Previous Next
Bağla

Startap Azərbaycan bugün Texniki Universitetin tələbələri ilə görüşüb

07-04-2015 14:30
Startap Azərbaycan bugün Texniki Universitetin tələbələri ilə görüşüb

Bugün “Startap Azərbaycan” layihəsi çərçivəsində Texniki Universitetin tələbələri ilə görüş keçirilib.

Xəbərlər-in məlumatına görə, görüşdə Elektron Hökumət Portalının və RYTN yanında İT-nin İnkişafına Dövlət Dəstək Fondunun da nümayəndələri iştirak edib.

Universitetin prorektoru professor Mustafa Babanlı tədbiri açaraq görüşün məqsədi barədə məlumat verib.

Daha sonra Startap Azərbaycan Təşkilat Komitəsinin üzvü, AİF-in prezidenti Osman Gündüz iştirakçılara “Startap Azərbaycan” layihəsindən danışıb.

Osman Gündüz  iştirakçılara layihə ilə bağlı ətraflı məlumat verib.

O, “Startap Azərbaycan” layihəsinin əsas məqsədləri, layihə çərçivəsində hazırda davam edən müsabiqə qaydaları, həmçinin müsabiqədəki yeni nominasiyalar haqqında danışıb.

Forum rəhbəri “Startap Azərbaycan” layihəsi  çərçivəsində həyata keçiriləcək tədbirlər, startapçılar üçün keçiriləcək təlimlərlə bağlı da məlumatlar verib.

Osman Gündüz “Startap Azərbaycan” müsabiqəsinin yekun təqdimat mərasiminin və finalçıların investorlarla görüşlərinin may ayının sonlarında keçiriləcəyini diqqətə çatdırıb.

Rabitə və Yüksək Texnologiyalar nazirliyi yanında İT-in İnkişafı Dövlət Fondunun layihələr üzrə iş sektorunun müdiri Əkbər Abbasov çıxış edərək Dövlət Fondunun həyata keçirdiyi layihələr, qrant müsabiqələri və qarşıda gözlənilən tədbirlər haqqında məlumat verib.

Görüşdə Elektron Hökumət Portalının nümayəndəsi Ruhəngiz Mehmanqızı da çıxış edib. O,  portal, həmçinin Açıq Məlumatlar portalı və onun üzərində hazırlanacaq mobil tətbiqlər haqqında danışıb.

Ruhəngiz Mehmanqızı  bu məqsədlə “Startap Azərbaycan” çərçivəsində keçirilən müsabiqənin də davam etdiyini  də bildirib.

“Startap Azərbaycan”-nın Təşkilat Komitəsinin üzvü, startapçı Orxan Əhmədov  Azərbaycanda startapların formalaşması və  bu sahədə beynəlxalq təcrübələri iştirakçılarla bölüşüb.

Toplantı diskussiya və tələbələrin sual-cavabları ilə davam edib.

“Startap Azərbaycan” TK  vurğulayıb ki, aprelin 11-də Yüksək Texnologiyalar Parkında “Startap Azərbaycan” müsabiqəsində iştirak edən startap komandaları üçün təlim keçiriləcək.

“Startap Azərbaycan” layihəsinin əsas məqsədi milli startapların üzə çıxarılmasına və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə İnternet biznes mühitini yaxşılaşdırmaq və investorların bu sahəyə diqqətini artırmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.

Startap Azərbaycan Layihəsinə  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında  İT-nin İnkişafı Dövlət Fondu, Elektron Hökumət Portalının operatoru olan MHM və Yüksək Texnologiyalar Parkı dəstək verir.

“Startap Azərbaycan”-ın Akademik partnyoru ADA Universitetidir.  

İnfiPro, SİNAM , SMART Systems, Cybernet və Happy Baku şirkətləri  Startup Azərbaycan-a dəstək verirlər.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Startap Azərbaycan AzMİU toplantısı keçirilib - Fotolar

Startap Azərbaycan AzMİU toplantısı keçirilib - Fotolar

02-04-2015
Startup Azərbaycan BDU toplantısı keçirilib - Fotolar

Startup Azərbaycan BDU toplantısı keçirilib - Fotolar

13-03-2015
Startap Azərbaycan BDU toplantısı keçiriləcək

Startap Azərbaycan BDU toplantısı keçiriləcək

12-03-2015
Startap Azərbaycan Texniki Universitetin tələbələri ilə görüş keçirəcək

Startap Azərbaycan Texniki Universitetin tələbələri ilə görüş keçirəcək

03-04-2015
Startap Azərbaycan sabah  Texniki Universitetin tələbələri ilə görüş keçirəcək

Startap Azərbaycan sabah Texniki Universitetin tələbələri ilə görüş keçirəcək

06-04-2015
Startap Azərbaycan  Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüş keçirəcək

Startap Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüş keçirəcək

31-03-2015
Startap Azərbaycan Gəncədə tələbələrlə görüşəcək

Startap Azərbaycan Gəncədə tələbələrlə görüşəcək

15-03-2016
Startap Azərbaycan Mingəçevirdə  tələbələrlə görüşüb-Fotolar

Startap Azərbaycan Mingəçevirdə tələbələrlə görüşüb-Fotolar

13-04-2016
Startap Azərbaycan-da qeydiyyat başladı

Startap Azərbaycan-da qeydiyyat başladı

01-03-2016
Startap Azərbaycan Lənkəranda gənclərlə görüşəcək

Startap Azərbaycan Lənkəranda gənclərlə görüşəcək

11-05-2016
Startap Azərbaycan-da qeydiyyat davam edir

Startap Azərbaycan-da qeydiyyat davam edir

07-03-2016
“Startap Azərbaycan 2015”-in  yekun tədbirlərinə hazırlıq müzakirə olunub

“Startap Azərbaycan 2015”-in yekun tədbirlərinə hazırlıq müzakirə olunub

12-05-2015
“Startap Azərbaycan 2015“ müsabiqəsinə   22 startap buraxıldı

“Startap Azərbaycan 2015“ müsabiqəsinə 22 startap buraxıldı

06-04-2015
Bu gün Startap Azərbaycan 2016-da qeydiyyat başa çatır

Bu gün Startap Azərbaycan 2016-da qeydiyyat başa çatır

30-04-2016
“Startap Azərbaycan 2015”  müsabiqəsi davam edir

“Startap Azərbaycan 2015” müsabiqəsi davam edir

29-04-2015
Startap Azərbaycan Mingəçevirdə gənclərlə görüşəcək

Startap Azərbaycan Mingəçevirdə gənclərlə görüşəcək

08-04-2016
Startup Azərbaycan fevralın 1-dən başlayacaq

Startup Azərbaycan fevralın 1-dən başlayacaq

27-01-2015
Startap Azərbaycan-da layihələrin qeydiyyatı davam edir

Startap Azərbaycan-da layihələrin qeydiyyatı davam edir

06-04-2016
Startap Azərbaycan Lənkəranda gənclərlə görüşüb- Fotolar

Startap Azərbaycan Lənkəranda gənclərlə görüşüb- Fotolar

13-05-2016
“Startap Azərbaycan 2015” müsabiqəsində 13 startap yarımfinala çıxıb

“Startap Azərbaycan 2015” müsabiqəsində 13 startap yarımfinala çıxıb

18-04-2015
Startap Azərbaycan-ın Gəncədə tələbələrlə görüşü keçirilir-Fotolar

Startap Azərbaycan-ın Gəncədə tələbələrlə görüşü keçirilir-Fotolar

16-03-2016
“Startap Azərbaycan 2015”  konfransı və yekun təqdimat mərasimi keçiriləcək

“Startap Azərbaycan 2015” konfransı və yekun təqdimat mərasimi keçiriləcək

06-05-2015
Startap Azərbaycan 2016 başlayır

Startap Azərbaycan 2016 başlayır

25-02-2016
Bu gün “Startap  Azərbaycan  2015”  Müsabiqəsinə qeydiyyat başa çatır

Bu gün “Startap Azərbaycan 2015” Müsabiqəsinə qeydiyyat başa çatır

31-03-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə