"Startup Azərbaycan 2015" başlayır

31-01-2015 / 12:34

Startup Azərbaycan  Təşkilat Komitəsi bildirir ki, 1 fevral tarixindən Startup Azərbaycan 2015 Layihəsinə start verilir.
Startup Azərbaycan layihəsinin əsas məqsədi milli startupların üzə çıxarılması və inkişafına dəstək vermək,  bu istiqamətdə maarifçilik işləri həyata keçirmək,  ölkədə İnternet biznes mühitini yaxşılaşdırmaq, investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes  sahəsinə çevrilməsinə yardım etməkdir.

Layihə çərçivəsində milli startupların Müsabiqəsinin, startupçılar üçün təlimlərin, universitetlərdə Startup görüşlərinin, Startup Günlərinin, investorlarla görüşlərin keçirilməsi nəzərdə tutulur. Müsabiqədə fərqlənən startuplara yerli və xarici ekspertlərin dəstəyi ilə xüsusi təlimlər  keçiriləcək. Layihə çərçivəsində  startuplara komanda formalaşdırmağa köməklik göstərilir.  
Cari ildə keçirilən Startup Azərbaycan 2015 layihəsində ilk dəfə olaq xüsusi nominasiyalar müəyyən olunub.

Bu il Elektron Hökumət Portalı və SİNAM şirkətinin GoMap layihələri üzərində hazırlanan mobil tətbiqlər xüsusi nominasiyalar üzrə Müsabiqəyə qəbul ediləcəklər.  Elektron Hökumət Portalının operatoru – RYTN-in Məlumat Hesablama Mərkəzi və SİNAM şirkətlərinin dəstəyi ilə təşkil olunan bu Nominasiyalarda startup komandaları data.gov.az portalının Açıq Məlumatlarından istifadə etməklə və GoMap xəritəsindən istifadə etməklə mobil tətbiqlər hazırlamalıdırlar.

Startup Azərbaycan 2015 çərçivəsində keçirilən Müsabiqəyə də fevralın 1-dən start verilir. Startup layihələrin qeydiyyat müddəti  www.startup.az resursunda mart ayının sonunadək davam edəcək. Layihələrlə bərabər  investorlar, mentorlar , developerlər və İT mütəxəssislər də  bu resursda qeydiyyatdan keçə bilərlər.  Yarışma 2 mərhələdə həyata keçirilir. Startup Azərbaycan çərçivəsində yarışmalarda iştirak edən startupların ekspert qiymətləndirilməsi təşkil olunur. Ekspertlər İT, maliyyə və marketinq sahəsində tanınmış təcrübəli mütəxəssislərdən ibarət olmaqla Startup Azərbaycan tərəfindən formalaşdırılıb. Ekspertlər özlərinə aid olan startupların qiymətləndirilməsində iştirak etmirlər.

Ekspertlərin dəyərləndirməsi əsasında 1-ci mərhələdə Yarımfinalçılar müəyyən olunur  və onların təqdim etdikləri biznes-planlar əsasında yenidən qiymətləndirmə həyata keçirilir və məhdud sayda qaliblər müəyyən olunur. Qaliblər qapalı formada keçirilən görüşdə investorlar qarşısında öz startuplarının təqdimatlarını edirlər.

Startup Azərbaycan komandası  Layihənin yekununda uğurlu hesab edilən qalibləri Yekun Təqdimat mərasimində təqdim edir, qiymətli hədiyyələr və diplomlarla mükafatlandırır, onları investorlara və digər Fondlara  təqdim edir. Qalib startuplar Yüksək Texnologiyalar Parkında iş şəraiti ilə təmin olunacaqlar.
Yeni  Nominasiyalar üzrə təqdim edilən və qalib gələn Mobil tətbiqlər xüsusi mükafatlar alacaqlar.
Yekun təqdimat mərasiminin may ayında  keçirilməsi nəzərdə tutulur.

Startup Azərbaycan Layihəsi çərçivəsində ənənəvi  “Startup Azərbaycan 2015 “ Milli Konfransının da  may ayında keçirilməsi nəzərdə tutulur.

Startup Azərbaycan Layihəsinə  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında  İT-nin İnkişafı Dövlət Fondu, Elektron Hökumət Portalının operatoru - MHM və Yüksək Texnologiyalar Parkı dəstək verir.
Startup Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.  
İnfiPro, SİNAM , SMART Systems, Cybernet və Happy Baku şirkətləri  Startup Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.

Geniş məlumat : www.startup.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə