Previous Next
Bağla

Beynəlxalq və yerli ekspertlərin iştirakı ilə startaplar üçün təlimlər keçiriləcək

09-04-2015 10:44
Beynəlxalq və yerli ekspertlərin iştirakı ilə startaplar üçün təlimlər keçiriləcək

“Startap  Azərbaycan  2015“ müsabiqəsində iştirak edən startap komandaları üçün aprelin 11-də  saat 10-da YT Parkda təlim keçiriləcək.  

Xəbərlər-in məlumatına görə, təlimdə startap komandaları  biznes-planların yazılması, investorlar üçün  təqdimatlar hazırlaması,  komanda ilə işləmək qaydaları, bazarın dəyərləndirilməsi  sahəsində  bilik və bacarıqlar əldə etmək imkanı qazanacaqlar. 
Təlim prosesində  yerli  İT ekspertləri ilə yanaşı, beynəlxalq ekspertlər də iştirak edəcək.

Belə ki,  beynəlxalq eskpert,  Be Smart-ın sabiq icraçı direktoru Alex Apetrei  “Biznes – ideyalar”, “ Biznes planların tərtib edilməsi “, “İnvestor axtarışı” mövzusunda təlim iştirakçılıları ilə təcrübələrini bölüşəcək.

Həmçinin  İT mütəxəssislər, startap sahibləri  Orxan Əhmədov və Rəşid Əliyev də təlimdə startapların inkişafı istiqamətində  yerli və beynəlxalq təcübələrini paylaşacaqlar. 
Əvvəllər ölkəmizdə müxtəlif İT strukturlarda işləyən, artıq uzun müddətdir ki  ABŞ-da İnternet biznes sahəsində çalışan Qərib Mehdiyev öz təcrübələrini təlim iştirakçıları ilə bölüşəcək.

Onu da qeyd edək ki, təlimlərdən sonra Startup Azərbaycan 2015 müsabiqəsində 1-ci mərhələ qiymətləndirmənin yekunu olaraq  yarımfinala çıxan startaplar yenidən biznes-planlar hazırlayaraq Müsabiqəyə təqdim edəcəklər. 
2-ci mərhələ səsvermədə yarımfinalçılar ekspertlər qarşısında öz layihələri ilə bağlı təqdimatlar edəcəklər.

Ekspertlər startapların təqdimatları və təqdim etdikləri əhatəli biznes –planlar əsasında “Startap Azərbaycan”-ın finalçılarını müəyyən edəcəklər.

Bununla yanaşı, “Startap Azərbaycan “ tədbirlərinin yekununda finalçıların investorlarla qapalı görüşləri təşkil olunacaq.
Qaliblər qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılacaq.
Həmçinin qalib startaplar Yüksək Texnologiyalar Parkında iş şəraiti ilə təmin olunacaqlar.
Yeni Nominasiyalar üzrə təqdim edilən və qalib gələn Mobil tətbiqlər isə əlavə olaraq xüsusi mükafatlar da alacaqlar.

Startap Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İT-nin İnkişafı Dövlət Fondu, Elektron Hökumət Portalının operatoru olan MHM və Yüksək Texnologiyalar Parkı dəstək verir. 

Startup Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir. 
İnfiPro, SİNAM , SMART Systems, Cybernet və Happy Baku şirkətləri Startap Azərbaycan-a dəstək verirlər.

"Startap Azərbaycan 2015"-in  iştirakçıları üçün keçiriləcək  təlimin proqramını aşağdakı linkdən əldə edə bilərsiniz:

http://startup.az/news_details.php?id=74

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startap komandaları üçün təlimlər başladı

11-04-2015

Bu gün “Startap Azərbaycan 2015” Müsabiqəsinə qeydiyyat başa çatır

31-03-2015

Startup Azərbaycan Müsabiqəsində iştirak edən startupçılar üçün Təlimlər keçiriləcək

30-05-2014

“Startap Azərbaycan 2015” müsabiqəsində 13 startap yarımfinala çıxıb

18-04-2015

Startap komandaları üçün təlimlər başa çatdı

11-04-2015

“Startap Azərbaycan 2015“ müsabiqəsinə 22 startap buraxıldı

06-04-2015

“Startap Azərbaycan 2015” müsabiqəsi davam edir

29-04-2015

“Startap Azərbaycan 2015” konfransı və yekun təqdimat mərasimi keçiriləcək

06-05-2015

Startup Azərbaycan Yarımfinalçıları seçilib

03-06-2013

Startup Azərbaycan Müsabiqəsində iştirak edən startup komandaları üçün Təlim keçirilib

09-06-2014

“Startup Azərbaycan 2015” müsabiqəsində 24 layihə qeydiyyatdan keçib

26-03-2015

Startap Azərbaycan BDU toplantısı keçiriləcək

12-03-2015

“Startap Azərbaycan 2015”-in yekun tədbirlərinə hazırlıq müzakirə olunub

12-05-2015

Startap Azərbaycan 2016 iştirakçıları üçün təlimlər keçiriləcək

20-05-2016

"Startup Azərbaycan 2015" başlayır

31-01-2015

“Startap Azərbaycan 2015” Müsabiqəsinin yarımfinalçıları bu həftə məlum olacaq

15-04-2015

“Startap Azərbaycan 2015” müsabiqəsinin qalibləri sabah elan olunacaq

14-05-2015

Startap Azərbaycan 2016-nın qalibləri müəyyən ediləcək

18-05-2016

Sabah Bakıda Startap Günləri başlayacaq

13-11-2014

“Startap Azərbaycan 2015” finalçıları müəyyən olunur

02-05-2015

Startup Azərbaycan Yarımfinalçıları seçilib.

10-06-2014

Startap Azərbaycan 2016 başlayır

25-02-2016

Startap Azərbaycan bugün Texniki Universitetin tələbələri ilə görüşüb

07-04-2015

Milli startuplarla bağlı maraqlı tədbirlər gözlənilir

29-05-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə