişaf etdirəcəklər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri