Previous Next
Bağla

Kibertəhlükəsizlik laboratoriyaları nə üçün yaradılır? - Şərh

06-02-2026 21:07
Kibertəhlükəsizlik laboratoriyaları nə üçün yaradılır? - Şərh

Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz ölkədə yaradılan yeni kibertəhlükəsizlik laboratoriyalarının əhəmiyyəti ilə bağlı paylaşım edib.

Xeberler.az məlumat verir ki, ekspert sosial media hesabında son dövrlər Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin bu sahədə rolunun əhəmiyyətli dərəcədə gücləndiyini vurğulayıb.

Onun sözlərinə görə, xüsusilə dövlətin kritik informasiya infrastrukturlarının qorunması, fasiləsiz monitorinq və kiberinsidentlərə operativ reaksiya sahəsində bu qurumların fəaliyyəti daha aydın görünür. Paralel olaraq, rəqəmsal sübutların hüquqi dövriyyəyə daxil edilməsi istiqamətində atılan addımlar kibertəhlükəsizliyin həm texniki, həm də hüquqi müstəvidə möhkəmləndirildiyini göstərir.

Osman Gündüz bildirib ki, XRİTDX bu istiqamətdə tədqiqatlara və universitetlərlə əməkdaşlığa xüsusi önəm verir. Ötən gün qurum Bakı Ali Neft Məktəbi ilə birgə “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası yaradıb.

Ekspert qeyd edib ki, bu laboratoriya sadəcə tədris məkanı deyil, real sınaq və təlim poliqonudur. Burada:

  • Kritik sektorda tətbiq olunacaq yeni proqramlar real kiberhücum ssenariləri ilə test ediləcək;

  • Şəbəkələrdə baş verən kiberinsidentlər laboratoriyada modelləşdiriləcək;

  • Hücum izlərinin aşkarlanması, sənədləşdirilməsi və rəqəmsal sübut kimi qorunması praktik şəkildə öyrədiləcək.

O xatırladıb ki, bundan əvvəl XRİTDX Azərbaycan Texniki Universitetində tələbələr üçün “Zərərverici Analizi Laboratoriyası” da yaradıb və AzTU ilə kadr hazırlığı sahəsində geniş əməkdaşlıq qurub.

Osman Gündüzün fikrincə, bu laboratoriyalar həm də rəqəmsal sübutlarla bağlı hüquqi mühitin inkişafına töhfə verir. Texniki izlərin düzgün toplanması, saxlanması və məhkəmədə etibarlı sübut kimi təqdim edilməsi üçün real praktik baza formalaşır.

Ekspert yekunda bildirib ki, dövlət qurumlarının bu yanaşması kibertəhlükəsizliyi təkcə texniki deyil, həm də milli təhlükəsizlik, hüquqi etibarlılıq və kadr hazırlığı məsələsi kimi nəzərdən keçirir. Universitetlər isə bu prosesdə passiv müşahidəçi yox, aktiv tərəfdaşa çevrilir.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

DTX rəsmisi: "Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək"

03-02-2026

İlqar Musayev: Texniki fasilələr kibertəhlükəsizliyin önəmini göstərir

03-02-2026

“İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasını istifadəyə verilib

03-02-2026

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

25-01-2023

Ekspert: İT sahəsində kadrlara ehtiyac kəskin artıb

12-09-2022

XRİTDX yeni istifadəyə verilmiş Laboratoriyada təlimlərə başlayıb

10-02-2026

Ekspert: İT üzrə mütəxəssis hazırlığı ilə kimlər məşğuldur?

12-10-2022

Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

19-09-2024

XRİTDX ali təhsil müəssisələrində ustad dərsləri keçirib

30-12-2025

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

28-08-2023

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın iclası keçirilib

16-01-2026

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025

İlqar Musayev: “Qlobal kibertəhlükəsizliyi gücləndirmək üçün kompleks yanaşılmalıdır”

25-09-2024

Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

19-09-2024

İRİA: Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 74 faizi sahə üzrə çalışır

30-07-2025

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti AzTU ilə əməkdaşlığa başladı

05-11-2022

Əməkdaşlıq memorandumu imzalanıb

22-12-2023

XRİTDX ilə BANM arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

13-06-2024

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

20-07-2023

DTX yeni səlahiyyətlər əldə edib

07-07-2022

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təhsil müəssələri ilə əməkdaşlığı genişləndirir

22-12-2023

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb

21-07-2025

XRİTDX və Odlar Yurdu Universiteti əməkdaşlıq edəcək

19-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə