Previous Next
Bağla

Nümayəndə heyətimiz texnologiya üzrə I sammitdə iştirak edib

15-09-2017 11:13
Nümayəndə heyətimiz texnologiya üzrə I sammitdə iştirak edib

Azərbaycan nümayəndə heyəti 7-11 sentyabr 2017-ci il tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Elm və texnologiya üzrə I sammitində və bu sammit çərçivəsində keçirilən yüksək səviyyəli iclaslarda iştirak edib.

Belə ki, nümayəndə heyətinin tərkibində AMEA-nın prezidenti, akademik Akif Əlizadə və AMEA-nın akademik-katibi,  akademik Rasim Əliquliyev iştirak edib.

Bu barədə Xeberler.az-a AMEA-dan məlumat verilib.

Sammit “İslam dünyasının,  elmi, innovativ və texnoloji  cəhətdən modernləşməsi” devizi altında İƏT-ə üzv ölkələrin alimlərinin dünyada gedən proseslərdə oynadığı rolu önə çəkmək və bu sahələrdəki fəaliyyətdə vəhdət nümayiş etdirərək dünya elminə  inteqrasiya prosesini sürətləndirmək, həmçinin islam ölkələri arasında əməkdaşlıq əlaqələrini möhkəmləndirmək məqsədi daşıyıb..

Tədbir çərçivəsində “21-ci əsrdə elm və cəmiyyət arasında inkişaf edən əlaqələr”, “Davamlı inkişaf üçün elm və texnologiya”, “Müasir iqtisadiyyatda rəqabətlilik və innovasiya”, “Elm və texnologiya sahəsində əməkdaşlığın artırılması” mövzuları üzrə iclaslar keçirilmişdir.

Sammit zamanı ölkə başçıları tərəfindən İƏT ölkələri arasında təhsil, elm, texnologiya və innovasiya sahələrində çoxtərəfli əməkdaşlığın artırılmasını ehtiva edən Astana Bəyannaməsi imzalanıb.

Tədbirin digər bir sənədi olan  “İKT Elm, Texnologiya və İnnovasiya Gündəliyi 2026”da bütün vətəndaşlar üçün sağlam həyatın təmin edilməsi, ali təhsilin və tədqiqatın keyfiyyətinin yaxşılaşdırılması və digər məsələlər öz əksini tapıb.

Müzakirələr zamanı İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiyalar üzrə Sammitində qarşıda duran ən mühüm məsələlərdən birinin də əməkdaşlıq üzrə konkret prioritet sahə kimi informasiya-kommunikasiya texnologiyalarının olduğunu bildirən alimlər bu zərurətin ilk növbədə, İKT-nin bəşəriyyətin sosial-mədəni tərəqqisində oynadığı rolla əlaqədar olduğunu qeyd edib.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

BDU ilə COMSTECH arasında əməkdaşlıq əlaqələri qurulur

17-03-2025

Azərbaycanla Çin arasında elm, texnologiya və süni intellektə dair sənədlər imzalanıb

12-06-2025

TDT-nın Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin iclası keçirilir

24-10-2025

Pakistanda COMSTECH-in təşkilatçılığı ilə təlim kursları keçiriləcək

23-02-2009

“Women in STEM” beynəlxalq vebinarında Azərbaycan da təmsil edilib

10-09-2020

Azərbaycanla İsrail elm və texnologiya üzrə əməkdaşlıq edəcək

04-02-2026

Emin Əmrullayev Çində beynəlxalq konfransda iştirak edir

11-06-2025

AMEA-da Elm və Texnologiya Parkı yaradılır

27-01-2016

AMEA 2023-cü ildə Türkiyədə keçiriləcək “TEKNOFEST ” Festivalında iştirak edəcək

03-06-2022

Yeni texnologiya və innovasiyalar nümayiş etdiriləcək

27-01-2016

Azərbaycan və Cənubi Koreyanın elm-texnologiya mərkəzləri Anlaşma Memorandumu imzalayıb

24-10-2023

AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

14-03-2022

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016

Nazir Rəşad Nəbiyev İsrailin elm və texnologiya naziri ilə görüşüb

08-04-2025

BDU-da ICESCO-nun elm və texnologiya müşaviri ilə görüş olub

25-04-2025

Elm və təhsil naziri "Huawei"nin rəhbər heyəti ilə görüşüb

12-06-2025

Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun nümayəndə heyəti BMU-da olub

25-10-2024

Akademik Çin Elm və Texnologiya Assosiasiyanın direktoru ilə görüşüb

09-12-2025

AMEA xarici İT şirkətlə əməkdaşlığa başlayıb

15-02-2017

Azərbaycan Paktistanla birgə İKT Təlim Mərkəzi açır

19-07-2023

AMEA-nın Yüksәk Texnologiyalar Parkı ANAMA ilə Niyyət Sazişi imzalayıb

02-10-2018

“Azərbaycanda elm və texnologiya üzrə Ali Şura yaradılmalıdır”

21-12-2016

AMEA YTP-da 45 adda innovativ məhsul istehsal olunur

09-02-2017

AMEA Türkiyə texnoparkı ilə müqavilə imzaladı

18-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə